1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   28   29   30   31   32   33   34   35   36
psixologiya

38. NLP texnologiyaları 
NLP ilə məşğul olan praktiklər bildirirlər ki, NLP-texnologiyaların köməkliyi ilə, NLP obyekti 
tərəfindən olan şüurlu nəzarəti yox edərək şüursuzluğa birbaşa olaraq təsir edilir. Xüsusi “açar 
sözlərlə” obyekt transa salınır və bu da standartlaşdırılmış təlqin formullarını həyata keçirməyə 
imkan verir. “Genişlənmiş şüur” effekti bu şəkildə yaranır, bu zaman “proqramlaşdırılmış” seçici 
konkret siyasətçini “lazımi” şəkildə qavrayır. NLP tərəfdarları hesab edirlər ki, onlar sözlərlə və 
videogörüntülərlə manipulyasiya etmək, onları müəyyən nizamla düzmək, həmçinin onlara 
müəyyən ritm vermək, informasiyanı zəruri həddə vermək nəticəsində beynin lazımi stimullara 
reaksiya verməyə və bu stimullara yönəlməyə başlamasına nail olurlar. 
Konkret NLP- texnika və vasitələrinə aşağıdakıları aid etmək olar: “düzülmüş komanda”, “inkişaf 
edən reqressiya”, “qeyri-müəyyən müraciət”, “şablonların yox edilməsi”, “nitq 
əlaqələndirilməsi”, “nominalizasiya”, “tarixçələrin danışılması”, “presuppozisiya”, “suallarda 
gizlənən əmrlər”, “M.Eriksonun üçlü spiralı” və s. Onlardan bəzilərini qısa şəkildə nəzərdən 
keçirək. 
İnkişaf edən reqressiya və ya təlqin edilən obrazlar, tamaşaçı və ya dinləyicinin transa salınması 
üçün istifadə edilir. Adətən şəxsin uşaq və məktəb fotoları nümayiş etdirilir, bioqrafiyasından 
fraqmentlər xatırladılır, onlar mənafeyə uyğun şəkildə müzakirə edilirlər. İnsan keçmiş 
obrazlarla yüklənərək yüngül transa düşür. 
Katalepsiyadan istifadə etmək – məsələn, uzunmüddətli əl sıxma. Rəqibin əl barmaqlarını, o 
əlini uzaqlaşdırmaqdan əl çəkib ram olana qədər öz əlində saxlamaq onu göstərir ki, o 
təşəbbüskarlığı sizə ötürür, birbaşa və həm də dolayı mənada sizin ardınızca getməyə hazırdır. 
Bir qayda olaraq, belə əlsıxma zillənmiş baxışlar və hansısa əminlik yaradacaq sözün ifadəsi ilə 
müşaiyət olunur. Əksər məşhur siyasətçilər bu vasitədən NLP-nin mahiyyəti haqqında belə 
bilməyərək istifadə edirlər.
Şablonların yox edilməsi. Əksər insanlar möhkəmlənmiş stereotiplər əsasında müəyyən, çoxdan 
qazanılmış davranış alqoritmlərinə müvafiq olaraq hərəkət etməyə adət etmişlər. Stereotipi 
dağıtmaq, insanı adəti alqoritmdən “uzaqlaşdırmaq”, onu aktiv şəkildə dəyişdirmək və digər 
alqoritmə yönəltmək – insana təsir etməyi həyata keçirtmək və bəlkə də onun davranışını 
transformasiya etmək deməkdir. 
Nitq əlaqələndirilməsi. Bu NLP vasitəsinin məzmunu aşağıdakından ibarətdir: çox zaman mənası 
hətta anlaşılmayan parlaq, ifrat emosional nitq daim “Həqiqətdir, elə deyil?”, “Belə, hə?”, “Siz 
mənimlə razısınızmı?” tipli replikalarla müşaiyət olunur. Adətən bu insanların asanlıqla psixoloji 
yoluxdurulmasına səbəb olur, onların əldə edilən informasiyanın tənqidi təhlilinə olan qabilliyini 
zəiflədir, aktivliyin azalmasını şərtləndirir. Bunun nəticəsində isə, həmsöhbətləri asılı etməklə 
onları psixoloji cəhətdən tabe edir. 
Presuppozisiya (seçki illüziyası) – bu artıq bitmiş hərəkətin və ya qəbul edilmiş qərarın yalan 
təəssüratının yaradılması vasitəsidir. Yuli Sezarı ilk presuppozisiya ustası hesab etmək olar. 
Presuppozisiya vasitələrinin reallaşdırılması üçün aşağıdakı linqvistik vasitələrdən istifadə edilir: 
“Beləliklə, ........ mütləq hesab edilir”, “Bütün deyilənlər bizi belə bir nəticəyə gətirir ki, .........”, 
və s. 
Suallarda gizlədilmiş əmrlər. Bu zaman sual elə tərtib olunur və qoyulur ki, o tamamilə birmənalı 
cavab və ya hərəkət tələb edir. Sosiologiyada bu vasitə “haqqı ödənilmiş cavab”lı sual kimi 
çoxdan məlumdur. Biznez- sferadan nümunə: “Siz artıq bizim təklifimizin nə dərəcədə mənfəətli 
olduğunu qiymətləndirə bildinizmi?” Bu sualda artıq mənfəətin şübhə doğurmadığı göstərilir 


(reallıqda isə bu belə olmaya da bilər), həmsöhbətin diqqəti isə istər-istəməz yalnız mənfəətin 
ölçüsünə istiqamətlənir.
Ziddiyyətlərin qarşı-qarşıya qoyulması. Bu zaman daxilində, ziddiyyət olmayan nəticələrin 
gizlədildiyi kontrastardan istifadə edilir. Bəzən bu vasitəni “paradokslarla iş” adlandırırlar. Bu 
vasitədən istifadə etmək insanlarda müstəqil seçim illüziyası yaradır. Bunun üçün aşağıdakı 
linqvistik vasitələrdən istifadə olunur: “nə qədər.... bir o qədər”. Məsələn, “Siz bizim 
proqramımızı nə qədər diqqətlə tədqiq etsəniz, pozitiv qiymətiniz də bir o qədər əsaslandırılmış 
olacaq”. 
Eriksonun “Üçlü spiralı” – daha mürəkkəb texnikalardan biridir. Onun mahiyyəti maraq doğuran 
üç hadisənin nəql edilməsindən ibarətdir. Bu zaman birinci və ikinci hadisə yarımçıq saxlanılır və 
NLP texnika üçün başlıca olan üçüncü hadisə bütünlüklə nəql edilir. Sonra isə birinci və ikinci 
hadisə məntiqi cəhətdən əlaqədar olaraq sona çatdırılır. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin