Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Standart – Kostingin məsrəflərin normativ uçotundan



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə71/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   91
document hrclubaz 226

12.2. Standart – Kostingin məsrəflərin normativ uçotundan 
fərqi 
 
Standart – Kosting sistemi ilə faktiki maya dəyərinin 
normativ uçotu arasındakı fərq aşağıdakılardan ibarətdir: 
2.1. Standart – Kosting - məsrəflərin müxtəlif 
variantlarının planlaşdırılması və təhlili sistemidir, normativ 
uçot isə məhsulun maya dəyərinin faktiki məbləğinin ölçülməsi 
sistemidir; 
2.2. Standart – Kosting məhsul vahidinin faktiki maya 
dəyərinin kalkulyasiyalaşdırılması ilə bağlı deyil. Normativ 
uçot normativ maya dəyərinin kalkulyasiyalaşdırılması ilə 
başlayır və məhsul vahidinin maya dəyərinin tərtib edilməsi ilə 
başa çatır; 
2.3. Standart – Kosting sistemində məsrəflərin normadan 
kənarlaşması istehsal və satış prosesləri başa çatdıqdan sonra 
hesablama yolu ilə aşkara çıxarılır, normativ uçotunda isə 
məsrəflərin normadan kənarlaşdırılması resursların sərf 
edilməsinə qədər və yaxud onların sərf olunması prosesində ilk 
sənədlərin köməkliyi ilə aşkara çıxarılır. 


166 
2.4. Standart – Kosting sistemi əmtəə material 
qiymətliləri 
ehtiyatlarının qiymətləndirilməsi, bitməmiş 
istehsalın, anbardakı hazır məhsulların qiymətləndirilməsi üçün 
istifadə edilir. 
2.5. Standart – Kosting sistemində normalardan 
kənarlaşmaların və normalar üzrə məsrəflərin uçotu üçün 
xüsusi hesablar sistemindən istifadə olunur. Normativ uçotunda 
yalnız bir sintetik hesab “məhsul buraxılışı” hesabından istifa-
də edilir. Bu hesabda istehsalatda buraxılan məhsulun faktiki 
istehsalat maya dəyərini onların uçot qiyməti ilə dəyərindən 
kənarlaşmasını aşkara çıxarılır. 
2.6. Standart – Kosting sistemində ən çox norma və 
normativlərdən istifadə olunur və normativ uçotuna nisbətən 
kənarlaşmaların daha çox müxtəlif növləri aşkara çıxarılır. 
Texniki və texnoloji norma və normativlərdən əlavə Standart – 
Kosting sistemi idarəetmə məsrəflərinin, satış xərclərinin, yeni 
məhsulun mənimsənilməsi üzrə xərclərin normativlərindən 
daha çox istifadə olunur.
2.7. Standart – Kosting eyni zamanda kənarlaşmaların 
təhlilini də özündə birləşdirir. Burada amilli təhlil modelindən, 
iqtisadi riyazi metodlardan istifadə edilir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin