6 Geniş mənada hüquq münasibətlərini dövlətin iştirakı olmadan iştirakçıların özləri
təmin edirlər.
Hüquq münasibətləri hüquq normalarına əsaslanan elə ictimai münasibətlərdir
ki, onların iştirakçıları dövlət tərəfindən təmin edilən subyektiv hüquqları həyata
keçirir və hüquqi vəzifələri icra edirlər.
İctimai münasibətlərin digər növlərində olduğu kimi, hüquq münasibətləri də
müxtəlif subyektlər dövlət, dövlət təşkilatları, vətəndaşlar və ictimai təşkilatlar
arasında əlaqələri təşkil edir. Lakin digər əlaqələrdən fərqli olaraq bu əlaqə hüquqi
xarakter daşıyır, hüquq normalarına əsaslandığına görə hüquqi əlaqə hesab edilir.
Hüquq ictimai münasibətlərə təsir edərək insanlar arasındakı faktiki ictimai əlaqələrə
hüquqi forma verir. Bu mənada hüquq münasibətləri real əlaqələrin hüquqi ifadəsidir.
Hüquq münasibətləri digər ictimai normalarla (əxlaq və adət normaları və s.)
nizama salınan ictimai münasibətlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir.
Hər şeydən əvvəl hüquq münasibətləri hüquq normaları ilə sıx əlaqədardır.
Hüquq normaları və hüquq münasibətləri bütöv bir tam təşkil edir. İctimai həyatda
yalnız hüquq normaları ilə nəzərdə tutulan hüquq münasibətləri əmələ gəlir. Deməli,
hüquq münasibətləri hüquq normalarının ictimai həyatda realizə olunması
formalarından biridir.
Hüquq münasibətlərinin hüquq normaları ilə əlaqəsi belə bir cəhətdə də özünü
göstərir ki, hüquq münasibətlərinin iştirakçıları bir qayda olaraq subyektiv hüquqlara
və hüquqi vəzifələrə malik olurlar. Yalnız belə vəziyyətdə onlar bu və ya digər
hüquq münasibətlərinə daxil ola bilərlər. Hüquq münasibətləri iştirakçılarının hüquq
və vəzifələri bir-birinə uyğun gəlir. Vəzifə daşıyan tərəfin davranışı digər tərəfin
qanuni tələblərinə uyğun olmalıdır, bunsuz hüquq münasibətlərini təsəvvür etmək
çətindir. Subyektiv hüquqların həyata keçirilməsi və hüquqi vəzifələr daşıma hüquqi
əlaqə, yəni hüququn subyektləri arasında hüquq münasibətləri yaradır.
Hüquq münasibətlərini fərqləndirən cəhət ondan ibarətdir ki, o, həmişə dövlət
məcburiyyətinin tətbiqi ilə təmin oluna bilər. Dövlətin özü vətəndaşlarının
hüquqlarının və qanuni mənafeyinin əsas təminatçısı olmaqla, onların hüquq və
azadlıqlarını mühafizə edir. Lakin cəmiyyətdə dövlət məcburiyyətindən yalnız