1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Şayiələrin dövretmə qanunauyğunluğu və profilaktikası



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə36/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   28   29   30   31   32   33   34   35   36
psixologiya

45. Şayiələrin dövretmə qanunauyğunluğu və profilaktikası 
Öz-özünə dövretmə zamanı şaiyələrdə müəyyən transformasiyalar baş verir. Birincisi, şaiyənin 
məzmununun müəyyən “yumşalması” baş verir. İkincisi, onun emosional komponentlərinin 
“kəskinləşməsi” yaranır. Üçüncüsü, şaiyə auditoriyanın xüsusiyyətlərinə özünəməxsus şəkildə 
“adaptasiya” olunur. 
“Yumşalma” bundan ibarətdir ki, şaiyənin ilkin fabulası o ötürüldükdə qısalır. Bu, mövcud 
auditoriyanın əhəmiyyətsiz hesab etdiyi detalların tədricən yox olması nəticəsində baş verir. Bu 
toqquşan maşınların rəngi və markası, hadisə iştirakçılarının geyimi və adı, havanın xarakteri və 
ya digər amillər ola bilər. 
“Kəskinləşmə” isə əksinə, auditoriyanın əhəmiyyətli hesab etdiyi detalların miqyasının 
genişlənməsindən, həmçinin şaiyəni müşaiyət edən emosiyaların dramatikləşdirilməsindən 
ibarətdir. Bu cinayəti törədən şəxslərin miqdarı, qurbanların miqdarı və ya əksinə əldə olunan 
nailiyyətlərin səviyyəsi, baş verən hadisənin sosial əhəmiyyəti və s. ola bilər. Qeyd etmək 
lazımdır ki, şaiyə detallarının əhəmiyyətliliyinin və əhəmiyyətsizliyinin qiymətləndirilməsi onların 
obyektiv qiymətləri ilə deyil, subyektiv amillərə əsasən – auditoriyanın dəyərləri, gözləntiləri, 
stereotipləri, ustanovkaları – müəyyən edilir. 
Şaiyənin “adaptasiyası” personaj və şaiyə obyektlərinin adlarının dəyişdirilməsindən, onların 
sosial və milli məxsusluqlarının dəyişdirilməsindən ibarət ola bilər. Şaiyənin fabulası hər zaman 
auditoriyada dominant olan dünya modelinə, onun xüsusiyyətlərinə və bu icmadakı həyatın 
ümumi emosional- affektiv fonuna kortəbii şəkildə uyğunlaşır. 
Beləliklə, “yumşalma”, “kəskinləşmə” və “adaptasiya” bir-birini tamamlayaraq şaiyənin 
məzmunun onun ilkin variantından əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb ola bilərlər. 


Şaiyələrin profilaktikası - əhaliyə ümumi təsir kimi yüksək vəzifəyə malikdir. Bu zaman şaiyələrin 
yayılma ehtimalını yox edən və ya onların tez bir zamanda yox olmasına səbəb olan emosional 
atmosfer yaradılır. Bura, əhalinin nöqteyi- nəzərincə etibarlı və dəqiq hesab edilən effektiv KİV 
sisteminin lazımi səviyyədə yaradılması və saxlanması aiddir. Şaiyələrin profilaktikası üçün, hər 
bir səviyyədə effektiv rəhbərlik və idarəetmənin olması mühümdür. Şaiyələrlə aktiv mübarizə 
tədbirlərindən böhranlı situasiyalarda istifadə edilir. Yəni müharibə və ya sosial dolaşıqlıq 
nəticəsində siyasi institutların rolu zəiflədikdə, kortəbii yaranan şaiyələrin rolu isə durmadan 
artıqda bu tədbirlərdən istifadə edilir. Əsas suala cavab həlledici əhəmiyyət daşıyır: şaiyələrə 
qarşı nə etmək lazımdır? İki variant mövcuddur: ya susmaq, bu da şaiyənin şövqləndirilməsinə 
bərabərdir, ya da onu aktiv şəkildə təkzib etmək. Hər iki variant pisdir. Əgər rəsmi institutlar 
susursa kütlə, strukturların səlahiyyətsiz olması və şaiyələrin düzgün olması nəticəsinə gəlir. 
Əgər şaiyə təkzib edilirsə də, kütlə onun düzgün olması qənaətinə gəlir (“od olmayan yerdən 
tüstü çıxmaz”). Nəticədə heç bir variant effektiv deyil. 
Şaiyəyə qarşı optimal vasitə - onun sizin üçün rahat olan faktlar vasitəsilə tez bir zamanda 
“basdırılmasıdır”. Əgər şaiyə yayılırsa deməli kütlənin bu mövzuda olan informasiyaya tələbatı 
var. Bu tələbatı ödəmək lazımdır. Bu zaman şaiyənin mövcudluğu faktına toxunmadan, 
informasiya vakuumunu inandırıcı informasiya ilə doldurmaq effektiv hesab edilir. Şaiyələrə zidd 
olan faktların elan edilməsi – onların “boğmaq” üçün ən yaxşı vasitədir. 
46. Siyasi biheviorizm 
Bihoverizm (ing. Bechavior - davranış ) – Amerika psixologiyasında XIX əsrin sonu XX əsrin 
əvvəllərində aparıcı təmayüllərdən biri olub, davranış haqqında elmdir. Biheviorizmin əsasında 
insan davranışının xarici mühitin təsirlərinə qarşı hərəki və verbal reaksiyalar məcmusu kimi 
anlaşılması durur. 
Bihoverizmin təşəkkül tapmağa başladığı dövr sənayenin sürətli inkişafı ilə, ABŞ – da idarəetmə, 
təhsil sistemlərinin mürəkkəbləşdiyi bir dövrlə üst – üstə düşmüşdü. Mövcud olan sosial – 
iqtisadi kontekst insan haqqında belə təsəvvürləri yalnız məmnuniyyətlə qarşılaya bilərdi. Bu 
təsəvvürlərə görə davranış yaranmış vəziyyətə müvafiq olaraq bu və ya digər formalar almış 
olur. Bu əzəlindən çox sağlam bir təlim olub , və müxtəlif mürəkkəb sosial vəziyyətlərdə qəribə 
və anlaşılmaz şüur xülyaları , dərk etmələri, təəssüratları, həyəcanları, əzabları və bu kimilər 
olmadan uğura, davranışın effektivliyinə və aktivliyə istiqamət götürmüşdü. 
Amerika politoloqları Ç.Merriam və Q. Lassuell bihevioristik psixologiyanın baniləri hesab 
edilirlər. Bu yanaşma çərçivəsi hüdudlarında siyasi tədqiqat “vahidi “ olaraq fərdlərin və 
qrupların fərqli siyası situasiyalarda müşahidə edilən davranışları qəbul edilmişdir. Biheviorizmin 
əsas prinsipləri aşağıdakılardır: 
1) Siyasi davranışlarda eyniliyin (eynişəkilliliyin) prinsiplərinin aşkar edilməsi 
2) edılən bütün nəticələr emperik faktlarla əlaqədə olmalı və onların əsasında qurulmalıdır; 
3) məlumatların əldə edilməsində adekvat metodlardan istifadə olunmalıdır; 
4) alınmış məlumatların interpretasiyası və onların qiymətləndirilməsi ayrılıb fərqləndirilməlidir, 
onlar qarışdırıla bilməz; 
5) tədqiqat sistemli xarakter daşımalıdır, yəni bütün səbəb – nəticə əlaqələri, müşahidə edilən 
strukturların bütün müxtəlifliyi açıqlanmalıdır; 


6) siyasət elmi digər elmlərin: psixologiya, antropologiya, sosiologiya və s. əldə etdiyi nəticə və 
məlumatlardan fəal şəkildə istifadə etməlidir. 
Biheviorizm elektorat, siyasi liderlik, qərarların qəbul edilməsi proseslərinin öyrənilməsini 
əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Biheviorizm müqayisəli və tətbiqi siyasi psixologiyanın 
təşəkkülü və inkişafında əlamətdar rol oynamışdır. Bixeviorizm öz inkişafını A.Banduranin sosial 
təlim nəzəriyyəsində tapmışdır. Bu nəzəriyyəyə əsasən, insan sosial davranışa müşahidələr və 
imitasiyalar yolu ilə, eləcə də mükafatlandırma və cəzalandırmanın təsiri altında yiyələnir. 
Bihoverizmdə iki tip modelləşdirmə mövcuddur: 
- Sınaq və səhvlər metodu vasitəsilə modelləşdirmə;
- Modelləşdirmə vasitəsilə öyrənmə 
Birinci halda insan fərqli hadisələrlə qarşılaşır və onları həll etməyə çalışaraq bu və ya digər 
davranış təcrübəsini tətbiq edir. Əgər hərəkət tərzi (davranış) nəticə əldə olunmasına gətirirsə, 
onda hərəkət tərzi uğurlu kimi qəbul olunur və davranış repertuarına daxil edilir və əksinə. 
İkinci halda isə insan onu əhatə edən aləmlə qarşılıqlı əlaqədə olaraq fərqli insanların 
situasiyaya necə reaksiya göstərdiklərini müşahidə edir, ümumiləşdirmələr aparır və bu 
ümumiləşmələrin əsasında özünün şəxsi davranış alqoritmini formalaşdırır. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin