217
X =320
Göstərilən misaldan aydın olur ki, satışın zərərsizliynə
yalnız həcmin 320 ədəd olduğu halda nail olunur. Zərərsizlik
nöqtəsini pul ifadəsində də hesablamaq olar. Bunun üçün
zərərsizlik nöqtəsində olan məhsul vahidinin miqdarını məhsul
vahidinin qiymətinə vurmaq lazımdır:
750x =750x320 =240500 manat
Tarazlıq metodunun növlərindən biri də marjinal gəlir
metodudur. Marjinal gəlir metodunda zərərsizlik nöqtəsi
aşağıdakı düsturla hesablanır.
Zərərsizlik nöqtəsini tapmaq üçün aşağıdakı misaldan
istifadə edək.
Tikiş fabriki kişi kostyumu hazırlamaq və satmaq üçün
aşağıdakı göstəricilərə malikdir:
Satışdan pul gəliri – 375000 manat
Dəyişən məsrəflər – 250000 manat
Sabit məsrəflər – 80000 manat
Mənfəət – 45000 manat
Məhsulun həcmi – 500 ədəd
Məhsul vahidinin qiyməti – 750 manat
Marjinal gəlir məbləğini hesablayaq:
375000 – 250000 =125000 manat
Marjinal gəlirin əmsalını hesablayaq:
125000:375000 =0.33
Zərərsizlik nöqtəsini məbləğ ifadəsində hesablayaq:
80000:0.33 =240000 manat
Zərərsizlik nöqtəsini cinsi ifadədə hesablayaq:
240000:750 =320 ədəd
Dostları ilə paylaş: