23
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki
qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı
elementlər yerləşir:
-Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə
yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur.
Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə
sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər.
Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan
SELERON tipli mikroprosessorlardan istifadə edilir.
Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki,
mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi
soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq
soprosessorlara ehtiyac duyulmur;
-Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə
yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;
Dostları ilə paylaş: