Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


MÖVZU 10. MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə56/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   91
document hrclubaz 226

 
MÖVZU 10. MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN 
MAYA DƏYƏRİ KALKULYASİYASININ DİGƏR 
METODLARI (MODELLƏRİ). 
 
10.1. ABC uçotu modeli 
 
Uçotun “Activity Basedd Costing” və yaxud ABC modeli 
Avropa və Amerikanın müxtəlif profilli müəssisələrində geniş 
yayılmışdır. Bu modelin analoqu olaraq bizim sənaye müəssi-
sələrimizdə məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyası 
əməliyyat üzrə metodundan istifadə edilir. Tam mənası ilə bu 
model məsrəflərin işlər üzrə (məsrəflərin funksional uçotu) 
uçotu deməkdir. Bu model iqtisadi strukturlarda baş verən də-
yişikliklərin , xüsusilə məsrəflərin uçotu və məhsulun maya də-
yəri kalkulyasiyasına olan elmi baxışların dəyişilməsi nəticə-
sində meydana gəlmişdir. Əvvəllər maya dəyərinin sabit (Ab-
sorption - Kosting) və dəyişən xərclərin (Direkt - Kosting) uço-
ta alınması yolu ilə hesablanırdı. Dəyişən xərclər məhsulun 
maya dəyərinə bölüşdürülür ki, bu da məhsulun tam istehsal 
xərclərini əks etdirir. Sabit xərclər məhsulun maya dəyərinə da-
xil edilmir və müxtəlif məsrəflərə silinir. Bu halda məhsulun 
maya dəyəri marjinal xərclərə bərabərdir. Lakin praktikada 


124 
(təcrübədə) müəssisənin fəaliyyətini həyata keçirmək üçün is-
tehsala uzunmüddətli resursların cəlb edilməsi tələbatını irəli 
sürür və zəruri edir (marketinq, satış, xidmət və s.). Ona görə 
də marjinal məsrəflərlə gəlirlərin bərabərliyi maksimum gəlir 
gətirməsinə baxmayaraq, Direkt – Kostingin tətbiqi yalnız 
müəyyən şərtlər daxilində səmərə verə bilir. Əvvəla müəssisə-
də müstəqim məsrəflər xərclərin çox hissəsini təşkil etməlidir. 
İkincisi, az sayda məhsul buraxılmalıdır (bir, iki). Əgər müəssi-
sə bu tələblərə cavab vermirsə maya dəyəri göstəricisi mütləq 
təhrif olunacaqdır: xırda seriyalı məhsula azaldılmış əlavə (qiy-
mət artımı), iriseriyalıya isə yüksək qiymət artımı idarəetmə 
uçotuna nisbətən maliyyə uçotunda gəlir göstəricisi daha aşağı 
olacaqdır, elə zənn edilir ki, sadə istehsala nisbətən mürəkkəb 
texnologiyalı və innovasiyalı məhsul yüksək rentabellidir. Bu-
radan da belə bir nəticəyə gəlmək olar ki, idarəetmə uçotu əsas 
vəzifəsini yerinə yetirmək üçün sabit və dəyişən göstəricilərin 
tətbiqi səmərəli deyil. 
Məsrəflər haqqında obyektiv informasiya alınması üçün 
yeni metodların axtarılması uçotun ABC modelinin meydana 
gəlməsinə səbəb oldu. ABC modelinin spesifik xüsusiyyəti on-
dan ibarətdir ki, nu model tətbiq olunan zaman müəssisənin tə-
sərrüfat fəaliyyətinə işçi əməliyyatların yığımı kimi baxılır. İş 
prosesində ehtiyatlar (material, informasiya, avadanlıq və s.) 
müvafiq olaraq müəssisədə ABC tətbiqinin ilkin mərhələləri 
mürəkkəb iş əməliyyatlarının paralel olaraq ehtiyatların istehla-
kını hesablamaqla sadələşdirilmiş tərkib hissələrinə ayırmaqla 
işlərin siyahısının və ardıcıllığının təyin edilməsi hesab olunur.
ABC çərçivəsində məhsul buraxılışında iştirak üsullarına 
görə işlər üç növə ayrılır: 
1. Unit level (işəmuzd, görülən işi) 
2. Batch level (paket işi) 
3. Product level (məhsul işi) 


125 
Bu təsnifat müxtəlif istehsal prosesləri və məsrəflər ara-
sındakı asılılığın öyrənilməsini nəzərdə tutur: məhsul vahidinin 
buraxılışı, sifariş (paket) buraxılışı, məhsul istehsalı. Bununla 
belə yenə də məsrəflərin mühüm bir kateqoriyası bütövlükdə 
müəssisənin fəaliyyətini təmin edən, istehsal hadisələrindən 
asılı olmayan məsrəflər nəzərə alınmır. Bu məsrəfləri uçota al-
maq üçün dördüncü növ iş – Facility level (ümumtəsərrüfat iş-
ləri). İşlərin birinci üç kateqoriyası, daha doğrusu o kateqoriya-
lar üzrə məsrəflər konkret növ məhsula aid edilə bilərlər. 
Ümumtəsərrüfat işlərinin nəticələrini bu və ya digər konkret 
növ məhsula aid etmək olmaz. Ona görə də onların bölüşdürül-
məsi üçün müxtəlif alqoritmlər təklif edilir. 
Optimal təhlilə nail olmaq üçün ehtiyatlar da (resurslar) 
təsnifləşdirilir: istehlak anında verilən resurslar, əvvəlcədən ve-
rilən resurslar. Məsələn, birinciyə misal olaraq işəmuzd əmək 
haqqını göstərmək olar. Bu zaman işçiyə iş əməliyyatlarının o 
miqdarı üçün əmək haqqı verilir ki, o işlər yerinə yetirilmişdir, 
ikinciyə qəti müəyyən edilmiş əmək haqqını misal göstərmək 
olar, konkret miqdar tapşırıqla əlaqəli olmayan əmək haqqı.
İşçi əməliyyatlarına sərf edilən bütün resurslar onun də-
yərini təşkil edir. Təhlilin birinci mərhələsinin sonunda müəssi-
sənin bütün işləri onların yerinə yetirilməsi üçün zəruri olan re-
surslara aid edilməlidir. Bir sıra hallarda məsrəf maddəsi hansı-
sa bir işə uyğun gəlir. Məsələn, “Təchizat şöbəsinin əməkhaq-
qı” “Təchizat” işçi əməliyyatlarının dəyərinə daxil edilir. Bu-
nunla yanaşı “Ofis binalarının icarəsi” maddəsi “Təchizat”, “İs-
tehsal”, “Marketinq” və s. məsrəf maddələri üzrə resursların is-
tehlakına mütənasib olaraq bölüşdürülməlidir. Bəzən belə hal-
lar da olur ki, hər hansı bir resurs heç bir işçi əməliyyatı ilə düz 
gəlmir, aid edilmir, boş yerə sərf edilir. 
ABC uyğun olaraq işçi əməliyyat indeks ölçüsünə, çıxış 
nəticəsinə - KOST Drayverə malik olmalıdır. “Təchizat” məs-
rəf maddəsi üçün KOST Drayver “Alışın miqdarı” olmalıdır, 


126 
“Sazlama” maddəsi üçün KOST Drayver “satınalmanın miqda-
rı” olmalıdır. ABC tətbiqinin ikinci mərhələsi KOST Drayverin 
onlar tərəfindən hər bir resursun istehlak göstəricilərinin hesab-
lanması ilə nəticələnir. Yekunda konkret növ məhsulun hazır-
lanmasına sərf edilən əmək məsrəflərinin məbləğini alırıq. 
Məhsul istehsalı üçün sərf edilən işlərin məbləği onun maya 
dəyərini təşkil edir. Bu hesablamalar ABC metodikasının prak-
tik tətbiqinin üçüncü mərhələsini təşkil edir. 
Müəssisənin işçi əməliyyatları toplusuna malik olması 
onun fəaliyyət göstəricisinin təkmilləşməsi üçün geniş imkan-
lar açır və investisiyalaşdırma, ümumi heyətin uçotu, kadrların 
idarə edilməsi və s. fəaliyyət sahələrində keyfiyyətin qiymət-
ləndirilməsinə imkan verir.
Nəticə etibarı ilə ABC tətbiqi müəssisənin rəqabət qabi-
liyyətinin yüksəlməsinə imkan verir və bütün idarəetmə səviy-
yələrində operativ informasiya təminatı yaradır. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin