151
Ümumtəsərrüfat xərclərinin buraxılan məhsul növləri
arasında bölüşdürülməsi ümumistehsalat xərclərinin bölüşdü-
rüldüyü prinsiplər üzrə həyata keçirilir.
A məhsulu üzrə 188907x0.54 =102009 manat
B məhsulu üzrə 188907x0.29 =54784 manat
C məhsulu üzrə 188907x0.17 =32114 manat
188907 manat
Deməli, 188907 manat ümumtəsərrüfat xərcinin 102009
manatı A məhsulunun, 54784 manatı B məhsulunun, 3244 ma-
natı isə C məhsulunun maya dəyərinə daxil edilməlidir.
Bitməmiş istehsalın payına düşən 23348 manatın ayrı-ay-
rı məhsul növləri arasında bölüşdürülməsini araşdıraq.
Müəssisənin uçot siyasəti haqqında əmri hazırlanarkən
baş mühasib, müəssisənin rəhbəri və iqtisadi və istehsal xidmə-
ti müəssisələri qeyri-müstəqim
xərclərin bölüşdürülməsinin
hansı üsulunun müəssisə üçün daha əlverişli olması mütləq təh-
lil edilməlidir. Ayrı-ayrı növ məhsulların maya dəyərinin yük-
sək olması satışa daha yüksək qiymət təyin edilməsi ilə nəti-
cələnir ki, bu da bir qayda olaraq alıcı təklifinə mənfi təsir edir.
Hesabdarlığın jurnal – order forması ilə işləyən müəssisə-
lərdə, köməkçi istehsalat bölmələrində
məsrəfləri uçota almaq
üçün 12 N-li cədvəldən istifadə edilir. Köməkçi istehsalat fəa-
liyyətinin nəticələri, onların təyinatından asılı olaraq məhsulun
təhvil qaiməsi, yerinə yetirilmiş işlərin qəbul təhvil aktları, yol
vərəqləri, texnologiya, mexaniki xidmət şöbə rəhbərlərinin ara-
yışları və digər sənədlərlə rəsmiləşdirilir.
Köməkçi istehsalatın məhsulları, işləri, xidmətləri müəs-
sisə daxilində istehlak olunur və yaxud alıcılara və sifarişçilərə
satılır. Köməkçi istehsalatın müəssisə daxilində istifadə edilən
əmək məhsulları üzrə faktiki məsrəflər məhsul, iş və xidmət is-
tehlakçıları, bölmələr arasında, bölmələr daxilində isə uçot və
kalkulyasiyanın digər obyektləri üzrə bölüşdürülür.
Bu bölüş-
dürmənin əsas ölçüsü müəssisənin uçot siyasətində qəbul edil-
152
miş variant məhsul (iş, xidmət) normativ (plan) maya dəyəri,
əmək haqqı məbləği, material xərcləri, müstəqim xərclər və s.
ola bilər.
Ümumistehsalat, ümumtəsərrüfat və köməkçi istehsalat
uçotu və bölüşdürülməsi üzrə məlumatlar məhsul (iş, xidmət)
istehsalat məsrəflərinin icmal uçot cədvəlində, 10 və 10/1 nöm-
rəli jurnal orderlərdə, eləcə də hazır məhsulun (iş və xidmətin)
faktiki maya dəyərinin kalkulyasiya cədvəlində əks etdirilir.
Ayrı-ayrı məhsul növlərinin maya
dəyərinin kalkulyasiyalaş-
dırma üzrə rəqəm məlumatları kalkulyasiya kartoçkalarında əks
etdirilir.
Dostları ilə paylaş: