Sual Seçkil ərin mahiyyəti və funksiyaları



Yüklə 261,67 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix24.01.2023
ölçüsü261,67 Kb.
#80421
1   2   3   4   5   6
Politologiya

Sual. 5. Milli ideya v
ə ideologiya 
Hər bir millətin öz mili ideyası var. Bu ideyalar bəzilərində zəif, bəzilərində qabarıq şəkildə özünü büruzə verir. 
«Milli ideya» anlayışı ilk dəfə alman filosofları İ. Herder və Q. Hegel tərəfindən işlənsə də o, tarixin əvvəlki 
dönəmlərində də mövcud olub. «İspanizm» mili ideyasının mahiyyəti ispan milləti ilə onun konfessional (katolik) 
icmalarının vəhdətidir. Katolik dini «ispan qəlbinin» mahiyyəti hesab olunur. Amerikanlar hesab edirlər ki, Amerikanı 
güclü və qüdrətli edən əsas amil protestant ruhu və etikasıdır. Protestantlar başqalarından fərqli olaraq «Əmək insan 
üçündür!» prinsipi ilə deyil «İnsan əmək üçündür!» prinsipi ilə yaşayır və çalışırlar və məhz bu prinsip Amkrikanı 
dünyada hegemon dövlətə çevirdi, Amerika patriotizmini, vətnəsevərliyini, «amerikançılıq» düşüncəsini formalaşdırdı. 
«Rus ideyası» avrasiyaçılığı, sivill Avrasiya toplumu olmanı özündə ehtiva edir. Rus filosofları N. Berdyayev və D. 
Andreyevə görə isə «rus messianizminin» mahiyyətini «xilaskarlıq» təşkil edir. Yəni rusların missiyası Avrasiyada 
yaşayan bütün xalqları üç mədəniyyət-din ocağına (Qüds, Məkkə, Hindistana-Xristanlığa, İslama, Buddaçılığa və 
Krişnaçılığa) qovuşdurmaq, onları cahillikdən xilas etməkdir. Bu məntiqə əsasən Rusiyanın əraziləri Şərqdə Hind 
okeanına, Cənubda isə Məkkə və Qüdsə qədər uzanıb getməlidir ki, bu böyük məkanda məskun olan xalqlar arası 
bağlar, əlaqələr üçün ərazi əngəlləri, sərhəd maneələri qalmasın. Türk dünyası üçün mili ideya bir neçə mərhələdən 
keçib. XIX əsrin sonlarında «panislamçılıq» meydana gəldi. Lakin Osmanlını dini birlik ideyası ilə saxlamağın 
mümkün olmayacağı tezliklə ortaya çıxdı və bu ideyanı «panturançılıq», «pantürkçülük» əvəz etdi. Türkiyə elmi 
ədəbiyyatında «türkçülük» aşağıdakı kimi təqdim edilir: «Türkçülük-ətrafı düşmanlıqlarla dolu bir məkanda türk kimi 
qalmaq əzmi və iradəsidir». Bu özünümüdafiə ideologiyasıdır. Milli ideologiya-insanların sosial, siyasi, iqtisadi, 
fəlsəfi, dini, mənəvi, estetik və digər baxışlarının cəmidir. Millətin mənəvi inkişafının mahiyyətini, səviyyəsini və 
başqa özəlliklərini xarakterizə edir. O millətin tarixi inkişaf prosesini, mənsub olduğu toplumun dəyərləri barədə 
təsəvvürləri, eyni zamanda başqa dəyərlərə və millətlərə münasibətləri özündə əks etdirir. Milli ideologiyadan 
millətçilik ideologiyası fərqləndirilməlidir. Millətçilik mili ideologiyanın mütləqləşdirilməsi, yaxşıların yaxşısı elan 
edilməsidir. Millət ancaq öz ideyasının qayğısına qalanda, başqalarını inkar edəndə və yaxud onlara yuxarıdan aşağı 
bağanda millətçilik ortaya çıxır. Bu cür təzahürlər özünün əks tərəflərini yaradır. Zor zor doğurur, aqressiya aqressiya 
yaradır. Tarixdə bunun nümunələri çoxdur. XX əsrin ən acı dərsi isə bəşəriyyətə böyük bəlalar gətirən faşizmdir



Yüklə 261,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin