Sual Seçkil ərin mahiyyəti və funksiyaları



Yüklə 261,67 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix24.01.2023
ölçüsü261,67 Kb.
#80421
  1   2   3   4   5   6
Politologiya



Sual 1. Seçkil
ərin mahiyyəti və funksiyaları 
Demokratiyanı seçkisiz təsəvvür etmək mümkün deyil. Seçki-səsvermə yolu ilə nümayəndəli siyasi 
hakimiyyətin formalaşdırılması vasitəsidir. Müasir dövrdə politoloqlar seçkilərin funksiyalarını aşağıdakı kmi 
ümumiləşdirir:
1. İctimai maraqların təqdim olunması. Müasir dünyada demokratiyanın ən effektli və gerçək forması plüralist, 
nümayəndəli demokratiya hesab olunur. Cəmiyyətdəki çoxsaylı qruplar, ayrı-ayrı vətəndaşlar öz maraqlarını ifadə 
edən, ümidlərini doğruldan siyasi partiyalar, ictimai təşkilatlar və şəxsiyyətlər axtarır və onların vasitəsiylə siyasi 
hakimiyyət formalaşdırmağa çalışır. Doğrudur bir çox hallarda insanlar öz seçdiklərindən gözlədiklərini ala bilmir, 
seçilənlər seçicilərin 103 etimadını doğrultmur. Lakin nümayəndəli demokratiyanın maraqlı cəhətlərindən biri də məhz 
budur. Yəni seçicilərdən seçkiyə diqqətli və həssas yanaşma tələb olunur. Seçkilər ərəfəsində seçici daim axtarışda 
olur, yaxşıların-yaxşısını tapmağa çalışır. Bu isə öz növbəsində aktiv siyasi fəaliyyət, vətəndaş mövqeyi, demokratik 
vərdişlərə yiyələnmə, siyasi cəhətdən maariflənmə deməkdir.
2. Hakimiyyətin legitimliyi. Xalqın formalaşdırdığı hakimiyyət legitim, yəni qanuni hakimiyyətdir. Buna görə 
də legitimlik seçkilərlə sıx bağlıdır. Əgər seçkilərin nəticələri əhalini qane etmirsə, vətəndaşlar seçkilərin azad, bərabər 
və ədalətli olduğuna inanmırsa, bu zaman hakimiyyətin legitimliyi şübhə altına düşür. Belə hakimiyyətlər qanunsuz 
sayılır və cəmiyyət tərəfindən tanınmır.
3. Siyasi həyatın sosial barometri. Vətəndaşların siyasi institutlara, bütövlükdə mövcud siyasi rejimə 
münasibətini formalaşdaran da seçkilərdir. Siyasi hakimiyyətlərin yürütdükləri sosial siyasət onların nüfuzuna ciddi 
təsir göstərən amllərdəndir. Son dövrlər Avropanın bir sıra partiyaları iqtisadiyyatın qloballaşması istiqamətində 
yürütdükləri siyasətə görə xeyli seçici itirdilər. Belçika, Norveç, İsveçrə, Almaniya, Danimarka, Avstriya kimi 
ölkələrdə insanların bir qismi, məhz iqtisadiyyatın qloballaşması nəticəsində müəyyən sosial problemlərin yarandığı 
qənatindədirlər. Türkiyədə Ədalət və Kalkınma Partiyası (AKP) isə iqtidar dönəmlərindəki sosial siyasətə görə yenidən 
iqtadarda qala bildi.
4. Siyasi elitanın formalaşması. Seçki siyasi elitanı formalaşdıran, onu yeniləşdirən əsas mexanizmdir. Siyasi 
elita yeniləşməyəndə, inkişaf etməyəndə siyasi hakimiyyətin formalaşması prosesində də durğunluq yaranır və bu 
vəziyyət bütövlükdə cəmiyyətin inkişafına neqativ təsir göstərir.
5. Vətəndaşların siyasi iştirakının instituallaşması. Siyasətin subyektləri siyasi proseslər çərçivəsində öz 
maraqlarını həyat keçirmək üçün çeşidli səylər göstərir. Onların siyasi davranış formaları müxtəlif olur. Ölkədə 
stabilliyə nail olmaq üçün, ilk növbədə, vətəndaşların öz iradələrini seçki vasitəsiylə həyata keçirmələrinə təminat və 
şərait yaradılmalıdır. Demokratiyada siyasi iştirakın vacib institusional forması-seçkidə iştirakdır. 
6. Siyasi sosiallaşma. Cəmiyyətdə vətəndaşların siyasətə cəlb olunma dərəcəsi o qədər də böyük deyil. Amma 
buna baxmayaraq hər bir vətəndaşın siyasi sistemə adaptasiyası vacib şərtlərdəndir. Seçki kampaniyaları zamanı siyasi 
partiyalar insanlarda müxtəlif dəyərlər və əminliklər formalaşdırmağa çalışır. Adi vətəndaşlarda isə seçkilər dövlətə, 
dövlətçiliyə sayğı, onun qarşısında məsuliyyət hissləri yaradır.
Hansı seçkiləri gerçək demokratik seçkilər hesab etmək olar?
Gerçək demokratik seçki bir sıra tələblərə cavab verməlidir. Bunlardan biri seçkilərin zəruri və dövri olmasıdır. 
Seçkilərin zəruriliyi tələbi siyasi hakimiyyətin formalaşmasının başqa yolunu qəbul etmir. Dövrilik isə siyasi 
hakimiyyətlərin fəaliyyət dövrlərinin qanunla çərçivələnməsidir. Siyasi hakimiyyətlər əbədi ola bilməz. O müəyyən 
zaman çərçivəsində fəaliyyət göstərməlidir. 
Digər bir tələb seçkilərin şəffaflığıdır. Bu tələbə görə seçici, seçkili orqanlara namizədlər haqqında məlumatlar 
almaq imkanına malik olmalıdır. Eyni zamanda, seçkilərin və səsvermənin nəticələri təhrifsiz bütün vətəndaşlara elan 
edilməlidir. Gerçək demokratik seçkilər üçün vacib tələblərdən biri də, onun azad olmasıdır. Vətəndaş seçkidə iştirak 
etməyə, kimə səs vermək məsələsinə ozü qərar verməlidir. İnsanları hansısa namizədə, partiyaya səs verməyə məcbur 
etmək, onları inzibati qaydalarla səfərbərliyə almaq seçki azadlığının ortadan qaldırılması deməkdir.
Seçkilərdə alternativlik olmalıdır. Rəqib və rəqabət olmadan demokratik seçki keçirmək mümkün deyil. 
Müqayisə etmək, paralellər aparmaq üçün seçkidə alternativlər olmalı, 105 vətəndaşlar ideyaları, dəyərləri, çeşidli 
proqramları seçmək imkanı qazanmalıdır.

Yüklə 261,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin