c)
adi danışıq dili;
Ekspertin dilinin komponentləri bunlardır:
predmet sahəsində işlədilən termin və anlayışlar;
ümumielmi terminlər və adi danışıq dili;
neologizm, yəni ekspertin iş zamanı istifadə etdiyi peşəkar jarqonlar.
Bilik mühəndisinin və ekspertin danişdığı dil komponentlərindən ümumielmi terminlər və
adi danışıq dili təqribən eynidir. Onların qarşılıqlı əlaqələrini optimallaşdırmaq üçün ümumi dil
(kod) formallaşdırılmalıdır. Həmin dil sonralar semantik şəbəkəyə çevrilir və predmet sahəsinin
bilik modelini yaradır.
Biliyin seçilməsi prosesində bilik mühəndisinin ekspertlərin qeyri-ənənəvi, yəni fərdi
bilik və təcrübələri daha çox maraqlandırır. Çünki, ES-lər üçün orijinal mühakimələr daha
qiymətli hesab edilir. Beləliklə, fəlsəfi cəhətdən ekspertin biliklərinin iki səviyyəsi fərqləndirilir:
empirik biliklər (müşahidələr, hadisələr); nəzəri biliklər (qanunlar, abstraksiyalar,
ümumiləşdirmələr).
Elmi biliklərin alınmasının, əldə edilməsinin daxili uyğunluq və ziddiyyətli olmaması,
sistemlilik, obyektivlik, tarixilik kimi meyarları da müəyyənləşdirilmişdir ki, bu meyarların hər
birinin öz xarakteristikası, mahiyyəti və xüsusiyyətləri vardır.
Bilik mühəndisi üçün idrakın metodoloji strukturu aşağıdakı mərhələlərdən ibarətdir:
- faktların təsviri və ümumiləşdirilməsi - faktlar toplanaraq sistemləsdirilir.
- əlaqə və qanunauyğunlyqların müəyyənləşdirilməsi - faktlar arasında məntiqi əlaqələr
qurulur.
- ideallaşdırılmış modelin qurulması - termin və anlayışlar sistemi, həmçinin riyazi və
məntiqi vasitələr istifadə edilməklə biliklərin qismən formallaşdırılmış struktur modelinin
yaradılmasıdır.
- modelin izahı və onun perspektivliyinin əsaslandırılması - ekspertin aşkarlanmamış
bilikləri dolğun və obyektivdirsə, onların əsasında proqnoz vermək və əlaqədar predmet
sahəsində istənilən hsdisəni izah etməkdir.
Adətən, ES-lərin bilik bazalarına komponentlərin fraqmentliyi və modulluğu -
əlaqəsizliyi xas olduğundan bazada yeni qanunauyğunluqların əvvəlcədən formallaşdırılmasına
və onda açıq şəkildə olmayan hadisələrin izahına inkan vermir. Lakin burada yeni ideyaların
generasiyasına yönəlmiş xüsusi məntiqi sistemin olması istisnalıq təşkil edir.
Dostları ilə paylaş: