1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   24   25   26   27   28   29   30   31   ...   36
psixologiya

34. Siyasi intriqa 
İntriqa fransız sözü olub bir neçə mənaya malikdir. Birincisi, bu adətən, nəyə isə nail olmaqdan 
ötrü fitnə və hiylələrin, ləyaqətsiz hərəkətlərin gizlədilməsidir. İkincisi, hərəkətlərin 
gözlənilmədən mürəkkəb şəkildə dəyişdirilməsi vasitəsilə, personajların maraqlarının, şərait 
xüsusiyyətlərinin toqquşması başa düşülür. 
Dar mənada siyasi intriqa – adi şüurun mənfi olaraq qəbul etdiyi, adətən pis nəticələrə səbəb 
olan, mürəkkəb, dolaşıq, bəzən müəmmalı vəziyyətdir. Zahirən intriqa, siyasi situasiyanın 
inkişafının keyfiyyətcə yeni istiqamətini doğuran bir neçə müxtəlif nizamlı siyasi hadisə və 
proseslərin zaman və məkan üzrə birləşməsini nəzərdə tutur. İntriqa daxili mexanizmlər 
baxımından, hadisələrin sanki, spontan olaraq, gözlənilmədən, öz-özünə baş verdiyini göstərən 
şəraiti yaratmaqla, onu lazımi nəticələr istiqamətində aparan siyasi qüvvə və ayrı-ayrı siyasi 
xadimlərin siyasi-psixoloji oyunlarının, niyyətli cəhdlərinin nəticəsidir. Bu mexanizmlər 
intriqanın siyasi qəsd növündə daha dəqiq şəkildə təzahür edir. 
İntriqa çox az hallarda həqiqətən də təsadüfi hadisələrin nəticəsi olur – bu halda o, 
nəticələrindən ən gözlənilməz qüvvə və fiqurların istifadə edə biləcəyi siyasi oyun olur. Müxtəlif 
siyasi qüvvələrin dolaşıq mübarizəsi və bir-birini əldən salması nəticəsində hakimiyyətsiz 
situasiya yaranır. 
Psixoloji intriqa – hakimiyyət uğrunda olan qədim, ənənəvi mübarizə vasitələrindən biri olub, 
elitar “siyasət hazırlama” vasitəsidir. İntriqanı ilk olaraq antik dövr müəllifləri təsvir etmişlər. 
Məqsədyönlü intriqa kifayət qədər uzun, inkişafda olan proses olub, üç komponenti özündə 
birləşdirir. Birincisi, başlanğıcdır – intriqa ilə bağlı fikir, ideya və məqsədlərin təzahürü. İkincisi, 
kulminasiya – maksimum dolaşıq, sirli ahəngli kritik situasiyanın yaranması və eyni zamanda 
qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şəraitin hazırlanması. Üçüncüsü, həlledilmə - 
təşəbbüskarların əksəriyyətdən gizli olan intriqa məqsədlərinə nail olmaları. Cərəyan etmə 
müddətinə və daxili dinamizminə görə intriqa tez sovuşan (məsələn, bu və ya digər siyasi 
personajın və ya hətta siyasi qüvvənin fiziki olaraq aradan qaldırılması məqsədi) və latent olaraq 
intriqa məqsədlərinə mane olan amillərin tədricən sıxışdırılmasına istiqamətlənmiş 
uzunmüddətli növlərə bölünür (məsələn, məqsədli olaraq və mərhələlərlə siyasi rəqibləri 
nüfuzdan salma və onların təsirlərini zəiflətmə). 
Qarşıya qoyulmuş məqsədlərə görə intriqa şəxsiyyətə istiqamətlənmiş və sosial- siyasi 
istiqamətlənmiş olmaqla iki yerə ayırırlar. Birinci qrupa, ayrı-ayrı siyasi personajların fiziki olaraq 
yox edilməsinə; hakimiyyətdən uzaqlaşdırılmasına; siyasi nüfuzdan salınması və mənəvi-əxlaqi 
ləkələnməsinə istiqamətlənmiş intriqalar aid edilir. İkinci qrupa, ayrı-ayrı xadimlərin deyil, 
ölçüsündən asılı olmayaraq bu və ya digər qrupların fiziki və ya simvolik olaraq aradan 
qaldırılması və ləkələnməsi məqsədi daşıyan intriqalar ai edilir. 
Keçmiş dövrlərdən ta bugünkü günə qədər bütün siyasət tarixində, ənənəvi intriqa alətləri 
demək olar ki, dəyişikliyə uğramamışlar. Bu həm fiziki olaraq aradan qaldırılma yollarına, həm 
də siyasi və mənəvi cəhətdən nüfuzdan salınma vasitələrinə aiddir. Siyasi intriqa siyasətdaxili 
olduğu kimi, siyasətxarici xarakter də daşıya bilər. Bu həm məqsədlərə əsasən, həm də intriqa 
məqsədlərinə çatma vasitələri və intriqanın genişlənmə miqyasına əsasən də müəyyən edilə 
bilər. Əgər birinci halda söhbət ayrıca bir dövlət daxilindəki siyasi təsirlərin balansının 


dəyişdirilməsi haqqında gedirsə, ikinci halda isə, regional, kontinental və hətta ümumdünya 
miqyasında gedir. 
Siyasi intriqalar ali, elitar xarakter daşıyır və xalq kütlələrinin maraqlarına o qədə uyğun 
gəlmirlər. Xalq kütlələri ayrı-ayrı hallarda real və ya potensial (kütləvi çıxış təhlükəsi) olaraq 
siyasi intriqalara daxil ola bilərlər, lakin onlar istər-istəməz manipulyativ təsir obyektidirlər. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin