Sual Seçkil ərin mahiyyəti və funksiyaları



Yüklə 261,67 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix24.01.2023
ölçüsü261,67 Kb.
#80421
1   2   3   4   5   6
Politologiya

 


Sual 2. Seçki senzl
əri 
Seçki müəyyən olunmuş siyasi prosedurdur. Bu prosedurda bir tərəfdə seçənlər, digər tərəfdə seçilənlər 
(siyasətçilər) iştirak edirlər. Seçilənlər seçici maraqlarından çıxış edərək öz siyasi platformalarını, proqramlarını tərtib 
edir və hakimiyyət uğrunda mübarizə aparır. BMT insan haqlarına dair Ümumi Deklarasiyanın 21-ci maddəsinə görə: 
«hər bir insanın öz ölkəsinin idarə olunmasında birbaşa, yaxud azad surətdə seçilmiş nümayəndələr vasitəsiylə iştirak 
eimək hüququ var».
İnsanlar üçün geniş seçki hüquqları mövcud olduğu kimi, müəyyən yasaqlar da mövcuddur ki, buna seçki senzi 
deyilir. Senz seçkilər üçün tətbiq olunan bəzi məhdudiyyətlərdir və onlar konkret qanunlarda öz ifadəsini tapır.
a) Vətəndaşlıq senzi. Bu senzin tələbinə görə seçmək və seçilmək hüququ vətəndaşlıq məsələsi ilə bağlı olur. 
Məsələn, ABŞ-da seçki hüququna malik olmaq, yəni nümayəndələr palatasına seçilmək üçün 7 il, Senata seçilmək 
üçün 9 il, prezident olmaq üçün 14 il bu ölkənin vətəndaşı olmaq lazımdır. Finlandiya, Belarus, Qazağıstan kimi 
ölkələrdə isə həmin ölkələrdə doğulmuş vətəndaşlar prezident seçilə bilər.
b) Daimi yaşayış yeri senzi. Bu senz hər hansı bir dövlətin ərazisində qanunla müəyyənləşdirilmiş daimi 
yaşayış müddəti ilə bağlıdır. Məsələn, Yaponiyada seçkidə iştirak etmək üçün bu ölkədə 3 ay yaşamaq kifayət edir.
c) Yaş senzi. Müəyyən yaş həddinə çatmaqla seçkidə iştirak hüququnu nəzərdə tutur. Dünya ölkələrinin 
əksəriyyətində 18 yaşına çatmış vətəndaşlar seçkilərdə seçici qismində iştirak hüququ qazanır. Braziliya, İran, Kuba 
kimi ölkələrdə seçmək hüququnu təsbit edən yaş, 16 yaşdır. Seçilmək üçün də senzlər mövcuddur. Məsələn, 
Azərbaycanda 35 yaşına çatmış vətəndaşlar prezident ola bilər. 
d) Əmlak senzi. Bu senz seçkidə iştirak etmək üçün müəyyən ölçüdə əmlaka sahib olmaq və müəyyən vergini 
ödəmək imkanını özündə ehtiva edir. XX əsrin əvvəllərində bu senz praktik olaraq hər yerdə ləğv olundu.
e) Cins senzi, ancaq kişilərə seçki hüququ tanıyan məhdudiyyət idi. Bu senz dünyada ilk dəfə 1893-cü ildə Yeni 
Zelandiyada, Avropada isə ilk dəfə 1906-cı ildə Finlandiyada, 1945-ci ildə İtaliya və Fransada, 1971-ci ildə İsveçrədə 
ləğv olunub. ABŞ-da 1920-ci ildə Konstitusiyaya düzəliş edildi və cins senzi ortadan qaldırıldı.
Seçki senzlərinin mövcudluğu seçkilərin demokratik keçirilməsinə təsir göstərmir, yaxud bu siyasi aksiyanın 
qeyridemokratik olmasına dəlalət etmir. Əksinə, demokratik seçkilər üçün hansısa məhdudiyyətlərin olması zəruridir. 
Məsələn, yaşla bağlı senz müəyyən həyat təcrübəsinə malik olan, vətəndaşlıqla bağlı senz isə ölkəni yaxşı tanıyan 
şəxslərin yüksək vəzifələrə seçilməsinə imkan yaradır. Seçkidə cins, irq, etnos, dinlə bağlı məhdudiyyətlər azadlığın və 
demokratiyanın məhdudlaşdırılması demək olardı.  

Yüklə 261,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin