207
Normativ qiymətəmələgəlmənin əsas prinsipi ondan iba-
rətdir ki, məhsulun qiyməti qeyri-müstəqim xərcləri örtməli və
yaxud onu müəyyən məbləğlə təmin etməlidir. Əmtəənin fakti-
ki qiyməti yalnız məsrəfləri cəmləməklə, arzu edilən mənfəət
məbləği almaqla deyil, məhsulun istehlak dəyərindən və bazar
qiymətindən çıxış edilərək təyin edilməlidir.
Məmulatın və yaxud xidmətin tam maya dəyərinin müəy-
yən edilməsi qiymətin qəbul edilə bilməsini (məqbul hesab edi-
lən) qiymətləndirilməsi və ilkin formalaşması üçün ilk an hesab
olunur. Qiymətin material və əmək məsrəfləri əsasında əmələ
gələn zaman material və əmək üzrə müstəqim xərclər üçün ay-
rıca qiymətəmələgətirici əmsallar işlənib hazırlanmalıdır. Bun-
ların hər biri özündə məsrəf və mənfəətin müəyyən hissəsini
əks etdirir. Əmək məsrəflərini saatla qiymətə əsasən təyin edir-
lər. İşçi qüvvəsinin müstəqim məsrəfləri (işəmuzd ödəniş + ok-
lad + mükafat) üstəgəl qeyri-müstəqim xərclərin payı, üstəgəl
mənfəət məbləği əmək məsrəflərini təşkil edir.
Qiymətin kalkulyasiyası və yaxud onun qəbul edilməsi-
nin qiymətləndirilməsi ödəmə (örtmə) məbləğləri və dərəcələri
göstəricilərinə əsasən təyin edilirsə, müəssisə məmulatın ma-
şın-saat, norma-saat kimi dərəcələri də hesablayır. Bütün (tam)
məsrəflərin hesablanması sistemindən istifadə edərək məhsul
vahidinin maya dəyərini, məsrəflərin hər məmulatına düşən pul
məbləği, kapital qoyuluşunun dəyəri və s. təyin etmək olar.
Əgər bu və ya digər növ məhsul, xidmət, bazar sektoru lazımi
səviyyədə mənfəət gətirmirsə ya ondan inkar etməli, ya da
onun maya dəyərini məqbul sayıla bilinəcək səviyyəyə qədər
aşağı salmaq lazımdır.
Dostları ilə paylaş: