165
“Standart - Kosting” anlayışı tətbiq edilir. Standart – Kosting
sistemi təcrübədə ilk dəfə XX əsrin 20-ci illərində Amerika
Birləşmiş Ştatlarının sənaye şirkətlərində istifadə olunmağa
başlanılmışdır. İlk dəfə bu sistemi əmək və idarəetmənin elmi
təşkili üzrə görkəmli mütəxəssis olan Ç.Qarrıson işləyib
hazırlamış və öz firmasında tətbiq etmişdir. Birinci Dünya
müharibəsi qurtardıqdan sonra Standart – Kosting sistemi ye-
niləşdirilmiş formada Avropa ölkələrində istifadə edilməyə
başlanılmışdır. Bizim ölkəmizdə Standart – Kosting sistemi
mühasibat uçotu üzrə bir qrup mütəxəssisin 1992-ci ildə
Amerikaya səfərindən sonra istifadə edilməyə başlanılmışdır.
Dostları ilə paylaş: