Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə57/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   91
document hrclubaz 226

10.2. JİT uçot modeli 
 
Müasir şəraitdə kommersiya təşkilatlarının fəaliyyəti is-
tehsal xərclərini maksimum azaltmaqla yüksək keyfiyyətli və 
rəqabətqabiliyyətli məhsul istehsalına yönəldilməlidir. Ona gö-
rə də əməyin təşkilinin və istehsalın idarə edilməsinin iqtisadi 
cəhətdən inkişaf etmiş ölkələrdə tətbiq edilən mütərəqqi forma 
və metodlarının istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir. 
Bununla əlaqədar olaraq bizim üçün istehsalın JİT (“just – in –
time”, yəni “dəqiq, vaxtında”) modeli üzrə idarəolunması xüsu-
si maraq doğurur. 
JİT modeli XX əsrin 70-ci illərində Yaponiyanın “Toyo-
ta” şirkətində yaranmışdır və hal-hazırda bir çox sənayesi inki-
şaf etmiş ölkələrdə böyük müvəffəqiyyətlə tətbiq edilir. Yapo-
niyada bu modeli ifadə etmək üçün “Kanban” anlayışından isti-
fadə edirlər ki, bu da “kartoçka” və yaxud “yazılışın vizual (gö-
rünən) sistemi” deməkdir. 


127 
JİT anlayışı yapon ekvivalenti olmayan, Yaponiyanın iş-
güzar dairələrində qəbul edilmiş ingilis sözüdür.
JİT modelinin mahiyyəti iri partiyalarla məhsul istehsa-
lından inkar etməkdən ibarətdir. Bunun əvəzində fasiləsiz axın 
əşya istehsalı yaradılır. Bununla da istehsal sexlərinin və sahə-
lərinin təchizatı o qədər kiçik partiyalarla həyata keçirilir ki, 
mahiyyətcə ədədlə təminata çevrilir. Bu model əmtəə material 
ehtiyatlarının mövcudluğuna, bir sıra problemlərin həllini çə-
tinləşdirən zərərli bir iş kimi baxırlar. Saxlanılmasına əhəmiy-
yətli dərəcədə xərc tələb edən, külli miqdarda material ehtiyat-
ları maliyyə resurslarının çatışmazlığına, müəssisənin manevr-
liyinə və rəqabətin qabiliyyətinə mənfi təsir edir. 
Praktiki nöqteyi-nəzərdən JİT modelinin əsas məqsədi is-
tənilən artıq xərclərin aradan qaldırılmasından və müəssisənin 
istehsal potensialından səmərəli istifadə etməkdən ibarətdir. 
JİT modeli ənənəvi “məhsulun bazara çıxarılması” meto-
duna nisbətən daha çox təkliflə bağlıdır. Modelin prinsipi belə-
dir: məhsulu o vaxt istehsal et ki, ona ehtiyac var və yalnız o 
həcmdə ki, alıcı tələb edir. Təklif bütün istehsal boyu məhsulu 
müşayiət edir. Hər bir əməliyyatda o istehsal edilir ki, o növbə-
ti əməliyyata lazımdır. İstehsal prosesi o vaxta qədər başlamır 
ki, növbəti əməliyyat yerindən istehsala başlamağın zəruriliyi 
haqqında siqnal daxil olmasın. Detallar, qovşaqlar, materiallar 
yalnız istehsal prosesində onların istifadəsinə başlanılmalı olan 
halda gətirilir. 
JİT modeli emalda olan partiyaların həcminin azalmasını, 
bitməmiş istehsalın praktik olaraq ləğvini, əmtəə material həc-
minin minimuma çatdırılmasını və sifarişlərin aylar və həftələr 
üzrə deyil, günlər və hətta saatlar üzrə yerinə yetirilməsini nə-
zərdə tutur. Bununla da həmçinin istehsalın uçotu sistemi də 
sadələşir, belə ki materialların uçotu ilə istehsal məsrəflərinin 
uçotunun bir hesabda aparılmasına imkan yaranır. Bundan baş-
qa bu sistemin tətbiqində müəssisənin məsrəflərinin bir hissəsi 
qeyri-müstəqim kateqoriyasından müstəqim xərclər kateqoriya-
sına keçir. Məsələn, istehsalı JİT modeli ilə təşkil edərkən 


128 
məhsul istehsalı ilə məşğul olan istehsal xəttinin fəhləsi texniki 
xidmət, təmir və sazlama işlərini də yerinə yetirir, ənənəvi me-
todda isə bu işləri başqa işçilər yerinə yetirdikləri üçün bu xərc-
lər qeyri-müstəqim xərclər kateqoriyasına daxil olur. Bu da öz 
növbəsində məhsul vahidinin maya dəyərinin düzgün hesablan-
ması ilə nəticələnir.
JİT prinsiplərinin tətbiqi istehsal məsrəflərinin uçotu sis-
temini sadələşdirir. Bu sadələşmə istehsalın keyfiyyətinin yax-
şılaşması, xidmətin və dəyərin qiymətləndirilməsinin yaxşılaş-
dırılması ilə nəticələnir. 
JİT modelinin tətbiqinin nəticəsi olaraq materialların hə-
rəkəti aşağıdakı yazılışla rəsmiləşdirilir: 
1. Malsatan təşkilatlardan material alınmışdır 
Debet 202 “İstehsalat məsrəfləri” 
Kredit 431, 531 “Malsatanlar və podratçılarla hesablaş-
malar” 
2. Hazır məhsul buraxılışı və satışı 
Debet 701 “Satışın maya dəyəri” 
Kredit 202 “İstehsalat məsrəfləri” 
Qeyri -müstəqim xərclərə aid edilən bir sıra xərclər JİT 
sisteminin tətbiqi şəraitində müstəqim xərclər kateqoriyasına 
keçir (bax: cədvəl 14). 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin