Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


MÖVZU 9. MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə52/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   91
document hrclubaz 226

MÖVZU 9. MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN 
MAYA DƏYƏRİ KALKULYASİYASININ SİFARİŞ 
METODU. 
 
9.1. Məsrəflərin uçotu və məhsulun maya dəyəri 
kalkulyasiyasının sifariş metodunun mahiyyəti və vəzifələri 
 
Məsrəflərin 
uçotu 
və 
məhsulun 
maya 
dəyərinin 
kalkulyasiyası dedikdə istehsal edilən məhsulun, yerinə 
yetirilən 
iş və xidmətlərin faktiki maya dəyərinin 


115 
hesablanmasına köməklik göstərən istehsal məsrəflərinin 
sənədləşdirilməsi və müvafiq uçot registrlərində əks etdirilməsi 
üsulları başa düşülür. Hal-hazırda istehsal məsrəfləri uçotunun 
və məhsulun maya dəyəri kalkulyasiyası metodlarının bütün 
ölkələri üçün qəbul edilmiş ümumi metodikası yoxdur. 
Bununla yanaşı tətbiq edilən metodlar aşağıdakı əlamətlər üzrə 
qruplaşdırılır: 
1. Məsrəflərin uçot obyektləri üzrə; 
2. Uçota alınan məsrəflərin tamlığı; 
3. İnformasiyanın toplanması və məsrəflər üzərində 
nəzarət; 
4. Məsuliyyət mərkəzləri üzrə. 
Məsrəflərin uçot obyektləri üzrə bölgüsünə aşağıdakılar 
daxildir: 
a) sifariş metodu; 
b) mərhələ metodu; 
c) proseslər metodu. 
Uçota alınan məsrəflərin tamlığı əlaməti üzrə: 
a) tam maya dəyərinin kalkulyasiyası; 
b) qeyri-tam (məhdudlaşdırılmış) maya dəyərinin 
kalkulyasiyası. 
İnformasiyanın toplanması və məsrəflər üzərində nəzarət 
əlaməti üzrə: 
a) normativ metodu (normativ məsrəflərin və normadan 
kənarlaşmaların uçotu); 
b) faktiki məsrəflərin cəmlənməsi
c) əmsal metodu; 
ç) digər metodlar. 
İdarəetmədə inzibatçılığın və yuxarıdan sərt planlaşdırma 
sisteminin ləğv edilməsi bir sıra daxili məsələlərin həllində 
müəssisə və təşkilatlara müstəqillik vermişdir. Verilən 
müstəqilliyin tərkib hissələrindən biri də məsrəflərin uçotu və 
məhsulun maya dəyərinin kalkulyasiyası sahəsində verilən 


116 
sərbəstlikdir. Hal-hazırda müəssisə və təşkilatlar istehsal 
prosesinin 
xüsusiyyətindən, 
istehsal 
edilən 
məhsulun 
xarakterindən, tərkibindən, hazırlanma texnologiyasından, 
kütləvi istehsaldan asılı olaraq məsrəflərin uçotu və məhsulun 
maya dəyərinin kalkulyasiyası metodunu müstəqil olaraq 
seçirlər. Bəzi hallarda yuxarıda sadalanan metodlar müxtəlif 
birləşmələr halında tətbiq edilir. 
Məsrəflərin 
uçotu 
və 
məhsulun 
maya 
dəyəri 
kalkulyasiyasının sifariş metodunun mahiyyəti bütün müstəqim 
məsrəflərin 
müəyyən 
edilmiş 
kalkulyasiya 
vərəqinin 
maddələrinə uyğun olaraq ayrı-ayrı sifarişlər üzrə uçota 
alınmasından ibarətdir. Qalan məsrəflər onların təyinatı və 
maddələri üzrə xərclərin başvermə yerləri üzrə uçota alınır və 
müəyyən edilmiş bölüşdürülmə bazasına əsasən bölüşdürülür 
və sifariş verilmiş məhsulların maya dəyərinə daxil edilir. Buna 
görə də bu metodda məsrəflərin uçot obyektləri ilə 
kalkulyasiya obyektləri ayrı-ayrı sifarişlər hesab olunur, hansı 
ki sifarişin faktiki maya dəyəri məhsul hazırlandıqdan sonra 
müəyyən edilir. Sifariş yerinə yetirilənədək sərf edilmiş 
məsrəflər bitməmiş istehsal hesab olunur. Beləliklə sifariş 
metodunun ən mühüm şərtlərindən biri istehsal sifarişlərinin 
açılması sistemi sayılır. Təsdiq edilmiş istehsal planına əsasən 
plan şöbəsi işçiləri tərəfindən sifariş blankı doldurulur və 
mahiyyət etibarı ilə istehsal sifarişinin yerinə yetirilməsi üçün 
sərəncam rolunu oynayır. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin