Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


“Azər” kiçik müəssisəsinin ümumtəsərrüfat xərcləri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə66/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   91
document hrclubaz 226

“Azər” kiçik müəssisəsinin ümumtəsərrüfat xərcləri 
Cədvəl 18. 
S/n 
Məsrəf maddələri 
Məbləğ (manat) 
Hazır 
məhsul 
Bitməmiş 
istehsal 
Yekun

İdarəetmə heyətinin əmək 
haqqı və sosial təminata 
ayırmalar 
173236 
21411 
194647 

Xidməti ezamiyyə xərcləri 
9687 
1197 
10884 

Ümumtəsərrüfat təyinatlı 
əsas vəsaitlərin 
amortizasiyası 
2384 
295 
2679 

Dəftərxana, poçt və rabitə 
xərcləri 
3600 
445 
4045 
Yekun
188907 
23348 
212255 
Ümumtəsərrüfat xərclərinin müstəqim material 
məsrəflərinə mütənasib olaraq bölüşdürülməsi 
 
Əvvəlki sualda göstərildiyi kimi hazır məhsula düşən ma-
terial məsrəflərinin payı 89% təşkil edir, bitməmiş istehsala isə 
11%. 
Məhsulun maya dəyərinə daxil edilən ümumtəsərrüfat 
xərclərinin məbləği ümumtəsərrüfat xərclərinin ümumi məblə-
ğini 0.89 əmsalına vurmaq lazımdır: 
212255 manatx0.89 =188907 manat 
Bitməmiş istehsala düşən ümumtəsərrüfat xərclərinin 
məbləği təşkil edir: 
212255 manatx0.11 =23348 manat və yaxud 
212255-188907 =23348 manat 


151 
Ümumtəsərrüfat xərclərinin buraxılan məhsul növləri 
arasında bölüşdürülməsi ümumistehsalat xərclərinin bölüşdü-
rüldüyü prinsiplər üzrə həyata keçirilir. 
A məhsulu üzrə 188907x0.54 =102009 manat 
B məhsulu üzrə 188907x0.29 =54784 manat 
C məhsulu üzrə 188907x0.17 =32114 manat 
188907 manat 
Deməli, 188907 manat ümumtəsərrüfat xərcinin 102009 
manatı A məhsulunun, 54784 manatı B məhsulunun, 3244 ma-
natı isə C məhsulunun maya dəyərinə daxil edilməlidir. 
Bitməmiş istehsalın payına düşən 23348 manatın ayrı-ay-
rı məhsul növləri arasında bölüşdürülməsini araşdıraq. 
Müəssisənin uçot siyasəti haqqında əmri hazırlanarkən 
baş mühasib, müəssisənin rəhbəri və iqtisadi və istehsal xidmə-
ti müəssisələri qeyri-müstəqim xərclərin bölüşdürülməsinin 
hansı üsulunun müəssisə üçün daha əlverişli olması mütləq təh-
lil edilməlidir. Ayrı-ayrı növ məhsulların maya dəyərinin yük-
sək olması satışa daha yüksək qiymət təyin edilməsi ilə nəti-
cələnir ki, bu da bir qayda olaraq alıcı təklifinə mənfi təsir edir. 
Hesabdarlığın jurnal – order forması ilə işləyən müəssisə-
lərdə, köməkçi istehsalat bölmələrində məsrəfləri uçota almaq 
üçün 12 N-li cədvəldən istifadə edilir. Köməkçi istehsalat fəa-
liyyətinin nəticələri, onların təyinatından asılı olaraq məhsulun 
təhvil qaiməsi, yerinə yetirilmiş işlərin qəbul təhvil aktları, yol 
vərəqləri, texnologiya, mexaniki xidmət şöbə rəhbərlərinin ara-
yışları və digər sənədlərlə rəsmiləşdirilir. 
Köməkçi istehsalatın məhsulları, işləri, xidmətləri müəs-
sisə daxilində istehlak olunur və yaxud alıcılara və sifarişçilərə 
satılır. Köməkçi istehsalatın müəssisə daxilində istifadə edilən 
əmək məhsulları üzrə faktiki məsrəflər məhsul, iş və xidmət is-
tehlakçıları, bölmələr arasında, bölmələr daxilində isə uçot və 
kalkulyasiyanın digər obyektləri üzrə bölüşdürülür. Bu bölüş-
dürmənin əsas ölçüsü müəssisənin uçot siyasətində qəbul edil-


152 
miş variant məhsul (iş, xidmət) normativ (plan) maya dəyəri, 
əmək haqqı məbləği, material xərcləri, müstəqim xərclər və s. 
ola bilər. 
Ümumistehsalat, ümumtəsərrüfat və köməkçi istehsalat 
uçotu və bölüşdürülməsi üzrə məlumatlar məhsul (iş, xidmət) 
istehsalat məsrəflərinin icmal uçot cədvəlində, 10 və 10/1 nöm-
rəli jurnal orderlərdə, eləcə də hazır məhsulun (iş və xidmətin) 
faktiki maya dəyərinin kalkulyasiya cədvəlində əks etdirilir. 
Ayrı-ayrı məhsul növlərinin maya dəyərinin kalkulyasiyalaş-
dırma üzrə rəqəm məlumatları kalkulyasiya kartoçkalarında əks 
etdirilir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin