Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


 İstehsal məsrəflərinin uçotunun təşkili



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə77/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   91
document hrclubaz 226

13.3. İstehsal məsrəflərinin uçotunun təşkili 
 
İstehsal məsrəflərinin uçotu və məhsulun maya dəyərinin 
kalkulyasiyası mühasibat uçotunun ən mühüm sahələrindən 
biridir. Bazar münasibətləri şəraitində istehsal müəssisələri 
qarşısında duran vəzifələrdən biri də məhsul satışından alınan 
pul gəliri ilə məsrəfləri örtmək və mənfəət əldə etməkdən 
ibarətdir. Bu isə istehsalın təşkili və texniki təminatın 
yaxşılaşdırılmasını, ehtiyatların axtarılmasını, tapılmasını və 
aşkara çıxarılmasını, əmək məhsuldarlığının yüksəldilməsini, 
maya dəyərinin aşağı salınmasını, istehsal edilən və satılan 
məhsulun keyfiyyətinin yüksəldilməsini, əmək və maliyyə 
resurslarının qənaətlə və səmərəli idarə edilməsini və s. tələb 
edir. 
Bütün bu tədbirlərin yerinə yetirilməsində mühasibat 
uçotu, mühüm rol oynayır və aşağıdakı vəzifələri yerinə yetirir: 
1. Hazır məhsul buraxılışının çeşidlər və keyfiyyətləri 
üzrə uçotunun təşkili; 
2. Onların maya dəyərinin aşağı salınması; 
3. İstehsal məsrəflərinin uçotunun düzgün təşkili və maya 
dəyərinin kalkulyasiyalaşdırılmasının yaxşılaşdırılması; 
4. İstehsalın istifadə edilməyən ehtiyatlarının aşkara 
çıxarılması; 
5. Təsərrüfatsızlıqla mübarizə, müxtəlif növ itkilərin və 
qeyri-məhsuldar xərclərin qarşısının alınması və aradan 
qaldırılması. 
İstehsal məsrəflərinin uçotunun aparılması üçün 
mühasibat uçotunun müəyyən hesablar sistemindən istifadə 
edilir: 
202/1 – Əsas istehsalat, 202/2 – Köməkçi istehsalat, 711 
– Kommersiya xərcləri, 721 – İnzibati xərclər, 731 – Sair 
əməliyyat xərcləri, 242, 191 – Gələcək hesabat dövrünün 


188 
xərcləri, 412 – Uzunmüddətli zəmanət öhdəlikləri, 513 – 
Qısamüddətli hüquqi öhdəliklər və s. 
Məsrəflərin və məhsul buraxılışının uçotunu aparmaq və 
onlara nəzarət işini həyata keçirmək üçün aşağıdakı uçot 
registrlərindən istifadə edilir: 12 N-li cədvəl “sexlər üzrə 
məsrəflər” 202/1, 202/2 N-li hesablar üzrə məsrəflər uçota 
alınır. Ayın sonunda 12 N-li cədvəldə uçota alınan dövriyyələr 
10 
N-li 
jurnal-orderə 
köçürülür. 
15 
N-li 
cədvəl 
“Ümumtəsərrüfat xərcləri” qarşısındakı xərc və ödənişlərin 
ehtiyatı, gələcək hesabat dövrünün xərcləri, “qeyri-istehsal 
xərcləri” ay ərzində 721, 191, 402, 513 hesablar üzrə xərcləri 
özündə toplayır. Ayın axırında 721, 191, 402, 513 N-li 
hesabların dövriyyələrini 10 N-li jurnal-orderə köçürürlər. 10 
N-li jurnal-orderin məlumatları 10/1 N-li jurnal-orderə 
köçürülür. 
Uçotun jurnal-order formasında istehsal məsrəflərinin 
uçotunun təşkili 11 N-li sxemdə verilmişdir. 


189 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin