Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə65/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   61   62   63   64   65   66   67   68   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
133 
hesabına yaranan terminlər də az deyil. Misal olaraq, bənd sözü 
dənizçilik termini kimi isə “zədələnmə və ya material dağılması 
baş verdiyi təqdirdə mayelərin yığılması üçün saxlama çəninin 
ətrafına çəkilən lokallaşdırıcı sədd” kimi izah olunur. Eyni sözə 
digər elm sahələrində də rast gəlinir. Belə ki, anatomiyada 
bənd “skelet sümüklərinin oynaq yerləri, buğum,” hüquq 
sahəsində isə “qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin, 
sənədin və s-nin rəqəm və ya hərflə ayrılan kiçik hissəsi, 
maddəsi” anlamında termindir. Beləliklə, göründüyü kimi bu 
söz üç səviyyədə transterminləşmişdir [152,s.275], [173,s.2]. 
Dənizçilikanatomiya və hüquq sahələrində eyni termin müx-
təlif anlayışları ifadə etmişdir.
Transterminləşmə 
haqqında 
S.Sadıqova 
yazır: 
“Transterminləşmədə başlıca prinsip termin yaratmada 
anlayışın müəyyən əlamətə görə oxşarlığına istinad 
olunmasıdır. Müşahidələr göstərir ki, məna köçürmələrində ən 
çox əşyanın zahiri və funksional oxşarlığı əsasında 
transterminləşmə üstünlük təşkil edir” [91,s.33] Məsələn, 
dənizçilik sahəsində bəzi sözlər əvvəlki mənaları ilə birgə, 
bəzən isə fərqli mənada terminləşmişdir. Məsələn, dövrə 
sözüçevrə, dairə, ətraf, həndəvər, yan”, “bir şeyin dışarıdan və 
ya içəridən dörd tərəfi” mənalarında işlənir[152,s.691]. Bu söz 
dənizçilikdə “flüidlərin (əsasən də qazma məhlulunun) qazma 
sütunu daxilinə endiyi və borular arasındakı fəza vasitəsilə 
səthə geri qayıtdığı yol” anlamında termindir [173,s.3]. 
Göründüyü kimi, söz ümumişlək mənasından tam fərqli 
mənada xüsusiləşmişdir. Yaxud, istiqlal sözü müstəqillik, 
istiqlaliyyət deməkdir. Dənizçilik sahəsində bu sözə daha fərqli 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
134 
mənada “qabaqlayıcı quyuların qazılması üçün istifadə olunan 
səyyar yarımdalma qazma qurğusu” kimi rast gəlinir [173,s.5]. 
Dil yalnız leksik cəhətdən yeni söz kimi meydana çıxan 
vahidlər hesabına deyil, həm də əvvəlcədən mövcud olan 
sözlərin mənaca dəyişməsi və yeni məna alması ilə zənginləşir. 
Beləliklə, əvvəl mövcud olan sözlə yeni anlayış, yeni məfhum 
ifadə olunur. Yəni əvvəlcədən dildə mövcud olan söz müəyyən 
elmi sahə üzrə xüsusiləşir. Bu baxımdan, H.Həsənov dilimizin 
terminoloji leksikasını üç qrupa ayırır: 1.Ümumişlək leksika; 
2.Ümumi elmi leksika; 3.Terminoloji leksika [36,s.54]. 
Dildə əvvəl mövcud olan sözlər hesabına terminoloji 
leksikanın zənginləşməsi torpaqşünaslıq elmində də nəzərə 
çarpır. Ətraf mühitin mühafizəsi, ekologiya problemləri 
torpaqşünaslıq elminin daha da aktuallaşmasına səbəb oldu. 
Torpaqşünaslıq elmində xeyli sayda ümumişlək söz və ya peşə-
sənət sözlərinin terminləşməsi halına rast gəlinir. Məsələn, “bir 
çox xalqların təsərrüfat fəaliyyətləri (heyvandarlıq) ilə əlaqədar 
olan həyat tərzi” anlamında işlənən köçərilik sözü buna misal 
ola bilər. Köçərilik ibtidai icma quruluşu dövründə ilkin ictimai 
əmək bölgüsü zamanı meydana gəlmişdir. Afrika və Asiyanın 
bir çox inkişaf etməkdə olan ölkələrində hələ də, qalmaqdadır 
[214,s.71]. 
Otlaq “mal-qaranın otarılması üçün istifadə olunan və ot 
durumuna malik təsərrüfat yeri”, quruluq “iqlimin səciyyəvi 
əlamətləri ilə şərtlənən ərazinin daimi xarakteri” mənalarında 
termindirlər [214,s.76,87]. Quruluq sözü, həmçinin “quru, 
yaxud qurumuş şeyin halı” mənalarında da ədəbi dildə işləkdir 
[214,s.87]. Yaxud da, suvarma “bitkilərin rütubətlə təminatı və 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin