159
tın bütün boşdayanmalarını daxili və yaxud xarici səbəblər
üzündən olmaqla iki növə ayırırlar.
Sənaye müəssisələrində əmələ gələn itki növlərindən biri
də material resurslarının xarab olması və çatışmazlığı səbəbin-
dən olan itkilərdir.
Mövcud qanunvericiliyə uyğun olaraq, material resursla-
rının, hazır məhsul və bitməmiş istehsalın maddi məsul şəxsin
günahı üzündən əmələ gələn çatışmazlıqlar və itkilər müəssisə-
yə vurulan maddi zərər həcmində ödənilməlidir. Aşkar edilmiş
itkilər əvvəlcə 217 N-li “Digər qısa müddətli debitor borcları”
hesabın debetində, 201 N-li “Material ehtiyatları”, 202 N-li “İs-
tehsalat məsrəfləri”, 204 N-li “Hazır məhsul” hesablarının kre-
ditində əks etdirilir. Əgər çatışmazlıq və itkilər üçün məsul şəx-
si müəyyən etmək mümkün olmazsa, təbii itki norması daxilin-
də (həddində) olan itki və çatışmazlıq müstəqim və yaxud qey-
ri-müstəqim xərclərə silinir və bununla da məhsul, iş və xidmə-
tin maya dəyərinə daxil edilir.
Dostları ilə paylaş: