obrazlarının xarici parametrləridir; nümayiş etdirilən daxili keyfiyyətlər. İkinci
səviyyədə
siyasətçinin baxışlarını, mövqeyini əks etdirən siyasi xarakteristikaları yerləşir. Üçüncü
səviyyəyə, auditoriyaya - imicə qarşı şərtsiz pozitiv münasibəti təlqin etməkdən ötrü - lazım olan
gizli parametrlər aiddir.
İmicmeykinq – kollektiv əməkdir. Məsələ yalnız ondan ibarət deyil ki, imicin yaradılma prosesinə
siyasətçi özü də qoşulmalıdır.
Digər halda konkretlik itəcək, imic maskaya, siyasətçi isə kuklaya
çevriləcək. Gələcək imicin ilkin model-əsasının reallaşdırılması zamanı, onun formalaşması
prosesində yalnız xarici parametrlərin işlənib-hazırlanması bir çox mütəxəssislərin iştirakını tələb
edir: kosmetoloqlar, qrimçilər, stilistlər, modelyerlər, orator sənətini öyrədənlər və s. Daxili
keyfiyyətlər psixoloq, psixolinqvist, ssenarist və rejissorların köməyi
ilə aşkar şəkildə nümayiş
etdirilir. Siyasi parametrlər isə – politoloq, politotexnoloqların köməyi ilə yaradılır. İmicə - onun
prototipinə auditoriyanın müəyyən münasibətini təlqin etmək üçün - daxil olan gizli parametrlər
fəndlərin köməyi ilə, xüsusən, NLP-nin köməyi ilə reallaşdırılır.
Dostları ilə paylaş: