Freym modelləri dünyəvi bilikləri əhatə etmək baxımından kifayət qədər universallığa
malikdir. Bunun üçün freym şəbəkələrində biliklərin təqdimatının xüsusi dilləri işlənmişdir.
Hazırda FRL (Frame Represeation Language), ANALYST, MODIS adlı
dillər geniş istifadə
edilir.
13. EKSPERT TƏLIM SISTEMLƏRININ ÜMUMILƏġDIRILMIġ STRUKTURU
Ekspert Təlim Sistemi (ETS) – tədris-təlim sahəsində yüksək ixtisaslı mütəxəssislərin
elmi biliklərini və təcrübələrini özündə toplayan, yayan və onlardan
nisbətən az ixtisas biliyi
olanların istifadəsinə imkan yaradan mürəkkəb proqram kompleksidir.
ETS-lərin işlənməsində minimal səviyyədə 4 mütəxəssis iştirak edir: ekspert, bilik
mühəndisi, proqramçı, istifadəçi.
Bilik mühəndisi süni intellekt üzrə mütəxəssisdir. O, bilik bazası ilə ekspert arasında
bufer rolunu oynayır. Bilik mühəndisi
koqnitoloq,
mühəndis-interpretator və
analitik də
adlandırılır.
ETS-in
ümumiləĢdirilmiĢ strukturu aş-kı kimi göstərilə bilər:
İstifadəçi interfeysi
Məntiqi nəticə bloku
Bilik bazasının
intellektual redaktoru
Bilik bazası
İzahedici altsistem
İstifadəçi interfeysi – sorğunun daxil edilməsi və cavabın alınması prosesində
istifadəçi
ilə ETS arasında dialoqu reallaşdıran proqram kompleksidir.
Məntiqi nəticə bloku - bilik bazasında olan məlumatlar əsasında ekspertin fikirlərinin,
düşüncələrinin gedişini modelləşdirən proqramdır.
Bilik bazası – ES – in özəyi olub, predmet sahəsində biliklər
məcmusunun ekspertə və
istifadəçiyə aydın olan formada (təbii dilə yaxın dillərdə) maşın informasiya daşıyıcılarına
yazılmış kompleksidir. Biliklərin təbii dilə yaxın dildə yazılması ilə yanaşı, maşındaxili təqdimat
formaları da mövcud olur.
İzahedici altsistem – istifadəçinin aşağıdakı tip suallarına cavab verən proqram
kompleksidir: Bu və ya digər tövsiyyə necə alınmışdır? Nə üçün sistem belə qərar qəbul
etmişdir? Deyilən birinci sualda bilik bazasının bütün əlaqədar fraqmentlərini göstərməklə fikrin
alınmasının
tam gedişi, ikinci sualda isə alınmış nəticədən əvvəldə duran mühakiməyə isnad
verilir.
Bilik bazasının intellektual redaktoru – bilik mühəndisinə dialoq rejimində bilik bazası
yaratmağa imkan verən proqramdır. Buraya qurulmuş menyu sistemi,
biliyin təqdimedilmə
dilinin şablonu, “help” – rejim və baza ilə işləməyi asanlaşdıran digər servis vasitələri daxildir.
ETS – in işlənməsinə bilik mühəndisi rəhbərlik edir.
ETS-lər hazırda çoxlu müxtəlif məzmunda proqram kompleksini birləşdirir ki, onları da
müxtəlif meyarlarla təsnifləşdirmək olar. Həmin təsnifatın ümumiləşdirilmiş modeli daha dolğun
hesab edilir.
Dostları ilə paylaş: