Sxem 11.
icmal sənədlər
1 N-li işçi cədvəli -
materialın və əmək
haqqının bölüşdürülməsi
12 N-li cədvəl – “Sexlər üzrə məsrəflər” inzibati xərclər,
gələcək dövr xərcləri, qarşıdakı xərc və ödənişlərin
ehtiyatı və qeyri-istehsal xərcləri
6, 8, 9, 12 N-li işçi cədvəlləri –
amortizasiya köməkçi istehsalatın
xidməti və digər xərclər
10 N-li jurnal-order, 201, 202, 721, 242, 291, 522, 533,
412, 513 N-li hesabların krediti üzrə, 202, 721, 242,
191, 412, 513 N-li hesabların debeti üzrə
İstehsal məsrəflərinin
iqtisadi elementlər üzrə
hesablanması
Əmtəəlik məhsulun maya
dəyərinin hesablanması
10/1 N-li jurnal-order 201, 202, 721, 522, 533, 191,
412, 513 N-li hesabların krediti üzrə və sair
hesabların (qeyri-istehsal) debeti üzrə
B a ş k i t a b
İstehsal məsrəfləri
hesabının debeti
Sair (qeyri-istehsal)
hesabların debeti
10/1 N-li jurnal-
orderdə yerləşdirilən
hesabların krediti
190
İstehsal məsrəflərinin analitik uçotu kalkulyasiya
obyektlərinin nomenklaturası və sexlər üzrə köməkçi
cədvəllərdə və yaxud kartoçkalarda aparılır.
Məsrəflərin hansı kalkulyasiya və uçot obyektinə məxsus
olduğunu müəyyən etmək üçün istehsal məsrəflərini özündə
əks etdirən bütün sənədlərdə uçot obyektinin şifri göstərilir ki,
bu da məsrəflərin kalkulyasiya obyektləri və xərc maddələri
üzrə düzgün qruplaşdırılmasına imkan verir.
13.4. İstehsalın növləri və onların məsrəflərin uçotu və
məhsulun maya dəyərinin kalkulyasiyasına təsiri
Müəssisələrdə istehsalın uçotunun təşkili əsasən istehsa-
lın təşkili və texnologiyasından, buraxılan məhsulun xarakte-
rindən, idarəetmə strukturları və digər amillərdən asılıdır. Sa-
dalanan bu amillər təsərrüfat əməliyyatlarının sənədlərlə rəsmi-
ləşdirilməsi, onların sistemləşdirilməsi, ümumiləşdirilməsi və
əks etdirilməsi proseslərini müəyyən edir, spesifik və analitik
uçotun aparılması, məsrəflərin hazır məhsul və bitməmiş isteh-
sal arasında bölüşdürülməsi proseslərini müəyyən edir. Texno-
loji proseslərin xarakterindən asılı olaraq ümumi qaydada bü-
tün istehsalat çıxarma (hasil etmə) sənayesi və emaletmə ol-
maqla 2 yerə bölünür. Çıxarma istehsalına yerin təkindən təbii
xammalın çıxarılması, hasilatı aiddir. Bu istehsal sahələrində
alınan məhsula xammal və əsas material sərf edilmir. Bir sıra
çıxarma sənaye sahələrində aralıq məhsul alınmır və ona görə
də bu sahələrdə bitməmiş istehsal qalığı olmur. Çıxarılma səna-
ye sahələrində böyük miqdarda sadə məhsul istehsal edilir. Çı-
xarılma sənayesində məsrəflərin analitik uçotu və məhsulun
maya dəyərinin kalkulyasiyası işləri həyata keçirilir ki, bu da
bu sahənin başqa sənaye sahələrindən fərqləndirici xüsusiyyəti-
ni göstərir. Emaledici sənaye sahəsi sənaye və kənd təsərrüfatı
xammallarını hazır məhsula və yaxud yarımfabrikata çevirir.
191
Bu istehsal sahələrində çoxlu miqdarda və mürəkkəb məhsullar
istehsal olunduğu üçün bitməmiş istehsal qalıqlarına da rast
gəlinir. Emal sənaye müəssisələri xammal və materialları
kimyəvi və yaxud mexaniki yolla yenidən işləyib hazır
məhsula çevirirlər. Xammal və materialların kimyəvi yolla
hazır məhsula çevrilməsi prosesində ilkin material ayrı-ayrı
texnoloji fasiləli mərhələlərdə, fazalarda və yaxud mərhələlərlə
istehsal olunur. Bu istehsalat sahələrində məsrəflərin uçotu
yalnız bütövlükdə proseslər üzrə deyil ayrı-ayrı texnoloji
mərhələlər (fazalar), mərhələlərin daxilində isə məhsul növləri
üzrə aparılır. Buradan da müvafiq olaraq hazır məhsul və
yarımfabrikatların maya dəyərinin hesablanması ayrı-ayrı
mərhələlər üzrə aparılır. Xammal və materialların mexaniki
yolla emal edilməsi ilə məşğul olan istehsal sahələrində ayrı-
ayrı detalların , qovşaqların və digər yığma birləşmələrinin iş-
lənilməsi nəticəsində hazır məhsul alınır. Bunlara misal olaraq
ticarət texnoloji avadanlıqlarını, tikiş məmulatlarını, müxtəlif
növ cihazlar və aparat istehsalını göstərmək olar.
İstehsalın təşkili dedikdə - əməyin təşkili, işçilərin və
avadanlıqların
yerləşdirilməsi,
materialların
və
yarımfabrikatların hərəkəti, ayrı-ayrı istehsal sahələrində və
əməliyyatlarda işlərin qarşılıqlı əlaqələri başa düşülür.
İstehsalın təşkilinin axın və qeyri-axın kimi üsullarından
istifadə edilir. İstehsalatın axın üsulu ilə təşkili məhsul
istehsalının daha təkmilləşmiş üsulu hesab olunur. İstehsalın
axın üsulunda əsas məsrəflər (material sərfi, avadanlığın amor-
tizasiyası, enerji xərci, əmək ödənişi üzrə xərclər və s.)
istehsalın konkret xüsusiyyətindən asılı olaraq ayrı-ayrı axın və
avtomatik xətlər üzrə uçota alınır. İstehsalın qeyri-axın
üsulunda bir qayda olaraq avadanlıqların qruplar üzrə
yerləşdirilməsi prinsipindən istifadə edilir. Bu halda hər bir
qrup avadanlıq bir və yaxud bir neçə əməliyyat yerinə yetirir.
Ona görə də emaldan keçən detallar həmin avadanlıqlar
192
qrupundan digər avadanlıq qrupuna verilir, bu da istehsal
tsiklinin uzadılması ilə nəticələnir.
Məhsul buraxılışı proqramının yerinə yetirilməsindəki
iştirakına görə istehsalat əsas və köməkçi istehsalatlara ayrılır.
Əsas istehsalat dedikdə müəssisənin profilinə uyğun olaraq
məhsul buraxılışı başa düşülür. Əsas istehsalatdan alınan hazır
məhsullar kənara satış üçün istehsal edildiklərinə görə onlar
müəssisənin iqtisadiyyatında həlledici rol oynayırlar. Əsas is-
tehsalata misal olaraq çörək istehsalı ilə məşğul olan
müəssisələri, konservlərin hazırlanmasını və s. göstərmək olar.
Köməkçi istehsalat əsas istehsalata müəyyən növ
xidmətlər göstərməklə və yaxud işlər yerinə yetirməklə onların
normal fəaliyyətini təmin edir. Köməkçi istehsalatın xidmətinə
misal olaraq elektrik enerjisi, sıxılmış hava, avadanlıqların
təmir işləri, taraların hazırlanmasını və s. göstərmək olar.
Müəssisələrdə qeyri-sənaye istehsalı və təsərrüfatlar
(mənzil-kommunal təsərrüfatı, uşaq bağçası, körpələr evi və s.
) da ola bilər. Onlar bilavasitə əsas istehsalat məhsulu istehsal
etmədiklərinə görə istehsalat təsnifatına daxil edilmirlər.
İstehlakçıların sorğularının təmin olunma həcmindən asılı
olaraq istehsalın fərdi, seriyalı və kütləvi olmaqla üç növü
vardır.
Fərdi istehsala hər hansı bir məhsulun tələbatçıların
sifarişi ilə istehsalı başa düşülür. Bunlara ayaqqabı, geyim
paltarları, qənnadı məmulatları və s. daxildir.
Seriyalı istehsala məhsulun partiyalarla, seriyalarla
hazırlanmasını həyata keçirən istehsalatlar daxil edilir. Seriyalı
istehsal özləri də xırda seriyalı, orta seriyalı, iri seriyalı
istehsala ayrılır.
Kütləvi istehsala eynicinsli məhsulun istehsalının uzun
müddət fasiləsiz olaraq təkrarlanan istehsalatlar daxildir.
Texnoloji prosesin mürəkkəblik dərəcəsindən asılı olaraq
istehsal sadə və mürəkkəb olmaqla 2 yerə ayrılır. Yalnız bir
193
növ məhsulun istehsalı ilə məşğul olan, birmərhələli istehsala
sadə istehsal deyilir. Bir neçə növ məhsul istehsalı ilə məşğul
olan və bir neçə mərhələdən keçən istehsal mürəkkəb istehsal
sayılır.
İstehsalın idarə olunmasının təşkili və strukturundan asılı
olaraq müəssisələr sexli və sexsiz strukturlu müəssisələrə
ayrılır. Sex sənaye müəssisələrinin xüsusiləşmiş inzibati və
əsas struktur vahidi hesablanır. İstehsalın sexli və sexsiz
idarəetmə quruluşu istehsal məsrəflərinin analitik icmal
uçotunun qurulmasına da təsir edir. Müəssisədə təcrid olunmuş
sexlərin mövcud olması icmal uçotun yarımfabrikat metodunun
tətbiqi üçün ilkin zəmin (şərait) yaradır. İdarəetmənin sexin
quruluşu əsasən iri müəssisələrdə tətbiq edilir. Belə olduqda
hər bir sexin məsrəflərinin uçotu “ümumistehsalat hesabında”
ayrıca aparılır.
Böyük olmayan və orta müəssisələrdə idarəetmənin
sexsiz strukturu tətbiq edilir və əsas və köməkçi istehsalat
sexlərinin nəzdində istehsalat sahələri (uçastkaları) yaradılır.
Bu şəraitdə məsrəflərin icmal uçotu yarımfabrikatsız variant
tətbiq etməklə aparılır, hansı ki bu variantda öz istehsalının
yarımfabrikatlarının hərəkəti mühasibat uçotunda əks
etdirilmir.
Məhsul (iş, xidmət) istehsalına, məsrəflərin uçotuna
istehsalın təşkilinin kombinləşdirilmiş forması da əsaslı surətdə
təsir edir. Bir sıra hallarda istehsal müəssisələri özlərində müx-
təlif sahələrin məhsullarını buraxan kombinatları və birlikləri
birləşdirir. Belə olduqda istehsalın iqtisadi səmərəliliyi öz
əksini əmək məhsuldarlığının yüksəldilməsində, xammal ma-
terial, əsas vəsaitlər, əmək resurslarının səmərəli istifadə
olunmasında nəticədə məhsulun maya dəyərinin aşağı
salınmasında tapır.
|