28
İD-1 dozimetri qamma-neytron şüalanma dozasını ölçmək üçündür. Cihazın
komplektinə 10 ədəd ionlaşma tipli doza ölçücüsü, ZD-6 yükləmə quruluşu, futlyar,
qayış, texniki təsvir və istismar təlimatı, formulyar daxidir. Dozimetrin ölçmə
diapazonu 20-500 rad-dır.
Fərdi doza ölçücüsü İD-11
Fərdi doza ölçücüsü
İD-11 qamma-neytron şüalarının udulmuş dozasını ölçmək
üçündür. İD-11 doza ölçücüsü QO-32 ölçü quruluşu ilə birlikdə udulan qamma-neytron
şüalanmasının 10 rad-dan 1500 rada qədər diapazonda ölçülməsini təmin edir.
Detektorun çəkisi 25 q, İU ölçü quruluşunun çəkisi isə 18 kq-dır. Komplektə
1 ədəd İU (QO-32) və iki yeşik İD-11 (cəmi 1000 ədəd) daxildir.
Cihaz tibbi diaqnostika üçün istifadə olunur. İD-11 dozimetrinin göstərişi tibbi
məntəqələrdə İU ölçmə quruluşunda (QO-32) çıxarılır.
Dostları ilə paylaş: