Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə9/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   5   6   7   8   9   10   11   12   ...   94
Informatika-Muhazireler-2

Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən
dəqiq qeyd olunmuş informasiyadır.
Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif
məsələlərin həllində istifadə edilən informasiyadır.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin
obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən
xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:
1. Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.
2. Tamlıq. İnformasiyanın tamlığı tədqiq edilən obyekt və ya proses haqqında
toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.
3. Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni
informasiya dəqiq olmalıdır.
4. Adekvatlıq. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu
obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.
5. Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır.
6. Anlaşıqlıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa
düşülməlidir.
Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus
xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə
yetirilməsi vacibdir:
- verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi;
- ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi;
- obyektlərin miqdarının kifayət qədər olması;
- verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması.


 10
2. Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi
təsnif olunur:
- formal dəqiqlik- hansısa formallığa istinad edilərək müəyyənləşdirilən
dəqiqlikdir;
- real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir;
- maksimal və ya əldə oluna bilən dəqiqlik- bu dəqiqlik verilənlərin
toplanmasının konkret şəraitinə uyğun olaraq müəyyənləşdirilir;
- tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin
tələblərinə uyğun olaraq müəyyənləşdirilir.
3. Verilənlərin gerçəkliyi. Bu xüsusiyyət verilənlərin ən başlıca xüsusiyyətidir.
Başqa sözlə “ lazımi informasiya keyfiyyətsiz verilənlərdən alına bilməz” prinsipi
burada ali prinsip kimi qəbul edilir. Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas
amillər aşağıdakılardır:
- - ölçülən verilənlərin dəqiqliyi;
- - ölçmə və hesabat metodikası;
- - maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində
edilmiş təhriflər.
Biliklər də informasiya növü kimi informasiyanın əsas xüsusiyyətlərindən əlavə
yalnız özünə məxsus xüsusiyyətlərlə xarakterizə edilir. Əslində bu xüsusiyyətlər
biliklərin mövcudluq növlərində özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq
növlərinə malikdirlər:
- konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu
biliklər çox vaxt konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar.
- Müxtəlif sahələr üzrə informasiyalardan alınmış konseptual və ya ümumiləşmiş
biliklər. Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması
metologiyaları olur.
- Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir.
Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın
növləri olduqlarından, onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi
xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu isə informasiya növləri arasında olan
əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir.
İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya
elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri
adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq
mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb
informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.


 11
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir
olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək
mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır.
Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar.
İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri
qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları
adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması
adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər.
Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-
hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir.
İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır:
-
işarələr ilə;
-
informasiyanın quruluş vahidləri ilə;
-
informasiya daşıyıcıları ilə.
İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə
etmək olar.
İnformasiya texnoloji nöqteyi-nəzərdən ötürülmə, saxlanma, işlənmə obyekti
kimi müəyyən edilir. İnformasiyaya formal olaraq məzmun cəhətdən baxıldıqda o,
işlənməyə, emala məruz qalır. Belə olan halda informasiya proseslərinin girişində olan
məlumatlar “xammal” rolunu, çıxışındakı məlumatlar isə “hazır məhsul” rolunu
oynayır.
İnformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının
tətbiqi ilə həyata keçirilir. Digər tərəfdən cəmiyyətin informasiya resusrlarından
istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur.
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə,
idrak) sözlərinin birləşməsindən yaramnışdır və istehsal proseslərinin yerinə
yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin
özlərini ifadə edir.
İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün
üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin
vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
İnformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun
əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası
elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin
yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə
informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib


 12
hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın
keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya
mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya
texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya
texnologiyaları mərhələsi başlandı.
Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da
aşağıdakılardır:
- kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
- proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
- həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin
çevikliyi.
İnformasiya istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi
təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya
emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Proqram
vasitələri istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip
kompüterlər üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir.
Belə vasitələr kimi fərdi kompüterlər üçün geniş yayılmış müxtəlif sahələrə aid tətbiqi
proqramlardan istifadə edilir.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə
sıx bağlıdır. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların,
mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan proses-
dir. İnformasiya texnologiyasınm əsas məqsədi ilkin informasiyanın məqsədyönlü
emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məh-
sullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və
s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada
əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən
informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın
çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır.
İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya
və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə
ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;


 13
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün
alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin
həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və
sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından
azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın
qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir.
Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı ardıcıllıqla yerinə
yetirilir. Əvvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırıldıqdan sonra
əsas təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil
edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar əsasında sistemləşdirilir və emala
göndərilir. Emal prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya
informasiya daşıyıcılarına göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın
müasir kompüterlərdə işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilə
bilən və özünəməxsus xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir.
İnformasiya adətən tədqiq edilən proses və ya obyektə uyğun ilkin sənədlərdən
və təcrübələrdən əldə edilərək toplanır. Toplanmış informasiyanın saxlanılması və
ötürülməsi məqsədilə kodlaşdırmadan istifadə edilir.
Ümumiyyətlə, əsas informasiya proseslərinə məlumatlarn yığılması, onların
qeyd edilməsi və kodlaşdırılması, çoxaldılması, bir yerdən başqa yerə ötürülməsi,
saxlanması, axtarılması, təhlili və istifadə edilməsi aiddir. Bu informasiya prosesləri
içərisində məlumatların yığımasının texniki səviyyəsi xeyli aşağı, əməliyyatların
həcmi isə yüksək olur. İnformasiyaların yığımasının ardınca onun müxtəlif
sənədlərdə, məlumat daşıyıcılarında qeyd edilməsi ilə yanaşı əks etdirilməsi
əməliyyatları da baş verir.
İlkin informasiyanın qeydiyyatı ilə nəticə informasıyanın qeydiyyatını bır
-
-
birindən fərqləndirmək lazımdır. İlkin informasiyanın toplanması və qeydiyyatı adətən
eyni zamanda baş verdiyi üçün onlar əlaqəli surətdə nəzərdən keçirilir. Çox zaman
informasiyanın növbəti qeyd edilməsi ilə onun kodlaşdırılması prosesi birgə yerinə
yetirilir. Məlumatların kodlaşdırılması onların daha yığcam və tez əks etdirilməsini,
fərdi kompüterlərin köməyi ilə təhlilinin həyata keçirilməsini, ötürülməsi ilə yanaşı
saxlanılmasını asanlaşdırır. Bu zaman sözlər və informasiya elementləri şərti rəqəm və
ya hərf işarələri- kodlarla ifadə olunur. Müasir kompüterlərdə informasiyanın kodlaş-
dırılması məqsədilə ikilik say sisteminin rəqəmlərindən istifadə edilir.


 14
İnformasiyamn saxlanması və axtarışı prosesi onun uzun müddət öz
əhəmiyyətini itirməməsi, dövri xüsusiyyət daşıması, təkrar işlənməsi məqsədləri üçün
istifadə olunmasından və sairədən irəli gəlir. İstər ilkin, istərsə də törəmə informasiya
müxtəlif müddətli saxlanmaya və axtarışa məruz qalır. Elmi-texniki tərəqqi ilə
əlaqədar olaraq informasiyanın saxlanmasının və axtarişinın forma və üsulları, texniki
vasitələri ildən-ilə təkmilləşdirilir.
Əslində informasiya daşıyıcısı kimi insan beynini, kağızı, kitabları, jurnal və
qəzetləri, audio və video kasetləri, maqnit diskləri və lentlərini, compakt diskləri,
DVD diskləri, fleş diskləri və s. hesab etmək olar. Lakin müasir kompüterlər bu
qurğulardan daha çox tutma və sürətlə işləmə qabliyyətinə malik olanlardan istifadə
edir.
İnformasiyanın saxlanması məqsədilə fayllardan istifadə olunur. Fayl diskin və
ya informasiya daşıyıcısınin adlandırılmış hissəsidir. Hər bir fayl özündə eyni ad
altında birləşdirilmiş müəyyən informasiyanı saxlayır. Fayllar ada malik olurlar. Eyni
bir informasiya daşıyıcısında eyni adlı iki fayl ola bilməz. Belə halda birinci məzmun
silinərək ikinci yeni məzmun saxlanılır. Faylin adı MS DOS əməliyyatlar sistemində
maksimum 11, Windows əməliyyatlar sistemində isə 256 simvol ola bilər. Faylın adı
iki hissədən : xüsusi ad və tipdən ibarət olur. Faylın tipi üçün maksimum 3 simvol
ayrılır. Faylın xüsusi adı və ya tipi verilməyə də bilər. Adətən fayla verilən ad elə
seçilir ki, o istifadəçiyə ilk baxışda fayl və ya onun məzmunu haqqında müəyyən
məlumat versin. Faylların bir çox tipləri onlar haqqında əlavə məlumatın alınmasını
təmin edir. Beləki, bu tiplər onda olan mılumatların növü, faylın yaradıldığı redaktor
və ya proqram vasitəsi haqqında məlumatın əldə olunmasına imkan yarada bilər.
Bəzi tez-tez rast gəlinən fayl tiplərini göstərək:
SYS – sistem faylları;
COM - əmrlər faylları;
DOC – Word mətn faylı;
XLS – Excel faylı;
PAS – Paskal dilinin mətn faylı;
BAS – Basic dilinin mətn faylı və sair.
Fayllarla işləməni asanlaşdırmaq məqsədilə hər hansı oxşar əlamətə görə onları
kataloqlarda və ya qovluqlarda birləşdirirlər. Bu həm axtarış , həm də fayllar üzərində
əməliyyatların daha asan və sürətlə yerinə yetirilməsini təmin edir. Kataloq və
qovluqların yaradılmasında da fayllar üzərinə qoyulan şərtlər yerinə yetirilməlidir.


 15
Adətən yaddaş qurğularında saxlanan faylların yaradılma tarixləri, onların
yaddaşda tutduqları yaddaşın həcmi, fayl üzərində edilən dəyişikliklər haqqında
məlumatları almaq müasir kompüterlərdəki sistemlərlə mümkündür.
İnformasiyanın emalı prosesi aşağıdakı ümumi sxem üzrə aparılır:
Sxem 1. İnformasiya emalının ümumi sxemi.
Giriş informasiya ilkin sənəd və mənbələrdən toplanır. Toplanmış informasiya
texniki qurğularla emal edilir. Bu qurğular icəricində böyük həcmli informasiyaları
emal edən kompüterlər xüsusi yer tutur. Çıxış informasiya insan yaxud qurğu
tərəfindən emal nəticəsində alınan informasiyadır.
İnformasiyanın çoxaldılmasının başlıca vəzifəsi idarəetmə məqsədləri üçün
yayılmasını təmin etməkdən ibarətdir. Xüsusilə nəticə informasiyası artırılaraq çoxlu
ünvanlara göndərilir.
İnformasiyanın ötürülməsinin zəruriliyi ayrı-ayrı informasiya proseslərinin
müxtəlif yerdə baş verməsi, onlar arasında sıx əlaqənin və asılılığın olması ilə
bağlıdır. İnformasiyanın ötürülməsi onun ötürülmə üsullarından, istiqamətindən,
informasiyanın hansı daşıyıcı formasında olmasından, məzmunundan asılıdır.
Qeyd etmək lazımdır ki, informasiyanın ötürülməsi iqtisadi informasiyanın
məruz qaldığı çevrilmələrin biri ktmi nəzərdən keçirilməlidir. Hazırda bu mərhələ
əsasən avtomatlaşdırma elementiərinin və müasir telekommunikasiya vasitələrinin
geniş istifadə edilməsi ilə səciyyələnir. Təbii ki, bu halda informasiyanın
avtomatlaşdırılaraq işlənməsi imkanlari xeyli artır. Burada ən perspektivli istiqamət
rabitənin avtomatlaşdırılmış sisteminin yaradılması, "intellektual" terminalların və
mütərəqqi kommunikasiya vasitələrinin tətbiq edilməsidir.
İnformasiyanın ötürülməsi aşağıdakı sxem üzrə aparılır:
İnformasiya
mənbəyi
Kodlaşdı-
rıcı qurğu
Rabitə
kanalı
Dekodlaşdırıcı
qurğu
İnformasiya
qəbul edən
Sxem 2. İnformasiyanın ötürülməsi sxemi.
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu ola bilər. Kodlaşdırıcı
qurğu alınan informasiyanı ötürülmə və əks etdirmə üçün əlverişli formaya çevirir.
Rabitə kanalından keçən informasiya dekodlaşdırıcı qurğuya düşür və burada qəbul
edənin başa düşdüyü formaya çevrilir.
Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki vasitələrinin
tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı
Giriş
informasiya
Emal
Çıxış
informasiya


 16
miqyasda mübadilə edilməsi əlaməti əsas götürülür. Belə ki, əgər müəssisə daxili
(və ya firma daxili) informasiya mübadiləsində naqil, radio əlaqəsi, həmçinin qismən
terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar) informasiya
mübadiləsində terminalların və elektron rabitə vasitələrinin istifadəsinə üstünlük
verilməlidir.
İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis
dilində binary digit- ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik
siqnalları iki vəziyyətdə ola bilər: siqnal var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik
yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə edir.
Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi
üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8
bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda
saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü
vahidləri aşağıdakılardır:
8 bit= 1 Bayt
1024 Bayt= 1 KiloBayt (KB)
1024KB=1 Meqa Bayt(MB)
1024 MB=1QiqaBayt (QB)
1024 QB=1 TeraBayt(TB)
1024 TB=1 Petabayt (PB)
Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16
bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.


 17

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin