Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


MÖVZU 13. MƏSRƏFLƏRİN UÇOTUNUN TƏŞKİLİ VƏ



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə75/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   91
document hrclubaz 226

MÖVZU 13. MƏSRƏFLƏRİN UÇOTUNUN TƏŞKİLİ VƏ 
ƏSAS PRİNSİPLƏRİ. 
13.1. Məsrəflərin uçotunun əsas prinsipləri və vəzifələri. 
Bazar iqtisadiyyatı şəraitində istehsal təsərrüfatı 
fəaliyyəti zamanı güclü rəqabətlə üzləşən hər bir müəssisə öz 
istehsalına başlamadan əvvəl hansı mənfəət məbləğinə nail 
olduğunu təyin etməlidir. Müəssisənin mənfəəti isə əsasən iki 
amildən, məhsul istehsalına sərf edilən məsrəflərdən və satılan 
məhsulun qiymətindən asılıdır. Bazarda məhsulun qiyməti 
tələb 
təklifin 
qarşılıqlı 
hərəkətinin nəticəsidir. Bazar 
qiymətəmələgəlmə qanunlarının təsiri altında məhsulun 
qiyməti istehsalçının və yaxud alıcının arzusu ilə aşağı və 
yaxud yuxarı ola bilməz o, avtomatik olaraq bərabərləşir. 
Məhsulun maya dəyərinin formalaşdıran məsrəflər isə istehlak 
olunan əmək və material resurslarının həcmindən, texniki, 
texnoloji səviyyəsindən, istehsalın təşkilindən və digər 
amillərdən asılı olaraq arta və yaxud azala bilir. Deməli, 
istehsalçı məsrəfləri aşağı salmaq üçün xeyli vasitələrə 
malikdir ki, bunları da səmərələri (bacarıqlı) idarəetmə yolları 
ilə hərəkətə gətirmək olar. 
Məhsulun maya dəyərinin aşağı salınmasının əsas 
istiqaməti 
elmi-texniki 
tərəqqiyə 
nail 
olmaqla 
əmək 
məhsuldarlığının yüksəldilməsi və istehlak olunan resurslara 


177 
qənaət edilməsi hesab olunur. Məhsulun maya dəyərinin 
formalaşma prosesinin idarə olunması da mühüm əhəmiyyət 
kəsb edir. Burada istehsal məsrəflərinin uçotuna ciddi fikir 
verməli və material, əmək və maliyyə resurslarından səmərəli 
və qənaətlə istifadə edilməsi üzərində operativ nəzarətin həyata 
keçirilməsi və təsərrüfatsızlıq və israfçılığa qarşı mübarizə 
aparılmalıdır.
İstehsal 
məsrəflərinin 
uçotunun 
əsas 
vəzifələri 
aşağıdakılardan ibarətdir: 
1. Faktiki istehsal məsrəflərinin müvafiq maddələr üzrə 
vaxtında və düzgün əks etdirilməsi. 
2. İstehsal ehtiyatlarından istifadə üzrə cari nəzarət üçün 
lazım olan informasiyanın təqdim olunması və qüvvədə olan 
mövcud normalar, normativlər və smetalarla müqayisə edilmə-
si. 
3. 
Məhsulun 
maya 
dəyərinin 
aşağı salınması 
ehtiyatlarının aşkara çıxarılması və qeyri-məhsuldar xərclərin 
və itkilərin qarşısının alınması. 
4. Müəssisənin hər bir struktur bölməsi üzrə fəaliyyətinin 
nəticələrinin təyin edilməsi. 
Müəssisələrdə yuxarıda sadalanan vəzifələrin yerinə 
yetirilməsi üçün məsrəflərin uçotu aşağıdakı prinsiplərə riayət 
edilməklə təşkil olunmalıdır. 
a) Məsrəflərin uçot göstəricilərinin plan göstəriciləri ilə 
uzlaşması. 
b) Hesabat dövründə məhsul istehsalına sərf olunan 
bütün məsrəflərin onun maya dəyərinə daxil edilməsi. 
c) İstehsal məsrəflərinin struktur bölmələri, məhsul 
növləri, elementlər və xərc maddələri üzrə qruplaşdırılması və 
əks etdirilməsi. 
ç) Məsrəflərin uçot obyektlərinin kalkulyasiya obyektləri 
ilə uzlaşdırılması. 


178 
d) İstehsal məsrəflərinin mövcud normalar və onlardan 
kənarlaşmalar üzrə ayrı-ayrılıqda əks etdirilməsinin təmin 
edilməsi. 
e) Birbaşa əlamətlər üzrə məhsulun maya dəyərinə aid 
edilən məsrəflərin tərkibinin genişləndirilməsi. 
ə) Məsrəflərin uçotunun təşkili və metodologiyasının 
milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq 
aparılması. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin