emosional yoluxmağa qarşı daha həssas olurlar. Bunun sayəsində kütləvi panikanın yaranma
ehtimalı artır.
Psixoloji şərt. Bura qorxulu hadisənin gözlənilməzliyi, güclü psixi oyanma, ifrat təəccüb, vahimə
və s. aiddir. Bir qayda olaraq, bu amillər, mümkün təhlükə və ona qarşı mümkün təsir vasitələri
haqqında qabaqcadan kifayət qədər informasiya olmaması ilə bağlıdır.
İdeoloji və siyasi-psixoloji şərt. Bu qrup amillərə insanların ümumi məqsədləri dəqiq
dərketməmələri, effektiv liderin olmaması, idarəetmənin zəif olması, birliyin bir qayda olaraq
yekdil olmaması aiddir.
Kütləvi aqresiyanın ekspressiv, impulsiv, affektiv, ədavətli və instrumental növlərini
fərqləndirirlər:
Ekspressiv aqresiya – bu vahiməli-aqressiv davranış olub, başlıca məqsədi öz potensial aqressiv
niyyətini, rəqiblərini qorxutmağı təzahür etdirməkdir. Bu heç də həmişə və mütləq surətdə
dağıdıcı əməllərdə təzahür etmir. Ekspressiv aqresiyaya klassik nümunələr - ənənəvi rəqslər,
hərbi və idman nümayişləri, müxtəlif növ kütləvi yürüşlər, zamanında alman faşistlərinin istifadə
etdikləri gecə məşəl nümayişləri.
İmpulsiv aqresiya – ani təsir edən hansısa amil sayəsində yaranan və çox tez keçib gedən
aqressiv davranış.
Affektiv aqresiya – demək olar ki, tamamilə hərəki komponentdən məhrum emosional
fenomen. Affektiv aqresiya daha çox təəssüratyaradıcı olsa da siyasi nöqteyi-nəzərdən bir qayda
olaraq ən mənasız aqresiya növüdür.
Ədavətli aqresiya, məqsədyönlü-dərkolunmuş şəkildə digərinə zərər vurmaq niyyəti ilə
xarakterizə olunur.
İnstrumental aqresiya subyektin hərəkət məqsədinin emosional cəhətdən neytral olması ilə
fərqlənir. Burada zahirən nümayiş etdirilən aqresiya – alət, məqsədə nail olma vasitələrindən
biri kimi çıxış edir.
Aydındır ki, axırıncı iki növ aqresiya, təşkil olunmuş davranış formalarına aid edilir. Onlar
kortəbii deyil, daha çox dərk olunmuş xarakter daşıyırlar. Lakin zahirən onların hər ikisi
izdihamın kortəbii davranışı altında maskalana bilərlər (onları idarə edən qüvvələrin vəzifələrinə
tabe olaraq).
Dostları ilə paylaş: