173
sistemində tərtib edilən hesabatlarda marjinal gəlir, mənfəət və
digər göstəricilər əks etdirilir. Bu halda müəssisənin mənfəəti
marjinal gəlirlə sabit xərclərin fərqi kimi hesablanır. Marjinal
gəlir məbləğini sabit xərclərlə mənfəətin cəmi kimi müəyyən
etmək olar. İqtisadi ədəbiyyatlarda bu göstəricini: ümumi gəlir,
ümumi mənfəət, brutto – mənfəət, ödəmə məbləği, əlavə dəyər
kimi adlandırırlar. Ümumi gəlir və mənfəət, əlavə dəyər vergisi
və brutto mənfəəti anlayışları xüsusi müstəqil əhəmiyyət kəsb
etdikləri üçün satışdan alınan gəlirlə dəyişən xərc arasındakı
fərqi mənfəət məbləği və sabit məsrəflər anlayışları “marjinal
gəlir” və yaxud “ödənilmə məbləği” adlandırılsın.
Məsrəflərin sabit və dəyişən kimi qruplaşdırılmasına
əsaslanan Direkt – Kostingin ən mühüm xüsusiyyətlərindən bi-
ri də istehsal və satışın həcmi ilə mənfəət və məsrəflər arasın-
dakı qarşılıqlı əlaqənin və qarşılıqlı asılılığın öyrənilməsi
mümkünlüyünün təmin edilməsidir. Buradan məsrəf məbləği
ilə istehsalın həcmi arasındakı əlaqənin və proporsiyanın (mü-
tənasibliyin) öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Di-
rekt – Kosting sistemindən istifadə edilməsi aşağıdakı işlərin
yerinə yetirilməsinə imkan verir:
1. məsrəflərin istehsalın həcmindən və yaxud istehsal
güclərinin yüklənməsindən asılılığı formalarının müəyyən edil-
məsi;
2. bərabərlik smetasının tərtib olunması;
3. istehsalın həcmindən asılı olaraq mənfəət və yaxud zə-
rər haqqında informasiya alınmasını;
4. istehsalın həcminin kritik nöqtəsinin hesablanmasını;
5. həcm və istehsal gücü amillərindən asılı olaraq maya
dəyərinin və yaxud ayrı-ayrı növ xərclərin hərəkətinin proq-
nozlaşdırılması.
Dostları ilə paylaş: