Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   2   3   4   5   6   7   8   9   ...   24
203 movzu N 1. huquq munasibetleri

 

toy etmək qadağandır. Bunu kimin yaratması məlum deyil, amma burada təzad, 
ziddiyyət yaranmır. Lakin tədricən təzad yarana bilər. Təfəkkürdə tədricən fikir 
formalaşır ki, mən buna niyə riayət etməliyəm. Bax, bu zaman mövcud və tələb 
olunan qayda arasında ziddiyyət üzə çıxır. Deməli, hüquq münasibətlərinin belə 
təqdimatı yanlış deyil, sadəcə olaraq, burada adət, prinsiplər, doktrina kənarda qalır. 
Əgər hər hansı bir norma real gerçəklikdə yoxdursa, heç bir əhəmiyyəti 
yoxdur. Ona görə Alman hüquqşünası Erlix hüququ canlı və cansız hüquqa bölüb. 
Pozitivistlər hüquq münasibətlərini digər münasibətlərdən fərqləndirmək üçün hüquq 
münasibətlərini dövlət məcburetməsi ilə əlaqələndirirlər. Yəni ictimai münasibətlər 
dövlət məcburetməsi ilə əlaqəlidirsə, hüquq münasibəti sayılır. 
Hüquq münasibətlərini hüquq normalarına nisbətdə geniş və dair mənada, yəni 
iki aspektdə nəzərdən keçirmək olar. Geniş mənada hüquq münasibəti adı altında 
qanundan əvvəl obyektiv meydana gələn xüsusi sosial qarşılıqlı fəaliyyət forması 
anlaşılır. Onun iştirakçıları qarşılıqlı, müvafiq hüquq və vəzifələrə malik olurlar, bu 
zaman onları dövlətin qadağan etmədiyi xüsusi qaydada, öz tələbatlarının və 
maraqlarının ödənməsi məqsədilə realizə edirlər. Dar mənada isə «hüquq münasibəti» 
sözü hüquq normasının nizamladığı sosial münasibətin növlərindən biri kimi 
anlaşılır. Bu zaman onun iştirakçıları qarşılıqlı, müvafiq hüquq və vəzifələrə malik 
olub, dövlət tərəfindən təmin və mühafizə edilən xüsusi qaydada öz tələbat və 
maraqlarının ödənməsi məqsədilə onları realizə edirlər. 
Hüquq normaları əsasında yaranan hüquq münasibətləri öz təməlində hüquqi 
fakta (faktik tərkibə) malik olurlar. Onlar hüquq normalarında olub, ümumi xarakter 
daşıyan, dövlətin təminat verdiyi və mühafizə etdiyi dövlət iradəsini gerçəkləşdirirlər. 
Onların xüsusi iradəli xarakteri isə aşağıdakılarda ifadə olunur: a) dövlət iradəsi 
hüquq münasibətinin subyektindən asılı olmayaraq hüquq normalarında ifadə olunur; 
b) hüquq münasibətində fərdin iradəsi onun əmələ gəlməsində, dəyişməsində və 
xitam olunmasında üzə çıxır. Bu halda dövlət bu növ hüquq münasibətinin tam 
realizəsi üçün lazımi şəraitlər (iqtisadi, siyasi, təşkilati və s.) yaradılır. Əgər 
səlahiyyətinin, yaxud hüquq münasibətinə girən mükəlləfiyyətli şəxsin azadlıq 
meyarı pozurdusa, dövlət onları təmin etməkdən ötrü məcburetmə tədbirləri görür. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin