Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   2   3   4   5   6   7   8   9   ...   24
203 movzu N 1. huquq munasibetleri

 

vətəndaşların və hüququn bütün subyektlərinin mənafeyi açıqcasına pozulduğu 
hallarda istifadə olunur. Əksər hallarda hüququn subyektləri öz vəzifələrini könüllü 
surətdə yerinə yetirirlər. Hüquq münasibətləri əsasən onların daxili mütəşəkkilliyi, 
dövlət, cəmiyyət və xalq qarşısında məsuliyyət hissi ilə təmin olunur. 
Hüquq münasibətləri hüquq normalarını realizə etdiyinə və onların tələbinə 
uyğun olaraq meydana gəldiyinə görə həmişə iradəvi xarakter daşıyır. Əvvəla, ona 
görə ki, hüquq münasibətləri iradəvi xarakter daşıyır və xalqın qanuniləşdirilmiş 
iradəsinin həyata keçirilməsinə yönəlir, ikincisi isə hüquq münasibətlərinin meydana 
gəlməsi bu münasibətlərin konkret iştirakçılarının iradə ifadəsi ilə əlaqədardır. 
Hüquq münasibətləri hər şeydən əvvəl subyektiv hüquqların, yəni şəxsə 
mənsub olan hüquqların həyata keçirilməsi formasıdır. Bu mənada hüquq 
münasibətləri yalnız şəxsin öz hüquqlarını həyata keçirmək arzusu nəticəsində 
meydana gələ bilər. Ona görə də iradə ifadəsinin azadlığı hüquq münasibətlərinin 
xüsusiyyətini təşkil edir. Hüquq münasibətləri iştirakçılarının bərabərliyi və onların 
hüquq normaları ilə müəyyən edilmiş iradə ifadəsinin azadlığı vətəndaşların faktiki 
bərabərliyinə və onların iradə ifadəsi azadlığının real olaraq təmin edilməsinə 
arxalanır. 
Hər iki növ hüquq münasibətinə aşağıdakı ümumi əlamətləri aid etmək olar: 
1) ideoloci əlamət, çünki onların yaranması, dəyişməsi və xitamı insanların 
təfəkküründən ilk növbədə hüquqidərketmə sferasından keçir; 
2) iradəvi əlamət, çünki hüquq münasibətləri həmişə tərəflərin, yaxud 
tərəflərdən birinin iradəsinin ifadəsidir; 
3) ikitərəflilik, yəni iştirakçılar arasında həmişə onların subyektiv hüquqları və 
hüquqi vəzifələri vasitəsilə əlaqə olur; 
4) tərəflərin münasibətlərinə qarşılıqlı xarakterikdir, çünki bu münasibətlər 
qarşılıqlı hüquqlarda və vəzifələrdə ifadə olunurlar; 
5) hüquq münasibətində tərəflərin fərqləndirici xüsusiyyəti kimi hüquq 
subyektliliyinə malik olması; 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin