Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Müstəqim məsrəflərin uçotu və bölüşdürülməsinin



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə62/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   91
document hrclubaz 226

11.2. Müstəqim məsrəflərin uçotu və bölüşdürülməsinin 
məhsulun maya dəyərinin hesablanmasına və 
kalkulyasiyasına təsiri. 
Müstəqim xərclərin uçotu “202 N-li” hesabda uçot (sex-
lər, mərhələlər və s.) və kalkulyasiyalaşdırma obyektləri üzrə 
və cədvəldə (hesabatda, kartoçkalarda) xərclərin kalkulyasiya 
maddələri üzrə və yaxud kabulyaqrammalarda aparılır ki, bu da 
məhsulun faktiki maya dəyərinin kalkulyasiyasının tərtibi üçün 
mütləqdir. Bəzi hallarda bu xərcləri uçot registrlərini ilkin sə-
nədlərin məlumatlarına əsasən yazırlar, başqa hallarda icmal 
sənədlərin rəqəm məlumatlarından istifadə edərək tərtib edirlər. 
İkinci halda müstəqim xərcləri xüsusilə bu məhsulun geniş çe-
şiddə olduğu halda kalkulyasiya obyektləri arasında yəni eyni-
cinsli məhsullar arasında bölüşdürmək zərurəti yaranır. 
Bu mövzunun 1-ci sualında göstərildiyi kimi materiallar, 
istehsalat işçilərinin əmək, həmin əmək haqqından sosial sığor-
taya ayırmalar, istehsalat dəzgah və avadanlıqlarının amortiza-
siya məbləği və s. ayrı-ayrı məhsulların maya dəyərinə birbaşa 
daxil edilir, digər xərclər isə dolayı yolla. Məhsulun maya də-
yərinə birbaşa aid etmək mümkün olan bir sıra xərclər bilavasi-
tə istehsalın, hazırlanan məhsulun tipindən, mürəkkəbliyindən 
və xarakterindən asılıdır. 
Belə ki yalnız bir adda məhsul buraxan müəssisələrdə 
(kömür sənayesi müəssisələrində, elektrik stansiyalarında və 
b.) müstəqim xərc maddələrini dairəsi (miqdarı) əhəmiyyətli 
dərəcədə genişdir, nəinki, çoxnomenklaturalı məhsul istehsal 
edən müəssisələrdə. 
Məhsulun maya dəyərinə adətən birbaşa aid edilə bilən 
müstəqim xərclərin tərkib hissəsi sayılan xərclərdən biri də 
xammal və materialdır. Xammal və material əmək əşyalarına 
daxil olmaqla istehsal edilən məhsulun əsasını təşkil edir. O 


143 
materiallar ki, hazırlanan məhsulun əsasını təşkil etmir, lakin 
istehsal prosesində iştirak edir və həmin məhsula xüsusi 
keyfiyyət aşılayır, bunlar köməkçi materiallar qrupuna daxil 
edilirlər. Ay ərzində anbardan istehsalata buraxılan xammal 
materialları DT 202 “İstehsalat məsrəfləri”, KT 201 “Əsas 
materiallar” yazılışı ilə rəsmiləşdirilir və uçot qiyməti 
adlandırılan – topdan satış qiyməti ilə və yaxud plan maya 
dəyəri ilə qiymətləndirilir. Ayın axırında istehsalatdan uçot 
qiymətilə buraxılan məhsullar onların faktiki maya dəyərinə 
çatdırılır. Yəni məhsulun faktiki maya dəyəri plan maya 
dəyərindən çox olarsa, fərq məbləğinə adi qaydada yazılış 
verilir, əksinə olarsa fərq məbləğinə “qırmızı storno” uçotu ilə 
yazılış verilərək faktiki maya dəyərinə çatdırılır.
İlk sənədlərdə materialın hansı növ məhsul istehsalı üçün 
buraxılması göstərilir. Lakin bu o halda mümkündür ki, 
müəssisədə həmin materialdan yalnız bir növ məhsul buraxılır. 
Bəs əgər yeni bir materialdan bir növ deyil, bir neçə növ 
məhsul istehsal edilirsə onda nə etməli. Bu zaman həmin 
materialı bir neçə növ məhsulun maya dəyərinə birbaşa silmək 
mümkün deyil. Ona görə də eyni materialı bir neçə növ 
məhsulun maya dəyərinə daxil etmək üçün həmin materialın 
kalkulyasiya obyektləri arasında bölüşdürülməsinin müxtəlif 
üsullarından istifadə edilir. Bir sıra sənaye sahələrində 
(maşınqayırma, kimya, yüngül sənaye və b. ) materialın bir 
neçə 
növ 
məhsul 
arasında 
bölüşdürməyin normativ 
metodundan 
istifadə 
edilir. 
Bu 
metodun 
mahiyyəti 
aşağıdakılardan ibarətdir: 
1. Hər bir məhsul növü üçün məhsula sərf edilən konkret 
növ material üçün norma təyin edilir; 
2. Konkret növ materialın sərfiyyat normasını 
istehsalatdan buraxılan məhsulun miqdarına vurmaqla faktiki 
buraxılan məhsula materialın normativ sərfiyyatını təyin edilir; 


144 
3. Materialın normativ sərfiyyatını faktiki sərf edilən 
materialın miqdarı ilə müqayisə etməklə sərfiyyat faizini 
(nisbətini) təyin edirlər. 
4. 
Normativ 
sərfiyyat 
alınmış nisbətlə təshih 
(korrektirovat) etməklə konkret növ məhsula sərf edilən 
material sərfiyyatı təyin edilir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin