119
dəmir-beton zavodlarında və s.) müəssisələrdə
və xüsusi alət
hazırlayan köməkçi istehsalat sexində də tətbiq edilir.
Sifariş metodunun mahiyyətinin qısa təsvirindən belə
nəticəyə gəlmək olar ki, onun tətbiq sferası yalnız fərdi istehsal
ilə məhdudlaşmalıdır. Lakin sifariş metodunda uçot və
kalkulyasiyanın nisbi sadəliyi kiçik seriyalı,
orta və hətta iri
seriyalı istehsalatda da tətbiq etmək mümkündür. İl ərzində
ayrı-ayrı məhsul növlərinə sərf edilən məsrəflər ayrı-ayrı
sifarişlərdə cəmlənir, ay ərzində buraxılan
məhsulun maya
dəyəri məsrəf məbləğini (bitməmiş istehsal qalığına düşən
məbləği çıxmaqla) buraxılmış məhsul vahidini bölməklə
hesablanır.
Məsrəflərin
uçotu
və
məhsulun
maya
dəyəri
kalkulyasiyasının sifariş metodunda bir misal nəzərdən keçirək
(Əlavə cədvəl 10).
1N-li sexdə hesabat ayında üç sifariş yerinə
yetirilmişdir
(10, 11, 12). Material xərcləri, əmək haqqı (əsas və əlavə),
sosial ehtiyaclara ayırmalar, xüsusi alətlərin amortizasiyası
müstəqim xərc hesab olunduqları üçün birbaşa sifarişə aid
etmək olar. Qeyri-müstəqim xərclər (ümumistehsalat və
ümumtəsərrüfat) məsrəflərin müəyyən
yerlərə məxsusluğuna
görə - sexə və müəssisənin uçot siyasətində qəbul edilmiş
bazaya mütənasib olaraq bölüşdürülür. Bizim misalımızda
ümumistehsalat və ümumtəsərrüfat xərcləri 1 N-li sex üzrə
6189 min manat və 1254.0 min manat.
10 N-li sifariş üzrə ..... manat olmuşdur.
11 N-li ......
12 N-li ........
Qeyri-müstəqim xərcləri sifarişlər
üzrə bölüşdürərək
sifarişlərin maya dəyərini hesablamaq olar (Əlavə cədvəl 10).
10
N-li
əlavə
cədvəl
və
13
N-li
cədvəl
məhdudlaşdırılmış (qısaldılmış) maya dəyərini əks etdirirlər.
120
Qeyri-müstəqim xərclərin sifarişlər üzrə bölüşdürülməsi
əsas əmək haqqına mütənasib olaraq bölüşdürülürlər. Ümumi
əmək haqqı 518.51 min manat, o cümlədən 10 N-li sifariş üzrə
68.76 min manat və yaxud 13.6%; 11 N-li sifariş üzrə 69.75 və
yaxud 13.4%; 12 N-li sifariş üzrə 380.0
min manat və yaxud
73% olmuşdur. Qeyri-müstəqim xərcləri bölüşdürdükdən sonra
onların maya dəyərini hesablamaq olar (13 N-li cədvəl).
Dostları ilə paylaş: