1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Siyasətçi obrazının formalaşması



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   28   29   30   31   32   33   34   35   36
psixologiya

40. Siyasətçi obrazının formalaşması 
Siyasətçilərin konkret obrazlarını tədqiq etməmişdən öncə, onların şəxsi potesialı haqqında 
mühakimə yürütməyə imkan verən göstərici və parametrləri müəyyənləşdirmək lazımdır. Belə 
göstəriciləri axtararkən bir sıra nəzəri müddəalardan çıxış edilmişdir. Bu zaman siyasətçi 
şəxsiyyətinin görünən tərəfləri maraqlı olmuşdur, bu aspektlər haqqında həm ekspertlər, həm 
də mütəxəssis olmayanlar fikir yürüdə bilərlər. Obrazı biz onun vətəndaşlar tərəfindən 
qavranılmasına əsasən tədqiq edirik. Qavrayış isə əksetdirici xarakter daşıyır. Şəxsiyyəti ilk öncə 
attitüdlər sistemi vasitəsilə tədqiq etmək əhəmiyyətlidir. Psixoloji ədəbiyyatda attitüdün üç 
element ayırd edilir: koqnitiv, affektiv və konativ (davranış). Siyasətçinin yalnız real şəxsiyyəti 
deyil, həm də obrazı oxşar struktura malikdir.
Deyilənlər, lider obrazının strukturunu real çətinliyi nəzərə alaraq anlamağa imkan verir. Buna 
təhlilin metodologiyası da uyğun gəlməlidir. O üç elementi özündə ehtiva etməlidir. Birincisi
siyasətçinin rasional qavrayışında mühüm tendensiyalar nəzərə alınmalıdır. İkincisi, obrazların 
daha çox bilavasitə xarakter daşıyan emosional tərkibləri təhlil edilməlidir. Üçüncüsü, bu iki sıra 
komponentlər öz aralarında müqayisə edilməlidirlər. Belə təhlil sxemi həm hər bir ayrıca 
siyasətçinin təhlili zamanı, həm də onların öz aralarında müqayisələri zamanı tətbiq edilə bilər. 
Rasional qiymətlər özündə bəzi məqamları birləşdirir. Beləki, vətəndaşların siyasətçidə 
bəyəndikləri və bəyənmədikləri keyfiyyətləri məzmuni cəhətdən təhlil etməzdən öncə
siyasətçinin obrazının tanınmışlığını aşkarlamaq lazımdır. Siyasətçinin məşhurluğunun dəyişmə 
dinamikası onun uğurunun mühüm göstəricisidir. Respondentin siyasətçini tanımasından və ona 
kimin fotosunun təqdim edilməsinə əmin olmasından asılı olmayaraq ona belə bir sual verilir: 
bu insan onun xoşuna gəlir ya yox? Bununla da məlum oldu ki, siyasətçinin ümumi qiymətinə bu 
az təsir göstərir. Beləliklə də, siyasətçinin məhz şəxsi cazibəsi, istiliyi, insaniyyəti onun 
haqqındakı ümumi təəssüratları müəyyən edir.
Siyasətçilərin rasional qiymətləri ilk öncə liderin cazibədarlığı baxımından nəzərdən 
keçirilməlidir. Cazibədarlıq bütünlüklə siyasətçi şəxsiyyətinin qiymətində üç vacib ölçüdən 
biridir. Ədəbiyyatda bu anlayışa ən fərqli yanaşmalar mövcuddur. D.Kinder cazibədarlığın 
aşağıdakı tərkib hissələrini ayırd edir: səriştəlik, düzgünlük və qarşı tərəfi anlamağa 


qabillik.B.Makarenko vətəndaşlar üçün cazibədar olan keyfiyyətləri müəyyənləşdirərək “ideal 
liderin” aşağıdakı təsvirini təklif edir: təcrübəli siyasətçi; kompromislərə hazır; praktik iş və 
həlledici addımlara tərəfdar olma; təmkinli, sakit. 
Cazibədar şəxsi xarakteristikalar (yuxarıda əsaslandırılmış nəzəri model konteksində) problemini 
bir qədər fərqli şəkildə də formulə etmək olar. Makarenkonun təsvir etdiyi cəhətlər ola bilər ki, 
ideal lider portretinə daxildir, lakin siyasi xadimə çox az uyğundur. Hər bir halda sadalanan 
keyfiyyətlərə müəyyən qədər ehtiyatla yanaşmaq lazımdır. Hər şeydən öncə real siyasətçilərin 
müsbət olduğu kimi, mənfi keyfiyyətlərinin də olması nəzərə alınmalıdır. Əslində cazibədar olan 
keyfiyyətlər cazibədar olmayan keyfiyyətlərlə qarışıq şəkildədir. 
Digər başlıca məqam odur ki, rasional cazibədarlıq qiymətləri hər bir lider üçün spesifik olan 
keyfiyyətlərdən ibarətdir. Belə ki, onlardan biri – “ağıllı”, digəri – “təcrübəli”, üçüncüsü – “sərt” 
və s. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin