Buraxılış işinin əsas məzmunu
Buraxılış işinin strukturu aşağıdakı əsas hissələrdən
ibarət olmalıdır:
- buraxılış işinin girişi adətən makina yazısı ilə 2-3 sə-
hifədən ibarət olur. Giriş bir növ buraxılış işinin vizit kartı
sayılır. Girişdə mövzunun akruallığı əsaslandırılır, tədqiqatın
10
metodologiyası, məqsəd və vəzifələri müəyyənləşdirilir, möv-
cud ədəbiyyat və mənbələrin icmalının xarakteristikası verilir;
- işin başlıca struktur hissəsini fəsillər təşkil edir.
Fəsillərin sayı ikidən az olmamalı,və onların məzmunu ada
müvafiq olmalı və əsaslandırılmalıdır;
- buraxılış işi xülasə ilə tamamlanır. Xülasədə ümumiy-
yətlə iş üzrə nəticə çıxarılır, problemin gələcəkdə öyrənilmə
perspektivləri qeyd olunur, işin müasir dövrlə əlaqəsi göstərilir,
praktiki tövsiyyələr verilir.
Buraxılış işinin yazılmasında informasiya mənbəyi kimi
yerli və xarici ədəbiyyat (kitablar, broşuralar, jurnallar və qəzet
məqalələri), normativ-hüquqi aktlar (qanunlar, fərmanlar,
qərarlar, təlimatlar, qaydalar və s.), dövri statistik hesabatlar və
toplular, istehsalat təcrübəsinin materialları çıxış edir. Seçilmiş
mövzunun müvəffəqıyyətlə tədqiq olunmasının yollarından biri
dövri nəşrlərdə dərc edilmiş materiallarla tanışlıqdır. Bu
nəşrlərə aşağıdakılar aiddir: "Busness $ Consalting", «İqtisad
elmləri: nəzəriyyə və ргакtiка», «Ekspert» (azərbaycan nəşrlə-
ri), «Деньги и кредит», «Банковское дело», «Деньги», «Ми-
ровая экономика и международные отношения» (Rusiya
nəşrləri), "Financial Times", "The Economist" (ingilis nəşrləri),
"Qlobal Finance", "The Well Street Journal" (ame-rikan
nəşrləri), «Finans dünyası», «Bankaçılıq» (türk nəşrləri).
Ədəbiyyat siyahısı işin əsas mətnindən sonra yerləşdirilir.
Ədəbiyyat siyahısına yalnız о mənbələr daxil edilir ki, bunlar
buraxılış işinın hazırlanmasında real surətdə istifadə olımmuş-
lar. Hər bir mənbənin biblioqrafik ifadəsi müəyyən olunmuş
sxem üzrə tərtib olunur və standarta müvafıq olaraq bir sıra
məcburi elementlərdən ibarətdir.
11
Buraxılış işinin əlavələri əsasən özündə iri cədvəlləri,
qrafıkləri, sxemləri diaqramları, metodik sənədlərdən çıxarışla-
rı (banklarda vı istehsalat təcrübəsi bazalarında istifadə olunan)
və mövzu üzrə digər maraqlı yardımçı materialları əhatə edir.
Dostları ilə paylaş: |