Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Qeyri-məhsuldar xərclərin uçotu və silinmə qaydası



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə67/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   91
document hrclubaz 226

11.4. Qeyri-məhsuldar xərclərin uçotu və silinmə qaydası 
 
İstehsal məsrəflərinin mühasibat uçotunun təşkilinin ən 
mühüm problemlərindən biri də çıxdaşdan, boş dayanmalardan, 
materialların, yarımfabrikatların çatışmazlığı və xarab olmasın-
dan əmələ gələn qeyri-məhsuldar xərclərin və itkilərin vaxtında 
və düzgün aşkara çıxarılması və müəyyən edilməsidir. 
Qeyri-məhsuldar xərclər və itkilər, onların xarakterindən 
və növündən asılı olaraq müxtəlif kalkulyasiya maddələri üzrə 
məhsulun maya dəyərində əks etdirilir. Belə ki, xarici səbəb 
üzündən (material və enerji resurslarının vaxtında tədarük 
olunması və s.) yaranan boşdayanmalardan əmələ gələn itkilər 
ümumtəsərrüfat xərclərinin, sexlərin, emalatxanaların və digər 
struktur bölmələrin təqsiri üzündən əmələ gələn itkilər isə 
ümumistehsalat xərclərinin tərkibində uçota alınır. 
İstehsalat çıxdaşı dedikdə, öz keyfiyyətinə görə müəyyən 
edilmiş standartlara və yaxud texniki şərtlərə uyğun gəlməyən 
və öz təyinatı üzrə istifadə etmək mümkün olmayan yarımfab-
rikatlar, detallar, konstruksiyalar, iş növləri və s. başa düşülür. 
İqtisadi məzmununa görə istehsalatda əmələ gələn çıxdaş 
(brak) əmək və material resurslarının qeyri-məhsuldar xərclən-


153 
məsi hesab olunur, ona görə də bir çox sənaye müəssisələrində 
o planlaşdırılmır. Bir sıra istehsal sahələrində (tökmə, şüşə is-
tehsalı, vakuum və s.) çıxdaşın qarşısını tam almaq mümkün 
deyil. Texnoloji cəhətdən zəruri olan mərhələlər üçün planlaş-
dırılır. 
Aşkara çıxarılan qüsurların xarakterindən asılı olaraq çıx-
daş düzəldilə bilən və düzəldilə bilməyən çıxdaşa ayrılır. Dü-
zəldilməsi texniki cəhətdən mümkün olan və iqtisadi cəhətdən 
məqsədəuyğun olan və düzəldikdən sonra texniki şərtlərə və 
yaxud standartların tələblərini təmin edə bilən detallar, qovşaq-
lar, məmulatlar, işlər düzəldilə bilən çıxdaşlar hesab olunur. 
Əgər qüsurların düzəldilməsi texniki cəhətdən mümkün deyilsə 
və yaxud nöqsanın aradan qaldırılması xərci çıxdaşdan olan itki 
məbləğindən çox olursa, həmin detalları, qovşaqları, işləri və 
s. düzəldilə bilməyən qəti (son) çıxdaşa aid edirlər. 
Aşkara çıxarılma yerinə görə çıxdaşlar daxili (müəssisə 
daxilində) və xarici çıxdaş (istehlakçıda) olmaqla iki yerə ayrı-
lır. Bütün hallarda istehsalatda aşkara çıxarılan çıxdaşlar müva-
fiq sənədlə rəsmiləşdirilməlidir. Ən çox geniş yayılmış sənəd 
“Çıxdaş haqqında akt” hesab olunur. Bu sənəddə texniki nəza-
rət şöbəsinin işçisi tərəfindən çıxdaş edilmiş məmulatın adı, 
onun texniki nömrəsi, əməliyyat nömrəsi, kodu, çıxdaşın səbə-
bi və s. göstərilir. Çıxdaş haqqında aktda müstəqim məsrəf 
maddələri üzrə çıxdaşı kalkulyasiya etmək üçün xüsusi bölmə 
ayrılır. 
Müəssisələrdə çıxdaşın rəsmiləşdirilməsi uçotu və silin-
məsinə dair təlimat işləyib hazırlayırlar. Bu təlimatda istehsalın 
sahəvi və texnoloji xüsusiyyətindən asılı olaraq çıxdaşın no-
menklatura nömrələri, səbəbləri və çıxdaşa məsuliyyət daşıyan 
xidmət və işçi müəyyən edilir. 
İstehsalatda baş verən ən mühüm vəzifələrindən biri də 
çıxdaşı törədən səbəblərin aradan qaldırılmasından ibarətdir. 
Çıxdaş haqqında aktlar tərtib edilərək Hesablama Mərkəzlərinə 


154 
təqdim olunur və bununla da çıxdaşın əmələ gəlmə səbəbləri, 
növləri, sexlər, axınlar, sahələr və s. üzrə operativ olaraq gün-
dəlik və yaxud beşgünlük icmal məlumat almaq olur. 
Xərclərin kalkulyasiya maddələrinin nümunəvi nomenk-
laturasında “Çıxdaşdan itkilər” maddəsi nəzərdə tutulmuşdur 
ki, burada da aşağıdakılar göstərilir: 
1. Qəti çıxdaş edilmiş məhsulun maya dəyəri (tutulmalar 
və ödəmələr çıxılmaqla); 
2. Düzəldilən çıxdaşın qüsurlarının aradan qaldırılması 
üzrə xərcləri; 
3. Avadanlıqların müəyyən edilmiş normadan artıq saz-
lanması (sahmana salınması) xarab olmuş materialların və ya-
rımfabrikatların dəyəri; 
4. Təminat üzrə aparılan təmir xərclərinin müəyyən edil-
miş normadan artıq sərf edilmiş məbləği. 
Çıxdaş üzrə bütün əməliyyatların uçotu “İstehsalatda çıx-
daş” sintetik kalkulyasiya hesabında uçota alınır. Bu hesabda 
analitik uçot ayrı-ayrı struktur bölmələri, məhsul növləri, xərc 
maddələri və çıxdaşa məsuliyyət daşıyan şəxslər üzrə aparılır. 
Hesabdarlığın jurnal-order formasını tətbiq edən müəssisələrdə 
14 N-li cədvəldə uçotun maşınqeydiyyatlı formasında isə xüsu-
si maşınqrammalarda aparılır. Yeni hesablar planına 
(18.06.2006-cı il tarixli) görə məhsulun maya dəyərini əmələ 
gətirən xərclər həm elementlər
, həm də kalkulyasiya maddələri 
üzrə qruplaşdırılır.
Çıxdaşla bağlı olan əməliyyatların uçotu elementlər üzrə 
qruplaşmada “sair xərclər” maddəsində, kalkulyasiya maddələ-
ri üzrə qruplaşmada isə “çıxdaşdan (zaydan) olan itkilər” mad-
dəsində aparılır. Çıxdaş (zay) məhsulun düzəldilməsinə çəkilən 
xərclərin uçotu isə 731 N-li “Sair əməliyyat xərcləri” sintetik 
hesabında aparılır. 
İstehsal məhsulları və yarımfabrikatları böyük (çox) no-
menklaturalı müəssisələrdə çıxdaş məhsulu ya plan maya dəyə-


155 
ri, ya da normativ maya dəyəri ilə qiymətləndirirlər. Çıxdaşdan 
itkiləri mümkün istifadə qiyməti ilə qiymətləndirməklə alınan 
tullantının dəyəri qədər azaltmaq lazımdır. Bu qaydada təyin 
edilən xərci konkret cavabdeh şəxsin əmək haqqından tutulan 
məbləğ və mümkün istifadə qiyməti ilə qiymətləndirilən (alı-
nan) materialın dəyəri qədər azaltmaq olar. 
Bütün daxili qəti (son) çıxdaş (zay) məhsula cədvəl (ma-
şınqramma) tərtib edilir (bax cədvəl N 19). Cədvəlin 1-8 və 12-
13-cü sütunları çıxdaş (zay) məhsul haqqında tərtib edilmiş ak-
ta əsasən doldurulur. Alınan hesablaşmalar qüvvədə olan nor-
mativlərə əsasən yerinə yetirilir. Qəti çıxdaş edilmiş məhsula 
aid olan bütün xərclər əsas istehsal məsrəflərinə daxil edilmiş-
dir. Ona görə də çıxdaş (zay) məhsulun maya dəyərinə (233,8 
min manat) aşağıdakı kimi yazılış verilir: 
Debet “İstehsalatda çıxdaş (zay) məhsul 
Kredit “İstehsalat məsrəfi” 


156 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin