görə, tabe olur ki, " hər zaman belə olub". Belə cəmiyyətlərdə insanlar siyasi
proseslərlə maraqlanmır, vətəndaşlar,
demək olar ki, siyasətdə iştirak etmirlər.
Bəzi Afrika ölkələrində ənənəvi hakimiyyət formaları hələ də mövcuddur.
Harizmatik hakimiyyat liderin şəxsiyyətinə olam ehtiram və pərəstişə əsaslanır,
hakimiyyat daşıyıcısı ən ali keyfiyyətlərin daşıyıcısı hesab olunur. İnsanların siyasi
iştirak səviyyəsi aşağıdır. Adətən, harizmalı liderin vəfatından sonra siyasi sistemin
də dağılması ehtimalı artır.
Rasional va ya leqal hakimiyyətin mövcud olduğu camiyyətdə insanlar hesab
edirlər ki, legal yolla seçilmiş hakimiyyətin qabul etdiyi qərar va qanunlara əməl
etmək lazımdır. İnsanlar belə hakimiyyətin fəaliyyətinin səmərəli nəticələrini
gözləyirlər. Legal hakimiyyət vətəndaş cəmiyyətin formalaşmasına yardım edir,
insanlar yüksək siyasi aktivlik nümayiş etdirməklə proseslərə təsir göstərirlər.
44. Şayiələrin psixoloji xarakteristikası
Şaiyə – xüsusi,
adətən dəqiq olmayan, şifahi formada yayılan informasiyadır. Əgər informasiya
dəqiq deyilsə və ya dəqiqliyinə şübhə varsa o şaiyədir. Zaman keçdikcə şaiyələr faktlarla öz
təsdiqini tapa bilərlər. Lakin bu zaman artıq “şaiyə” olmayıb, dəqiq informasiyalı biliyə
çevrilirlər.
Şaiyələrin iki əsas tipologiyası var. Onlardan biri
şaiyənin dəqiqliyinə, digəri isə emosional
dolğunluğuna əsaslanır.
1. İnformasion tipologiya. Şaiyələr hər zaman bu və ya digər dərəcədə dəqiq olmayan
informasiyanı
ehtiva etdiklərindən, şaiyələrin tipologiyasının ən düzgün tərtib edilmə
vasitələrindən biri - onlarda ehtiva edilən informasiyanın dəqiqlik səviyyəsinə əsasən təsnif
etməyə əsaslanır. Bu nöqteyi-nəzərdən şaiyələr dörd tipə ayrılır: “tamamilə dəqiq olmayan”,
“sadəcə dəqiq olmayan”, “dəqiq” və “həqiqətə yaxın”.
2. “Emosional tipologiya”. Emosional xarakteristikalar nöqteyi-nəzərindən şaiyələrin üç əsas
tipini ayırd edirlər.
“Şaiyə-arzu” – yayıldığı auditoriyanın aktual tələbat və gözləmələrini əks etdirən güclü
emosional arzunu ehtiva edir.“Şaiyə-arzu” ikili funksiyanı həyata keçirir. Bir tərəfdən o
insanların arzularına müvafiqdir və bu səbəbdən də onların sosial mövcud olmalarını hifz edir.
Bu növ şaiyələr neqativ emosiyaları sakitləşdirir, onların inkişafına mane olur, panika və artıq
aqressivliyin inkişaf etməsinə imkan vermir. Digər tərəfdən belə şaiyələr həddən artıq şişirdilmiş
gözləmələr yaratmaqla əhalinin mənəviyyatını pozur. Zaman keçdikcə arzunun həyatakeçməz
olduğu aşkarlandıqda əks hallar yarana bilər – aqressiv davranış qığılcımları,
panik reaksiyalar,
vəd edib lakin “vədini tutmayanlara” qarşı nifrət. Belə şaiyələrdən kütlənin psixologiyasını
manipulyasiya etmək üçün aktiv şəkildə istifadə edilir.
“Şaiyə-qorxu” – aparıcı olub, yarandığı və yayıldığı auditoriyanın bəzi aktual, lakin arzuolunmaz
gözləntilərini əks etdirən neqativ, qorxaq əhval və emosional vəziyyət yaradır.
Adətən belə
şaiyələr sosial gərginlik (təbii fəlakət, müharibə, hərbi çevrilişə hazırlıq və s.) vaxtı yaranırlar.
Onun süjeti sadə pessimistikdən aşkar panikə qədər dəyişir. Belə şaiyələr mürəkkəb sosial və
siyasi reform situasiyalarında, hakimiyyət, rejim və ya bütünlükdə sosial-siyasi sistem
dəyişkənliyi zamanı xüsusilə yayılırlar. Belə situasiyalarda qorxuducu şaiyələrin mənbəyi
qismində məhdud süjetlər dəsti yaranır. Onlardan bəziləri mədəni, dini
və ya milli ənənələrdən
asılı olaraq şəkillərini dəyişirlər, lakin əksəriyyət demək olar ki, dəyişməz olaraq qalır. Qida
məhsullarının qiymətinin artması, onların olmaması və yaxında aclıq olacağı ilə əlaqədar “şaiyə-
qorxular”a daha çox rast gəlinir.
“Aqressiv şaiyə” – sadəcə olaraq auditoriyanın arzuolunmaz gözləntilərini əks etdirən neqativ
əhval və halət yaratmayıb, konkret olaraq aqressiv emosional vəziyyətin və kobud aqressiv
davranış “cavabının” stimullaşdırılmasına istiqamətlənir. Bu növ şaiyələr sosial qruplararası,
etnoslararası və millətlərarası konfliktlərlə əlaqədar kəskin qarşıdurma situasiyalarında
yaranırlar.
Aqressiv şaiyə şaiyə-qorxunun davamıdır. Onların süjetlərinin əsasında aqressiv enerji durur.
Aqressiv şaiyələrin əsas funksiyası yalnız qorxutmaq deyil, aqressiv hərəkətlərə təhrik etməkdir.
Bu şaiyələr “şaiyə-arzu” və “şaiyə-qorxu”
kimi nəql edilərək deyil, rabitəsiz olaraq yayılırlar. Qısa frazalar konkret, “qisas doğuran”
faktlar
haqqında xəbər verirlər. Onlar daha güclü emosional-mənfi enerji daşımaqla affektiv “biz”
(“normal adamlar”) birliyini “onlar” (“vəhşi-qeyri adamlar”) birliyinə qarşı formalaşdırırlar. Belə
şaiyələr cavab aqresiyası tələb edirlər.
Dostları ilə paylaş: