9
BURAXILIŞ IŞININ PLANININ TƏRTIB OLUNMASI
Planın tərtib olunmasında birinci tövsiyə buraxılış işinin
məzmunu
və
onun
strukturu
üzrə
elmi
rəhbərlə
məsləhətləşməkdir.
İşin planı nə qədər tez tərtib olunarsa, mövzu bir о qədər
məqsədəuyğun yerinə yetirilir. Planın tərtib olunmasında iki
başlıca mərhələni ayırmaq lazımdır: planın ilkin və sonuncu
variantlarının işlənməsi.
İlkin plan bir qayda olaraq mövzunun təsdiqindən və əsas
mənbələrlə ümumi tanışlıqdan sonra tərtib olunur.
Planın sonuncu variantı elmi rəhbərlə razılaşdırılır və
bundan sonra məcburi sənəd xarakterı alır. Planda dəyişikliklər
yalnız elmi rəhbərin razılığı ilə ola bılər. Əgər tələbə ilə rəhbər
arasında fikir ayrılığı yaranarsa, bu
halda sonuncu qərarı
kafedra qəbul edir.
Tədqiqatın planı mövzunun adını, girişi, fəsillərin adını,
hər bir fəsildə bölmələrin adını, xülasəni, ədəbiyyat siyahısını
və bütün əlavələri özündə əhatə etməlidir.
Mövzunun adına buraxılış işinin planı, onun məzmununa
və qarşıya qoyulan vəzifələrə müvafıq olmalıdır.
Dostları ilə paylaş: