Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Qeyri-müstəqim xərclərin uçotu və bölüşdürülməsi



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə63/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   91
document hrclubaz 226

11.3. Qeyri-müstəqim xərclərin uçotu və bölüşdürülməsi 
 
Sənayedə istehsalata xidmət və idarəetmə xərclərinə 
maşın və avadanlıqların saxlanılması və istismarı xərcləri
ümumistehsalat və ümumtəsərrüfat xərcləri daxildir. Sadalanan 
xərclərin “İstehsala xidmət və idarəetmə xərcləri” anlayışı 
altında birləşməsi aşağıda göstərilən ümumi xüsusiyyətlər ilə 
bağlıdır: 
1. Yuxarıda sadalanan xərclər hamısı kompleks xarakter 
daşıyır; 
2. İki və daha çox məhsul buraxan müəssisələrdə bu 
xərcləri məhsulun maya dəyərinə birbaşa aid etmək mümkün 
deyil, onlar bir tərəfdən hazır məhsul, yerinə yetirilən işlər və 
göstərilən xidmətlər, digər tərəfdən bitməmiş istehsal arasında, 
sonra isə qeyri-müstəqim xərc kimi ayrı-ayrı məhsul (iş və 
xidmət növləri) növləri arasında bölüşdürülürlər. Beləliklə 
kalkulyasiyanın düzgünlüyü əhəmiyyətli dərəcədə bu xərclərin 
qəbul edilmiş bölüşdürülmə üsulundan asılıdır; 
3. Növləri üzrə xərclərin uçotu vahid sxem üzrə aparılır: 
xərc nomenklaturalarına uyğun olaraq məsrəflərin analitik 
uçotu maddələr üzrə aparılır. Onların uçotu təşkil edilən 
hesabların ayın axırına qalığı olmur. 
4. Məsrəflər üzərində nəzarətin vahid metodikası 
mövcuddur. Hər bir xərc növü üzrə maddələrə ayırmaqla ayrıca 
smeta tərtib edilir ki, bu da faktiki məsrəfləri maddələr üzrə 
smeta göstəricisi ilə müqayisə etməyə imkan verir. İqtisadi 


145 
məzmunu nöqteyi–nəzərdən ümumistehsalat xərclərinin çox 
hissəsi məhsul istehsalı prosesində iştirak edən əmək 
vəsaitlərinin saxlanılması ilə bağlıdır, ona görə üstün 
əlamətlərinə əsasən bu xərclər əsas, yəni texnoloji xərclərə aid 
edilməlidir, bu xərclərin digər hissəsi ümumtəsərrüfat xərcləri 
istehsalın idarəetmə və xidmət xərclərini təşkil edir və ona görə 
də üstəlik (qeyri-texnoloji) xərclərə daxil olunur. 
Ümumistehsalat xərclərinin müəyyən bir hissəsini şərti-
dəyişən xərclərə aid etmək olar ki, bunlara da istehsalat maşın, 
avadanlıq, mexanizm və nəqliyyat vasitələrini hərəkətə 
gətirmək üçün istifadə edilən enerji resurslarını, maşın və 
dəzgahlara və iş yerlərinə cari xidmət, yağlama və silmə 
materiallarının dəyəri, sazlayıcıların və xırda təmir və digər 
işçilərin əmək haqqı, müəssisə daxilində material və 
məhsulların hərəkəti və s. xərcləri aid etmək olar. Bu xərclərin 
həcmi ən çox məhsul istehsalının həcmi ilə əlaqədar olduğu 
üçün onları üstəlik xərc adlandırmaq olmaz. 
Mövcud qanunvericiliyə və normativ sənədlərə uyğun 
olaraq ümumistehsalat xərclərinə sex idarə aparatının və sair 
sex heyətinin əmək haqqı, bina qurğu və inventarların 
amortizasiyası, cari təmiri və saxlanılması xərcləri, sınaq, 
təcrübə, tədqiqat, səmərələşdirmə və ixtira xərcləri, əmək 
mühafizəsi xərcləri, azqiymətli və tez xarab olan əşyaların 
köhnəlməsi, boşdayanmadan, material qiymətlilərin xarab 
olması və saxlanması xərcləri, material qiymətlilərin və 
bitməmiş istehsal qalığının çatışmazlığı, sair qeyri-məhsuldar 
xərclər və s. daxildir. 
Ümumtəsərrüfat 
(üstəlik) 
xərclərə 
müəssisənin 
bütövlükdə idarə olunması və xidməti ilə bağlı olan xərclər aid 
edilir ki, bunlara da əsasən bölmələr üzrə aşağıdakılar daxildir: 
a) Müəssisənin idarə olunması (müəssisə idarə aparatının 
əmək haqqı, ezamiyyət və yerdəyişmə xərcləri, yanğından 


146 
mühafizə, hərbiləşdirilmiş keşikçi dəstəsi xərcləri və sair 
xərclər); 
b) Ümumtəsərrüfat xərcləri (ümumzavod təyinatlı əsas 
vəsaitlərin amortizasiyası, təmiri və saxlanılması xərcləri, 
ümumzavod laboratoriyalarının, sınaq, təcrübə, elmi-tədqiqat, 
kəşfiyyat və texniki təkmilləşdirmə xərcləri, əmək mühafizəsi 
və kadr hazırlığı və s. xərclər); 
c) Vergilər, rüsumlar və s. ödənişlər; 
ç) 
Qeyri-məhsuldar 
xərclər 
(boşdayanamadan, 
ümumzavod anbarında saxlanılan materialların xarab 
olmasından itkilər (artıqgəlmələr çıxılmaqla) sair qeyri-
məhsuldar xərclər). 
Bütün bu yuxarıda sadalanan ümumistehsalat və ümum-
təsərrüfat (ümumzavod) xərcləri ay ərzində toplayıcı – bölüş-
dürücü hesablarda (721 (25, 26), 731 (47,48) N-li hesablarda 
və uçotun jurnal – order forması ilə işləyən müəssisələrdə 12 
N-li və 15 N-li köməkçi cədvəldə) uçota alınır və ayın sonunda 
sexlər, axınlar, aqreqatlar, qovşaqlar və nəhayət ayrı-ayrı məh-
sullar arasında bölüşdürülür. 
Ümumistehsalat və ümumtəsərrüfat (ümumzavod xərclə-
ri) xərclərinin sintetik və analitik uçotu “Maliyyə uçotu” fən-
nində daha geniş öyrənildiyi üçün biz burada əsas fikrimizi hə-
min xərclərin uçot və kalkulyasiya obyektləri arasında necə bö-
lüşdürülməsi və müvafiq maya dəyərlərinin necə aid edilməsi 
kimi məsələlərə yönəltmişik. Təcrübədə qeyri-müstəqim xərc-
lərin məhsul, iş və xidmət növləri arasında bölüşdürülməsinin 
bir neçə üsulundan istifadə edilir. 
Mütənasib bölgü bazasına, əsasən, aşağıdakılar daxildir: 
1. İstehsalat fəhlələrinin əsas əmək haqqı; 
2. Emal məsrəfləri; 
3. Müstəqim (birbaşa) məsrəflər; 
4. Avadanlığın işinin maşın – saat əmsalı üzrə smeta də-
rəcəsi (stavkası); 


147 
5. Avadanlığın işinin işlənmiş maşın - saatların miqdarı; 
6. Fəhlələr tərəfindən işlənilmiş adamsaatların miqdarı; 
7. Hazır məhsulun kütləsi və yaxud həcmi. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin