Sual Seçkil ərin mahiyyəti və funksiyaları



Yüklə 261,67 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix24.01.2023
ölçüsü261,67 Kb.
#80421
1   2   3   4   5   6
Politologiya

Sual 6. Milli dövl
ət quruluşunun əsas formaları 
Tarixdə mili dövlət quruluşunun üç forması var: unitar dövlət, konfederativ dövlət, federativ dövlət. Unitar 
dövlət. «Unitas»-latınca birlik deməkdir. Unitar dövlət vahid, bütöv dövlət quruluşu formasıdır. Bir qayda olaraq unitar 
dövlətdə bir konstitusiya, bir vətəndaşlıq, bir ali hakimiyyət orqanı sistemi mövcuddur. Unitar dövlət inzibati- 141 
ərazi vahidlərinə bölünür, suverenliyin hər-hansı əlamətlərini tanımır. Unitar dövlətin tərkib hissələri (vilayət, rayon və 
s.) mərkəzi orqanlar tərəfindən qəbul edilən qərarlar əsasında idarə olunur. Onun ərazisi yerli əhalinin və yerli 
orqanların icazəsi olmadan ümumdövlət qanunları ilə dəyişdirilə bilər. Unitar dövlət ərazisində məhdud suverenliyə 
malik mili muxtar qurumlar varsa, bu zaman müəyyən istisnalar mümkündür. Unitar dövlət quruluşunun iki növü var: 
mərkəzləşmiş və əksmərkəzləşmiş. Mərkəzləşmiş unitar dövlətlərdə bölgə rəhbərləri mərkəzi hakimiyyətin iradəsi ilə 
formalaşır (məsələn, Hollandiya, Qazaxıstan, Özbəkistan və s.). İkinci formada bölgə orqanları mərkəzi 
hakimiyyətlərdən asılı olmadan formalaşır, ancaq ümumdövlət qanunları əsasında fəaliyyət göstərir (məsələn, Fransa, 
İspaniya, İtaliya, Yaponiya, Yeni Zelandiya və s.). Unitarlıq müasir dünyada daha geniş yayılmış dövlət forması hesab 
olunur. Konfederativ dövlət. «Confoederatio» - latınca ittifaq, birləşmə mənasını verir. Konfederativ dövlətin üzvləri 
tam mənada öz suverenliklərini saxlayır. Onun əsas məqsədi üzv dövlətlərin təhlükəsizliyini və ərazi bütövlüyünü 
təmin etmək üçün xarici siyasətdə və hərbi-müdafiə sahəsində uğur qazanmaqdır. Daxili problemlərə gəldikdə isə 
konfederativ dövlətlər, adətən, gömrük tarifinin, vahid rabitənin və başqa ikinci dərəcəli strukturların bərqərar 
olunması ilə kifayətlənir. Konfederativ dövlətlərdə ümumi qanunverici və icraedici orqan olmur. Doğrudur 
razılaşdırılmış xarici siyasət yürütmək üçün, bir qayda olaraq müəyyən orqanlar, institutlar, vəzifələr təsis edilir. 
Amma onların konfederasiyanın subyektləri üzərində hakimiyyətləri yoxdur. Konfederativ orqanların razılaşma və 
konsensus əsasında qəbul etdikləri qərarlar, konfederasiya subyektlərinin mərkəzi hakimiyyət orqanlarının təsdiqindən 
sonra qüvvəyə minir. Konfederasiya subyektləri belə qərarları ləğv etmək, qəbul etməmək hüququnu özündə saxlayır. 
Yuxarıda deyilənlər yaxın tarixin təcrübələridir. ABŞ (1781-1789), İsveçrə (1815-1848), İsveç və Norveç (1905-ci ilə 
qədər), Avstriya-Macarıstan (1918-ci ilə qədər), Misir və Suriya-Birləşmiş Ərəb Respublikaları (1958-1961), Qambiya 
və Seneqal (1982-1989) vaxtiylə konfederativ dövlətlər idi. Lakin bu dövlətlərin daxilindəki ziddiyyətlər onların get-
gedə unitar, yaxud federativ qurumlarla əvəzlənməsinə gətirib çıxardı. Hazırda ancaq bir konfederasiya mövcuddur: 
Avropa Birliyi. Bəzən MDB-ni də konfederasiya hesab edirlər. Lakin bu nə hüquqi, nə siyasi baxımdan konfederasiya 
sayıla bilməz və perspektivdə də onun konfederativ bir qurum şəklini alması imkansız görünür. Federativ dövlət. 
«Federatio»-birlik, ittifaq deməkdir. Federasiya, müəyyən hüquqi və siyasi müstəqilliyə malik olan dövlətlərin 
ittifaqıdır. Milli (linqvistik) amillərdən asılı olaraq federasiya strukturlarının müəyyənləşməsi bir-birindən fərqlənir: a) 
əraziyə görə formalaşan federasiya (ABŞ, Avstraliya, Avstiriya, Almaniya, Argentina, Venesuella, Braziliya
Meksika); b) mili əsaslara görə formalaşan federasiya (Hindistan, Belçika, Pakistan, Nigeriya); c) mili və ərazi qarışığı 
əsasında formalaşan federasiya (Rusiya, Kanada, İsveçrə). Hazırda dünyada 20 federativ dövlət var. Bütün federativ 
dövlətlərin əsaslandığı baza prinsipləri, təxminən, beşdir: 1) federal qanunvericiliyin aliliyi; 2) dövlət quruluşunun 
əsaslarının vahidliyi; 3) insanların, əmtəənin və s. bütün federasiya ərazisində maneəsiz hərəkəti, federasiyadaxili 
subyektlərin sərhədlərinin dövlət sərhəddi hesab olunmaması; 4) federasiya subyektlərinin statuslarının birtərəfli 
qaydada dəyişdirilməsinə qoyulan qadağa; 5) dövlətin ərazi bütövlüyünün pozulmaması, yəni federasiyanın bir 
subyektinin federasiyadan ayrılmasının qadağan olması. Bunlardan əlavə: - federasiya daxili sərhədlər, ancaq onun 
subyektlərinin razılığı ilə dəyişdirilə bilər; - federasiya subyektləri məhdud siyasi müstəqilliyə malikdir; - ali 
qanunverici orqan iki palatadan ibarət olur-biri subyekti, digəri ümummilli təmsilçiliyi həyata keçirir; - federasiya 
konstitusiyası ilə, subyektin konstitusiyası bir-biri ilə ziddiyyət təşkil etməməlidir; - federasiya subyektləri beynəlxalq 
hüququn subyekti deyil, amma xaricdə elmi-mədəni nümayəndəlik hüququna malikdir. Bütün bunlara baxmayaraq 
federasiyaların siyasi və hüquqi mənzərələri dəyişməz deyil. O zaman-zaman təkmilləşir, inkişaf edir. 
Respublika Konstitusiyasına görə Azərbaycan unitar dövlətdir. Konstitusiyanın 1-ci maddəsində deyilir: 
«Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun 
qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla 
müəyyənləşdirilmiş normaları istisna etmir». Maddə 5-də deyilir: «Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının 
vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası 


vətəndaşlarının ümumi və bölünməz vətənidir» Hazırda Azərbaycan üçün əsas milli ideya «Azərbaycançılıq» 
ideyasıdır. Dünyada azərbaycanlıların ümumi sayı 50 milyona yaxındır. Lakin bu böyük toplumdan cəmi 10 milyonu 
müstəqil dövlətin vətəndaşıdır. «Azərbaycançılığın» fəlsəfəsi dünya azərbaycanlılarının enerjisini, potensialını 
Azərbaycanın inkişafının və təhlükəsiszliyinin təmin olunmasına səfərbər etməkdir. Milli ideya böyük siyasi gücə 
malikdir. Onun köməyi ilə millət öz müstəqilliyni qazanır, suverenliyinə nail olur, tərəqqisini və təhlükəsizliyini təmin 
edir. 

Yüklə 261,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin