4
- müstəqil işləmək vərdişlərinin inkişaf etdirilməsi, eləcə
də buraxılış işlərində qoyulan problem və sualların
həllinin
araşdırılması metodlarına yiyələnmək;
- tələbələrin müasir istehslatın, elmin, texnikanın və
mədəniyyətin müvafiq sahələrində müstəqil işləməyə hazırlığı
səviyyəsini müəyyənləşdirmək;
Buraxılış işlərinin müdafiəsi tələbələrin yekun dövlət
attestasiyasının
bir hissəsi olmaqla, həm də onların son
attestasiyasıdır. Bu attestasiyanın nəticəsinə görə məzuna
ixtisas dərəcəsi verilir.
Beləliklə, buraxılış işləri
bir qayda olaraq elmi və ya
praktiki əhəmiyyətə malik olmalıdır.
Bütün attestasiya sınaqlarından, o cümlədən müəyyən
fənn üzrə dövlət imtahanından və ya fənlərarası
yekun
imtahanından müvəffəqiyyətlə çıxmış bakalavr tələbələr
buraxılış işinin müdafiəsinə buraxılırlar.
Bu metodık gostərışlə, buraxılış ışlərınə rəhbərlık edən
professor-müəllim heyətinə metodik yardım olunması,
habelə
tələbələrə mövzunun seçilməsi, yazıl-ması,
rəsmiləşdirilməsi
və müşayiət sənədlərinin hazırlanması işində kömək üçün
nəzərdə tutulmuşdur.