Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


“Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə85/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   91
document hrclubaz 226

 
15.2. “Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı 
əlaqələrinin təhlilində marjinal gəlir kəmiyyətindən və 
normalarından istifadə 
 
“Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı əlaqələrinin 
təhlili metodunun zəruri atributlarından biri də marjinal gəlirin 
kəmiyyəti və əmsalı göstəriciləridir. Marjinal gəlir kəmiyyəti 
müəssisənin sabit məsrəflərinin örtülməsinə (ödənilməsinə) və 
mənfəət alınmasına qoyduğu vəsaitdir (qoyuluşdur). 
Marjinal gəlir kəmiyyətinin təyin edilməsinin iki üsulu 
vardır. 
Birinci üsulda müəssisənin satışdan aldığı gəlirdən bütün 
dəyişən xərcləri, yəni bütün müstəqim xərcləri və üstəlik xərc-
lərin bir hissəsini (məhsulun həcmindən asılı olan və dəyişən 
məsrəflər kateqoriyasına aid olan) çıxırlar. 
İkinci üsulda marjinal gəlirin kəmiyyətini müəssisənin 
bütün sabit xərclərini və mənfəəti cəmləmək yolu ilə alırlar. 
Marjinal gəlirin orta kəmiyyəti dedikdə məhsulun qiymə-
ti ilə orta dəyişən məsrəflərin fərqi başa düşülür. 
Marjinal gəlirin əmsalı dedikdə - marjinal gəlirin satışdan 
alınan pul gəlirində xüsusi çəkisi (payı) və yaxud orta marjinal 
gəlirin əmtəələrin qiymətindəki payı başa düşülür. 
Bu göstəricilərin istifadəsi bir sıra məsələlərin tez həll 
olunması, məsələn müxtəlif həcmdə məhsul buraxılışı şəraitin-
də mənfəət məbləğinin təyin olunması ilə nəticələnir. 
Misal 2. Tikiş müəssisəsi kişi kostyumu tikir və satır. Bir 
kostyumun tikilməsinə və satılmasına orta dəyişən məsrəfin 
məbləği 500 manat təşkil edir. Kostyum 750 manatdan satılır. 
Sabit xərclrin məbləği ay ərzində 80000 manat təşkil edir. Əgər 
müəssisə ay ərzində 400, 500, 600 kostyum satarsa alınan mən-
fəət məbləğini hesablayaq. Nə qədər ki, sabit məsrəflər buraxı-
lışın həcmindən asılı deyil, üç variant üçün marjinal gəlir və 


212 
mənfəət məbləğlərini (marjinal gəlirlə sabit məsrəflər arasında-
kı fərq kimi) hesablayaq (Cədvəl 21). Marjinal gəlirin orta kə-
miyyəti hər üç variant üçün eyni olduğunu nəzərə alsaq mən-
fəətin hesablanmasını sadələşdirmək olar. İstənilən buraxılış 
həcmi üçün müəssisənin mənfəətini hesablayaq. 
Onun üçün: 
1. Marjinal gəlirin orta kəmiyyətini buraxılışın həcminə 
vurmaqla marjinal gəlirin ümumi məbləğini alırıq; 
2. Marjinal gəlirin ümumi məbləğindən sabit məsrəfləri 
çıxırıq. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin