199
hesablayarkən maksimum hesablama dəqiqliyinə nail olmaq
lazımdır. Bu yalnız hər bir elementin fərdi bölüşdürmə
bazasına mütənasib (proporsional) bölüşdürülməsi yolu ilə
təmin edilə bilər. Bu hesablamalarda kompleks istehsal
məhsullarının
maya dəyərinin hesablanmasının xüsusi
metodundan istifadə etmək olar.
Məhsul vahidinin plan maya dəyərinin hesablanması
birdəfəlik olduğu üçün uçot plan işlərinin əmək tutumu da o
dərəcədə artmır. Əgər ilkin materialın kompleks emalı
prosesində alınan məhsul növləri ilə yanaşı, qeyri-kompleks
materiallardan eyni məhsul buraxan istehsalat varsa, bu zaman
bölüşdürmə əmsalının hesablanması da məqsədəuyğun hesab
edilir.
Məsrəflərin bölüşdürülmə əmsalının eyni vaxtda emal
edilən hər bir növ məhsulun çəkisi və həcmindən çıxdaş
edilərək hesablanması eyni material tutumlu istehsalatlarda
tətbiq edilə bilər. Material məsrəflərinin müxtəlif xüsusi çəkiyə
malik
olan
yanaşı
məhsulların
maya
dəyərinin
kalkulyasiyasında buraxılan məhsulun çəki və həcmi nisbəti
əsasında hesablanan əmsalların tətbiqi ayrı-ayrı məhsul
növlərinin maya dəyərinin təhrif edilməsi ilə nəticələnir.
Məcmu məsrəflərin eyni vaxtda istehsal edilmiş
məhsulların,
məsrəflərin istehlak xüsusiyyətinə əsasən
hesablanmış mütənasiblik əmsalının əsasən bölüşdürülməsi
yuxarıda qeyd edilən oxşar motivlərə gətirib çıxarır. Burada
bölüşdürmə bazası ilə ayrı-ayrı növ məhsulların maya dəyəri
arasındakı mütənasiblik daha yüksək dərəcədə təsadüfi ola
bilər. Belə ki, nə material məsrəflərinin xüsusi çəkisi, nə də
məhsulun əmək tutumu istehlak üçün bilavasitə onun
dəyərindən asılı deyil.
Dostları ilə paylaş: