Metodik göSTƏRİŞ Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi- metodik şurası «İqtisadiyyat»



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix04.02.2023
ölçüsü0,54 Mb.
#82877
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Buraxilis-islerinin-hazirlanmasi

 
Buraxılış işiııin müdafiəsi 
Tamamlanmış buraxılış işi müəllif və elmi rəhbər 
tərəfindən imzalanaraq müdafiə günündən ən azı 10 gün əvvəl 
kafedraya təqdim olunur. Buraxılış işi ilə eyni vaxtda 
kafedraya tədqıqatın qısa təhlilini əks etdirən elmi rahbərin rəyi 
və işin müdafiəyə buraxılması haqqında qərar da təqdim 
olunur. Elmi rəhbər rəyində iş haqqında öz fıkrini ifadə edə 
bilər. Bundan sonra kafedra buraxılış işini elmi rahbərin rəyi ilə 
birlikdə, kanar rəyə göndərir. Ali məktəb ənənısinə görə kənar 
rəyçilər digər kafedraların müəllimləri və eləcə də müvafiq 
sahələrin yüksək ixtisaslı mütəxəssisləri ola bilərlər. 
Rəyçi buraxılış işi barəsində yazılı surətdə ətraflı rəy 
hazırlayır və burada aşağıdakılar göstərilir: seçilmiş mövzunun 
aktuallığı və onun əsaslandırılma dərəcəsi qiymətlən-dirilir; 
qoyulmuş məqsəd və vəzifələrin düzgünlüyü; planın mövzuya 
uyğunluğu; tələbənin mənbə və ədəbiyyatlardan istifadəsi. 
Adətən rəydə buraxılış işinin nə dərəcədə mövzunu əhatə 
etməsi, işin nəzəri və praktiki əhəmiyyəti və elmi yeniliyi 
göstərilməlidir. Rəyin sonunda buraxlış işi qiymətləndirilir. 
Buraxılış işi rəylərsiz müdafıəyə buraxılmır. 
Tələbə müdafıə üçün aşağıdakıları hazırlamalıdır: 
1) seçilmiş mövzunun aktuallığı və praktiki əhəmiyyəti 
haqqında və işdən irəli gələn əsas nəticə və təkliflərə müvafıq 


12 
qısa (5-7 dəqiqəlik) məruzə. Məruzə məzmununa görə məntiqi 
və ardıcıl olmalıdır. Bura əsas məlumat və rəqəmlərin daxil 
edilməsi daha məqsədəuyğundur; 
2) illüstrasiyalı material hazırlamaq. Bura ən maraqlı 
cədvəl, qrafik, sxem, diaqram və s. raqəm xarakterli materiallar 
daxil edilir; 
3) elmi rəhbərin və rəyçinin iradlarına cavablar 
hazırlamaq. Çavabların müxtəlif variantları ola bilər: iradlarla 
razılaşmaq onları əsaslandırılmış surətdə rədd etmək, gələcək 
işdə nəzərə almaq, buraxılmış səhvlərə görə üzr istəmək və s. 
Buraxılış işi tələbə tərəfindən DİK qarşısında müdafiə olunur. 
Verilən suallara cavablar qısa və inandırıcı olmalıdır. 
Komissiya buraxılış işini müzakirə edir və eləcə də müdafiə 
nəticələri nəzərə alınmaqla qərar çıxarır. Buraxılış işinin 
nəticələri 
aşağıdakı 
kimi 
qiymətləndirilir. 
Qiymətin 
verilməsində işin nəzəri və praktiki əhəmiyyəti, mənbə 
bazasının genişliyi, məqsəd və vəzifələrin düzgün qoyuluşu, 
tələbənin suallara düzgün cavab verməsi, öz mövqeyini 
qorumaq və elmi müzakirə aparmaq qabiliyyəti kimi faktorlar 
nəzərə alınır. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin