Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məsrəflərin uçotunun və məhsulun maya dəyəri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə79/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   91
document hrclubaz 226

13.5. Məsrəflərin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyasının ümumi sxeması 
 
Məsrəflər müəyyən əlamətlərlə bağlı olaraq iqtisadi 
elementlər, kalkulyasiya maddələri, xərclərin baş vermə 
(sərfiyyat) yerləri və istehsal edilən məhsul növləri üzrə 
qruplaşdırılır. İstehsal müəssisələrində yuxarıda sadalanan 
əlamətlər üzrə qruplaşdırılan məsrəflər 202 N-li “İstehsalat 
məsrəfləri”, 711 N-li “Kommersiya xərcləri”, 721 N-li 
“İnzibati xərclər” və 731 N-li “Sair əməliyyat xərcləri”, 741 N-
li “Fəaliyyətin dayandırılmasından zərərlər”, 751 N-li 
“Maliyyə xərcləri”, 761 N-li “Fövqəladə xərclər” hesablarında 
uçota alınır.
Buraxılan məhsul növləri üzrə, onların daxilində 
kalkulyasiya maddələri üzrə faktiki maya dəyərləri 202 N-li 
istehsalat məsrəfləri hesabında əks etdirilir. Ay ərzində bu 
hesabın debetində məmulatın hazırlanmasının texnoloji 
prosesləri ilə bağlı olan müstəqim xərclər toplanır: məhsulun 
əsasını təşkil edən materialın dəyəri, istehsalat fəhlələrinin 
əmək haqqı, onların sosial təminatlarına ayırmalar, texnoloji 
məqsədlər üçün istifadə edilən yanacaq və enerji dəyəri. İlk 
sənədlərdə (limit-yığma kartları, naryadlar, raportlar və b.) 
məsrəflərin başvermə (sərfiyyat) yerləri, buraxılan məhsulların 
adı və müvafiq məsrəf maddələri göstərilir. 
İstehsalatın idarə olunması və xidməti ilə bağlı olan 
xərcləri qeyri-müstəqim xərclər adlanır və onları birbaşa 
konkret növ məhsulun maya dəyərinə daxil etmək mümkün 
olmur. Ona görə də həmin xərclər ay ərzində 721 N-li “İnzibati 
xərclər” sintetik hesabında uçota alınır və ayın axırında 
müxtəlif növ məhsullar, sexlər, bütövlükdə müəssisə məsrəf 
maddələri üzrə arasında bölüşdürülür. Məsrəflərin uçotunun 
məhdudlaşdırılmış maya dəyəri ilə uçota alınan müəssisələrdə 


195 
721 N-li hesab birbaşa 801 N-li “Ümumi mənfəət (zərər)” 
hesabı ilə bağlanır. 
Analitik uçotda idarəetmə və xidmət xərcləri müəssisənin 
struktur bölmələri arasında hazır məhsul ilə bitməmiş istehsal 
arasında, ayrı-ayrı məhsul növləri üzrə bölüşdürülür. İstehsal 
məsrəflərini 
uçota 
alan 
hesablar 
həmçinin 
fəhlələrin 
məzuniyyət ödənişlərini, qarşıdakı xərc ehtiyatları, gələcək 
dövr xərclərinin müvafiq məbləğləri, çıxdaşdan itkiləri də 
uçota alır. Deməli hesabat dövrünün sonunda məhsul buraxılışı 
üzrə bütün məsrəflər: müstəqim xərclər məsrəf elementləri, 
qeyri-müstəqim xərclər isə kompleks maddələri üzrə 202 N-li 
“İstehsalat məsrəfləri” hesabının debetində cəmlənir. 
Hesabat dövrünün sonunda bitməmiş istehsalın ayın 
axırına olan qalıq dəyəri qiymətləndirilir və xərclər hazır 
məhsulun maya dəyəri ilə bitməmiş istehsalın maya dəyərləri 
arasında bölüşdürülür. Məhsulun istehsal maya dəyərini təyin 
etmək üçün bitməmiş istehsalın ayın əvvəlinə olan qalığının 
üzərinə ay ərzində sərf edilmiş və 202 N-li hesabın debetində 
əks etdirilmiş xərcləri gəlmək və qaytarılmış tullantıların, 
çıxdaşdan itkilərin və ayın axırına bitməmiş istehsalın dəyərini 
çıxmaq lazımdır. Ay ərzində sexlərdən (əsas istehsalatdan) 
anbara təhvil verilən hazır məhsul plan maya dəyəri ilə 
qiymətləndirilir və ayın axırında plan maya dəyəri faktiki maya 
dəyərinə çatdırılır. 
Köməkçi istehsalın iş və xidmətlərin maya dəyərini 
müəyyən etmək üçün 202 N-li “İstehsal məsrəfləri” sintetik 
hesabının 202/2 N-li “Köməkçi istehsal” məsrəfləri sub 
hesabından istifadə edilir. Köməkçi istehsal sahələrin 
xidmətindən əsasən əsas istehsalat istifadə edir. Köməkçi 
istehsalat əsas istehsalatın normal fəaliyyət göstərməsi üçün 
şərait yaradır və onları buxarla təmin edir ki, bu da sex və 
inzibati binanın işlədilməsində istifadə olunur. Əsas istehsalat 
avadanlıqlarını lazımi işçi səviyyəsində saxlamaq üçün təmir-


196 
mexaniki sexin xidmətində istifadə edilir. Ona görə də ayın 
sonunda 202/2 N-li hesabın debetində cəmlənən xərclər birbaşa 
və yaxud paylayıcı-bölüşdürücü hesablar vasitəsi ilə 202/1 N-li 
hesaba silinir. 
Məsrəflərin uçotu prosesinin həlledici mərhələsi ayrı-ayrı 
məhsul növlərinin maya dəyərinin kalkulyasiyasının tərtibi 
hesab olunur. Ayrı-ayrı məhsul növlərinin maya dəyərinin 
kalkulyasiyası 202 N-li “İstehsal məsrəfləri” sintetik hesabın 
daxilində kalkulyasiya obyektləri üzrə xərclərin analitik 
qruplaşdırılmasına əsasən həyata keçirilir. 
Beynəlxalq 
Mühasibat 
uçotu 
standartlarına 
uyğunlaşdırılmış və Azərbaycan Respublikası Maliyyə 
Nazirliyinin 18 aprel 2006-cı il tarixli, 38 N-li əmri ilə (1 N-li 
standart) Kommersiya təşkilatları üçün təsdiq edilmiş Milli 
Mühasibat uçotunun hesablar planı müəssisələrə məsrəflərin 
uçotunun beynəlxalq praktikada istifadə edilmə metodunun 
tətbiqinə imkan verir. Bu metodun mahiyyəti ondan ibarətdir 
ki, məsrəflər dəyişən (istehsalat xərcləri) və sabit xərclərə 
ayrılır və qismən (məhdudlaşdırılmış) maya dəyəri aşkara 
çıxarılır.

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin