42. Hakimiyyət motivləri
Hakimiyyətin motivlərinə iki aspektdən yanaşılır:
1) hakimiyyətin resurslarını ələ keçirmək və genişləndirməklə özünü güclü hiss etmək ( "
statik " aspekt ) ;
2) bu resurlardan praktikada istifadə etmək istəyi ( " dinamik " aspekt ) .
Rusiya psixoloqu S. Kaverin hakimiyyət motivlərinin çoxtələbatlılıq konsepsiyasını
hazırlamışdır. Onun fikrincə, hakimiyyət motivləri beş başlıca tələbat üzərində qurulub:
1) azadlıq (hakimiyyətdən təhlükəsizliyin təmin edilməsi üçün istifadə olunur);
2) hedonistik tələbat (hakimiyyət - maddi ehtiyacların ödanilməsi vasitəsidir);
3) özünütəsdiq (hakimiyyət sayəsində nüfuz, hörmət və ad - san qazanılır);
4) özünüifadə (hakimiyyət önəmli nəticələrin əldə edilməsi, oyun va yarış kimi);
5) şəxsiyyətə çevrilmək arzusu ( hakimiyyətə nail olmaqla fərd təkcə özünə deyil,
başqalarınada yaxşılıq etməyə çalışır ).
Qeyd etmək lazımdır ki, Kaverinin fikirləri bəzi Qərb alimlərinin araşdırmaları ilə oxşarlıq
təşkil edir. Məsələn, ABŞ psixoloqu A. Maslou hakimiyyətin motivlərini aşağıdakı kimi
göstərmişdir :
- maddi mövcudluğa olan tələbat;
- təhlükəsizliyə olan tələbat;
- sosial tələbat;
- hörmətə olan tələbat;
- özünüaktuallaşdırmaya olan tələbat;
K. Horni, E.Fromm kimi alimlər insanın hakimiyyətə meyl etməsini şəxsiyyətin zəiflik
əlaməti kimi izah edirlər. Onların fikrincə, insan başqaları üzərində hökmranlığa nail
olmaqla öz istəklərini hayata keçirməyə çalışır.
ABŞ psixoloqu D. Makklelland hakimiyyət motivlərinin iki tip- eqosentrik və sosiosentrik
xarakterini göstərir. Eqosentrik xarakter daşıyan motivlər fərdin şəxsi tələbatlarını
(başqaları üzərində hökmranlıq , azadlıq, nüfuz, məşhurluq və s.) ödəməyə yönəlir.
Sosiosentrik xarakterli motivlər isə sosial əhəmiyyətli motivlər olub, cəmiyyətə faydalı
olmaq, insanların həyatını yaxşılaşdırmaq, kütlələrin taleyinə təsir edən proseslərdə
iştirak və s. kimi tələbatları əks etdirir.
Dostları ilə paylaş: