Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə59/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   91
document hrclubaz 226

10.3. “Target - Kosting” uçot sistemi 
 
Bazar iqtisadiyyatı şəraitində yüksək gəlir əldə etmək üs-
tünlüyünə nail olmaq uğrunda mübarizə bir qayda olaraq, son 
dərəcə məhdud tədbirlərdə əks olunur ki, bu da “rəqibə nisbə-
tən ucuz satmaq”, “başqasından fərqlənən məhsul istehsal et-
mək”, “keyfiyyətli məhsul istehsal etmək” kimi şüarlar altında 
həyata keçirilir. Hal-hazırda alıcı yalnız keyfiyyətə görə deyil, 
məhsulun digər göstəricilərinə qarşı da çox tələblər irəli sürür. 
Hal-hazırda məsrəflərin çeşidi əhəmiyyətli dərəcədə genişlən-
mişdir, bu proses dayanmır, əksinə gündən-günə artır. 
Bir çox sahələrdə istehsalçılar nisbətən sabit bazar və is-
tehsal texnologiyasına malik olduğu bir şəraitdə külli miqdarda 
standart məhsullarını sata bilmirlər. Müasir bazar dəyişkəndir, 
texnologiya isə sürətlə inkişaf və tərəqqi edir ki, bu da mene-
cerləri məcbur edir ki, istehlakçıların davranışlarına istinad 
edərək idarəetmədə yeni yanaşmalardan istifadə etsin 
məsrəflərin planlaşdırılması, ölçülməsi, uçotu və nəzarət 
sahəsində müvafiq vasitələr işləyib hazırlasın. Problemin 


131 
özünün dərk edilməsi və onun həlli yollarının axtarışı ondan 
ibarətdir ki, öz məhsulunu rəqibə nisbətən ucuz satmaq, bu isə 
xüsusi bacarıq tələb edən sənətdir. Bu problemə ənənəvi 
yanaşma istehsal məsrəflərinin aşağı salınmasıdır. Bunun üçün 
uçotun “Standart - Kosting”, “Direkt - Kosting” və s. kimi 
modellər tətbiq edilir. Əvvəllər məsrəflərin idarəedilməsi və 
uçotunun bu metodu özünü doğruldurdu, indi isə bir çox 
mütəxəssislər belə hesab edirlər ki, vərdiş etdiyimiz 
yanaşmalara yenidən baxılması vaxtı çatmışdır, onlar müasir 
rəqabət mühitinin tələbləri ilə uzlaşmır. Qarşıda duran ən 
mühüm və ən yeni vəzifələrdən biri innovasiya məhsullarına 
məsrəflərin 
uçotu 
və 
maya 
dəyəri 
kalkulyasiyasının 
metodologiyasının yeniləşdirilməsindən ibarətdir. 
Təcrübədə bir çox müəssisələr məsrəflərin azaldılması 
uğrunda real olaraq o vaxt mübarizəyə başlayırlar ki, məhsul 
artıq işlənib hazırlanmış və satışa və ya istehlaka verilmişdir. 
Məhz məhsul istehsalı tsikli başa çatdıqdan sonra məlum olur 
ki, məhsulun maya dəyəri həddindən artıq yüksəkdir. Ola 
bilərmi ki, onu qabaqcadan müəyyənləşdirmək və artıq xərcə 
yol verilməməsi istiqamətində müvafiq tədbirlər həyat 
keçirmək mümkün olsun. Daha dəqiq desək belə bir sual 
yaranır öz məhsulunu ucuzlaşdırmağa nə vaxt başlamaq lazım? 
Yaponiyanın istehsal menecmenti üzrə mütəxəssisləri bu 
suala hələ 1960-cı illərdə inandırıcı cavab verdilər və məqsədli 
maya dəyəri “Target – Kosting (yapon dilində - genyua 
kikaku)” idarəetmə konsepsiyasını işləyib hazırlayacaq sadə və 
səmərəli qərar təklif etdilər.
Bu model ilk dəfə 1965-ci ildə “Toyoto” şirkətində tətbiq 
edildi. Onun ilkin forması Amerika Birləşmiş Ştatlarında 1947-
ci ildə “General electric” şirkətində başda L.Mays olmaqla bir 
qrup mühəndislər tərəfindən işlənib hazırlanmışdır. Onlar 
tərəfindən işlənib hazırlanan məsrəflərin məqsədli idarə 


132 
olunması modeli müasir konsepsiyanın yalnız sadələşdirilmiş 
bir versiyası idi.
“Target - Kosting”in müasir formasını ilk dəfə Toşino 
Xiromoto istifadə etmiş və yapon idarəetmə uçotunun 
nailiyyətlərinə həsr edilmiş məqalə nəşr etdirmişdir.
Target – Kosting modeli məsrəflərin aşağı salınması 
strategiyasını inkişaf etdirməklə, yeni məhsul istehsalının 
planlaşdırılmasını həyata keçirməklə, bazar reallığına uyğun 
olaraq məsrəflərin və məqsədli maya dəyəri kalkulyasiyası 
üzərində nəzarət etməklə idarəetmə konsepsiyasının tamlığını 
özündə ehtiva edir. 
Target – Kosting modeli uzun illərdir ki, istehsal 
müəssisələrində, xüsusilə mütəmadi olaraq yeni məhsul növləri 
və modelləri işləyib hazırlayan innovasiyalı sahələrdə istifadə 
edilir. Yaponiyanın iri şirkətlərinin 80%-də (Toyota, Nissan, 
Sony, Matsushita, Nippen, Dinso, Dnihatsu, Canon, Nec, 
Olympus, Komatsu və s.), eləcə də Avropa və Amerikanın 
aparıcı şirkətlərinin mühüm hissəsi (Chrysler, ETT, 
Avtomotive, Caterpiller, Procter, Gemble və s.) yüksək 
keyfiyyətli və rentabelli məhsula nail olmaqla Target – Kosting 
modelindən istifadə edirlər. 
İnnovasiyalı məhsul istehsalı ilə yanaşı Target – Kosting 
sistemi xidmət sahələrində və qeyri-kommersiya təşkilatlarında 
da tətbiq edilir.
Qiymətəmələgəlmənin 
ənənəvi 
düsturu 
aşağıdakı 
kimidir: 
maya dəyəri + mənfəət = qiymət 
Yapon menecerləri qiymətəmələgəlmə düsturunda sadəcə 
olaraq komponentləri dəyişdirmişlər. Target – Kosting 
konsepsiyasında qiymətəmələgəlmənin düsturu aşağıdakı kimi 
verilmişdir: 
qiymət – mənfəət = maya dəyəri 


133 
Target –Kosting uçot modelində məmulatın maya dəyəri 
qiymətəmələgəlmənin 
ənənəvi üsulundan fərqli olaraq 
qabaqcadan müəyyən satış qiymətindən çıxış edilərək 
hesablanır. Satış qiyməti marketinq tədqiqatı nəticəsində 
müəyyən edilir ki, bu da məhsul və yaxud xidmətin gözlənilən 
bazar qiyməti hesab olunur.
Məmulatın məqsədli maya dəyəri bazar qiymətindən 
mənfəəti çıxmaqla alınır ki, bunu da firma almaq istəyir. 
İstehsal prosesinin bütün iştirakçıları menecerdən sadə işçiyə 
qədər məmulatın məqsədli maya dəyərinə uyğun olaraq 
layihələndirmək 
və 
hazırlamaq 
üzərində 
çalışırlar. 
Müəssisələrdə məhsulun Target – Kosting sistemindən istifadə 
edən mühəndis tərəfindən işlənməsi ənənəvi yanaşmadan 
fərqlənir. 
Məhsulun təkmilləşdirilməsinin klassik prosesi aşağıdakı 
kimi həyata keçirilir: 
layihələndirmə 

istehsal 
maya 
dəyəri 

yenidənlayihələndirmə 
Bu proses Target – Kosting ideologiyasına uyğun olaraq 
başqa görünüş alır: 
planlaşdırılan maya dəyəri > layihələndirmə > istehsal 
maya dəyəri 
Bu yanaşmanın üstünlüyü yeni məhsulun işlənib 
hazırlanmasındakı interaktiv yanaşmadan ibarətdir ki, bu da 
maya dəyərin hər bir mərhələsində mütəmadi anlaşmanı təmin 
edir. 
Məqsədli maya dəyəri bütövlükdə yeni model üçün deyil, 
layihələndirilən məhsulun ayrı-ayrı qovşaqları və hətta ayrı-
ayrı detalları üzrə də təyin edilir. Mühəndis və dizaynerlər 
smeta 
layihəsi 
işləyib 
hazırlayırlar 
və 
çalışırlar 
aydınlaşdırsınlar ki, yeni məmulatın smeta maya dəyəri 
məqsədli maya dəyəri çərçivəsindədirmi. Əgər olmasa, 
layihədə lazımi dəyişikliklər edirlər. Bu proses smeta maya 


134 
dəyəri məqsədli maya dəyərinə bərabər olmayıncaya qədər 
davam etdirilir. Yalnız bundan sonra, yəni bütün sınaqlardan 
sonra məhsul kütləvi istehsala buraxılır. 
Məsrəflərin nə qədər azalması lazın olduğunu təyin 
etmək üçün aşağıdakı tədbirləri həyata keçirmək lazımdır: 
1. Nəzərdə tutulan məhsul və xidmət üçün mümkün satış 
qiymətini təyin etmək; 
2. Məhsulun məqsədli maya dəyərini təyin etmək 
(bütövlükdə və məhsul vahidi üçün); 
3. Məsrəfləri ixtisar etmək üçün məhsulun məqsədli və 
smeta maya dəyərini müqayisə etmək; 
4. Məsrəflərin ixtisarına nail olmaq üçün məhsulun 
yenidən layihələndirilməsi və eyni zamanda istehsal prosesində 
təkmilləşmələr həyata keçirmək. 
Target-Kosting uçotu modelinin müsbət cəhətləri 
aşağıdakılardan ibarətdir: 
1. “Target-Kosting” uçotu modelində marketinq sanki 
üstdən idarəetmə uçotuna “yapışdırılır”, yəni marketinq və 
layihələndirmə funksiyaları birgə həyata keçirilir, sistemin 
“çıxışında” isə istehlakçıların tələbatını maksimum ödəmək 
qabiliyyətinə malik olan münasib qiymətli məhsul alınır. 
Target-Kosting uçotu modeli istifadə edilərkən müəssisənin 
bütün istehsal fəaliyyəti mühüm strateji istiqamət hesab edilən 
məqsədli maya dəyərinə yönəldilir. 
2. 
Target-Kosting 
uçot 
modeli 
mənfəətin 
büdcələşdirilməsi, planlaşdırılması, məsuliyyət mərkəzlərinin 
formalaşması, qiymətəmələgəlməsinin müxtəlif strategiyaları 
və qiymətləndirmə prosedurları ilə çox gözəl uyğunlaşır. 
3. Yaponiyada meydana gələn “Target-Kosting” uçot 
modeli mahiyyət etibarı ilə Amerikada geniş yayılmış 
“Standart-Kosting”i xatırladır. Bununla belə bu iki sistem bir-
birindən köklü surətdə fərqlənir. “Standart-Kosting” əsasən 
məsrəflərə nəzarət etmək və nəticəliliyi qiymətləndirmək üçün 


135 
istifadə edilir, “Target-Kosting” isə ilkin olaraq məhsulun 
layihələndirilməsi mərhələsində məsrəflərin aşağı salınması 
strategiyasına tərəfdar çıxır, yəni yalnız əməliyyat alət deyil, 
strateji alət hesab olunur. 
4. “Target-Kosting” uçot modeli yalnız daxili amilləri 
deyil, ən çox xarici bazar mühitini öyrənmək istiqamətində 
marketinqlər üçün prizma rolu oynayır və bazar mühitinin 
xüsusiyyətlərini onlara təlqin edir. 
5. 
“Target-Kosting” 
uçot 
modeli 
müəssisə 
əməkdaşlarının bazara səmtlənmiş (yönəldilmiş) əxlaqlarının 
yeniləşməsinə (motivasiyasına) yaxından kömək edir. Bununla 
da müəssisə əməkdaşları uzunmüddətli strategiyaya uyğun 
olaraq fəaliyyət göstərirlər. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin