Verbal model – fikir və ya danışıq formasında olan informasiya modelidir. Belə modellərə ixtiraçıda
yaranan ideyanı, və hələlik ancaq müəllifin şüurunda səslənən musiqi və ya qafiyəni aid etmək olar.
İşarə modeli – xüsusi işarələrlə, yəni istənilən formal dil vasitələri ilə (şəkillər, mətnlər, qrafiklər,
sxemlər) ifadə olunan informasiya modelidir.
Təsvir formasına görə informasiya modellərinin aşağıdakı növlərini ayırmaq olar:
−
həndəsi – qrafiki formalar və həcmli quruluşlar;
−
şifahi (sözlə ifadə olunan?)– şəkillərdən istifadə etməklə şifahi və yazılı təsvirlər;
−
riyazi – obyekt və ya prosesin müxtəlif parametrlərinin əlaqəsini əks etdirən riyazi düsturlar;
−
struktur – sxemlər, qrafiklər, cədvəllər və s.;
−
məntiqi – mühakimələrə və şərtlərin təhlilinə əsasən hərəkətlərin seçilməsi üçün müxtəlif
variantları təsvir edən modellər;
−
xüsusi – notlar, kimyəvi düsturlar və s.;
−
kompüter və
qeyri-kompüter modelləri.
Dostları ilə paylaş: