Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   2   3   4   5   6   7   8   9   ...   24
203 movzu N 1. huquq munasibetleri

 

G İ R İ Ş 
 
Cəmiyyətdə insanlar öz tələbatlarını ödəmək üçün müxtəlif münasibətlərə 
girirlər. Həmin bu münasibətlərə ictimai münasibətlər deyilir. İctimai münasibətlərin 
bir növü olan hüquq münasibətləri müxtəlif əlaqələr nəticəsində yaranır. Hüquq 
münasibətləri özünə xas səciyyəvi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə, hüquq 
münasibətlərinin hüquq normaları ilə tənzimlənməsi, onun subyektlərinin qarşılıqlı 
hüquq və vəzifələrə malik olması, onun dövlət tərəfindən təmin olunması və zəruri 
hallarda dövlət məcburetməsi ilə qorunması aiddir.
Hüquq münasibəti hüquqi normalar əsasında qurulan faktiki ictimai münasibət 
formasıdır. Ancaq qeyd etmək lazımdır ki, heç də bütün ictimai münasibətlər hüquq 
normaları ilə nizama salınmır. Hüquq münasibətləri müxtəlif əsaslara görə təsnif 
edilir. Onlar hüquq sahələri üzrə fərqlənirlər. 
 
 
 
 
 
 
 
 
 


 

 
SUAL 1. 
Hüquq münasibətlərinin anlayışı, əlamətləri və növləri. 
Cəmiyyətdə insanlar müxtəlif sosial normalarla nizama salınan cürbəcür 
münasibətlərdə iştirak edir. Hüquq normaları ilə nizama salınan ictimai münasibətlər 
hüquq münasibətlərini, əxlaq normalarına əsaslanan münasibətlər əxlaq 
münasibətlərini təşkil edir və s. 
«Münasibət» sözü Azərbaycan dilində dildə müxtəlif mənalarda işlənilir. 
Məsələn; insanların təbiətə, başqalarına, cismani obyektlərə münasibətləri və s. 
Nəzərə almaq lazımdır ki, istənilən münasibət əlaqə deməkdir. Burada əlaqə rabitə 
mənasında deyil. İstənilən əlaqəni isə münasibət hesab etmək olmaz. Əlaqənin
münasibət olması üçün aşağıdakı şərtlər tələb olunur:
1. Əlaqə qarşılıqlı olmalıdır; 
2. Əlaqə təsadüfi deyil, davamlı olmalıdır.
Əgər münasibət qarşılıqlı və davamlıdırsa, o, hüquqi münasibətdir. 
Münasibətin hüquq münasibəti olması üçün mənafe olmalıdır. Bəs nədən bilmək 
olar ki, mənafe var, hüquq mənafeni qəbul edirmi? Pozitivistlərə görə bunu hüququ 
bilməklə olar. Normativist və pozitivistlərə görə hüquq münasibətləri hüquq 
normaları ilə tənzimlənən (nizamlanan), münasibətlərdir. Bu yanlış deyil, amma bu 
cür qavrasaq, adət hüququnu anlaya bilməyəcəyik və bir çox şeyləri bilməkdən 
məhrum olacağıq. 
Əgər hüququ mövcud və tələb olunan qayda arasında kompromis kimi qəbul 
etsək, «hüquq münasibətlərinin hüquq normaları ilə tənzimlənməsi» ifadəsi özünü 
doğruldur. 
Tələb olunan qayda  norma. 
  
Mövcud qayda  münasibət. 
Bu təqdimatda yanlışlıq yoxdur, lakin natamamdır. Çünki adət hüququ bunu 
qəbul etmir. Adətdə norma və münasibət vəhdət təşkil edir. Məs; bizdə Ramazanda 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin