2.4. Modelləşdirmənin mərhələləri
Modelləşdirmə insanın əsas fəaliyyət növlərindən biridir. O, həmişə bu və ya digər formada istənilən
işin önündə gedir. Obyektlərin tədqiqatı prosesində modelləşdirmə mərkəzi yeri tutur. O, qərarların
əsaslandırılmış şəkildə qəbulunu mümkün edir. İstənilən məsələnin həlli bir neçə mərhələyə bölünür.
Modelləşdirmə – yaradıcılıq münasibəti tələb edən bir prosesdir və onun rəsmi çərçivələrə salınması çox
çətindir. Ümumi şəkildə onu mərhələlərlə təsvir etmək olar (şəkil 2.4).
Bütün mərhələlər qoyulan məsələyə və modelləşdirmənin məqsədlərinə görə təyin edilir.
Modelləşdirmənin əsas mərhələlərinə ətraflı baxaq.
I mərhələ: Məsələnin qoyuluşu. Məsələlənin təsviri. Modelləşdirmənin məqsədinin təyin edilməsi.
Modelləşdirilən obyektin təhlili.
II mərhələ: Modelin işlənməsi. Bu mərhələdə elementar obyektlərin xassələri, vəziyyətləri,
hərəkətləri və digər xarakteristikaları aydınlaşdırılır. Elementar obyektlər haqqında təsvir yaranır.
İnformasiya modelinin işlənməsi zamanı daha mühüm informasiyanın seçilməsi və onun mürəkkəbliyi
modelləşdirmənin məqsədindən asılıdır.
III mərhələ: Kompüter eksperimenti. Testləşdirmə – modelin doğruluğunun yoxlanılması
prosesidir.
IV mərhələ: Modelləşdirmənin nəticələrinin təhlili. Alınmış nəticələrin təhlili əsasında işlənmiş
qərarın qəbulu.
V mərhələ: Modelləşdirmənin son məqsədi.
Şəkil 2.4. Modelləşdirmənin mərhələləri
Yoxlama sualları
1. Obyekt, sinif, sistem və modelin tərifini verin.
2. Modellərin əsas tiplərini sadalayın.
3. İmitasiya modeli nədir?
4. Modellərin hansı təsnifatı mövcuddur?
5. Modelləşdirmənin əsas mərhələlərini göstərin.
Dostları ilə paylaş: |